Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Avropanı əhatə edən dənizlər sürətlə isinir: Temperatur 6 dərəcə artıb Dünya
  • Pis hava Kanye Vestin ən məşhur səhnəsini sıradan çıxardı Dünya
  • Şəmkirdə ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb Hadisə
  • Azərbaycanda dəhşətli hadisə: Qardaşını xilas etmək istəyən bacı boğulub öldü Hadisə
  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat
  • Bu ərazilərdə qaz olmayacaq Cəmiyyət
  • Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ Hadisə
  • Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI Cəmiyyət

İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD

Posted on 22 Avqust 2026 By admin Şərh yoxdur İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD

İran ordusu Fars körfəzi bölgəsində son hərbi əməliyyatlar fonunda müdafiə xarakterli hərbi doktrinadan hücum xarakterli hərbi doktrinaya keçib.

Bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiyə IRNA-ya açıqlamasında bildirib.

“Əvvəllər ölkənin hərbi doktrinası müdafiə xarakteri daşıyırdı, lakin son iki müharibə zamanı tədricən müdafiə doktrinasından hücum doktrinasına keçidin şahidi olduq”, – deyə Əkrəminiyə bildirib.

O, yeni doktrinanın əsas göstəricilərindən birinin “preventiv əməliyyatların keçirilməsi” olduğunu qeyd edib.

“İordaniyada Amerika bazasına hücum zamanı biz əslində preventiv yanaşmanı nümayiş etdirdik, ABŞ-nin texnikasına, obyektlərinə və canlı qüvvəsinə ciddi ziyan vurduq”, – deyə iranlı general izah edib.

Əkrəminiyənin sözlərinə görə, hücum xarakterli hərbi doktrina konsepsiyasının digər əsas xüsusiyyəti istənilən təcavüz aktına dərhal cavab verilməsi və bu cavabın təcavüz aktının özündən daha geniş ola bilməsidir.

Onun qənaətinə görə, İranın “aqressiv yanaşmasının” məhz bu xüsusiyyətləri son müharibədə özünü göstərib.

İran İslam Respublikası ordusunun rəsmi nümayəndəsi bildirib ki, hərbi doktrinanın tamamilə müdafiə xarakterindən hücum xarakterinə keçməsinin nəticələri düşmənin təcavüzkar hərəkətlərinə sürətli və genişmiqyaslı cavab verilməsində, həmçinin preventiv əməliyyatların keçirilməsində özünü göstərir.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Robot Useyn Boltun rekordunu qırdı
Next Post: Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var

Related Posts

  • Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır Siyasət
  • ABŞ bu ölkəyə milyonlarla dollar dəyərində gecəgörmə cihazları göndərəcək Siyasət
  • Tramp açıqladı: İranı belə əzəcəyik Siyasət
  • İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırdı Siyasət
  • Prezident bu qanunu təsdiqlədi Siyasət
  • Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqdisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Ölkə
  • Siyasət
  • Təhsil
  • Polis reyd keçirdi – Qanun pozuntuları aşkarlandı Ölkə
  • İtkin-şəhid Akif Qurbanov Sulutəpədə dəfn edildi Ölkə
  • Əməkdar artistin arxiv fotosu yayıldı Cəmiyyət
  • Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı Kriminal
  • Yeni təmayül modeli üçün müəllim seçimi davam edir Təhsil
  • ABŞ-da hərbi təlim faciə ilə nəticələndi: 2 pilot öldü Hadisə
  • Növbəti 4 gündə dəhşətli istilər olacaq – XƏBƏRDARLIQ Ölkə
  • Qazaxıstan “Drujba” ilə Almaniyaya neft tədarükünü bərpa edə bilər Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme