Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək Dünya
  • Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ İqdisadiyyat
  • “Liverpul” Barkolanı heyətinə qatdı İdman
  • Çin avtomobilləri “Porsche”ni ağlar qoydu İqdisadiyyat
  • Bu ölkələrdə benzinin qiyməti rekordu yenilədi İqdisadiyyat
  • Almaniyada hərbi aerodromun yaxınlığına PUA düşdü Dünya
  • Rumıniyanın yeni baş naziri oldu Dünya
  • Məşhur aktyor evində ölü tapıldı – FOTO Dünya

Sabahdan Bakıda 6 yeni ekspres marşrut işə düşəcək

Posted on 13 Avqust 2026 By admin Şərh yoxdur Sabahdan Bakıda 6 yeni ekspres marşrut işə düşəcək

Bakıda metro xətlərinin ayrılması ilə əlaqədar sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə 6 yeni ekspres avtobus marşrutu avqustun 14-dən fəaliyyətə başlayacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, “Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində avqustun 15-dən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bununla əlaqədar sərnişinlərin alternativ nəqliyyat vasitələrinə çıxışını təmin etmək üçün AYNA tərəfindən 6 ekspres marşrut təşkil olunub.

Yeni ekspres marşrutlar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərəcək:

M1 – “Elmlər Akademiyası” – “28 May”;

M2 – “İnşaatçılar” – “Nizami” – “28 May”;

M3 – “20 Yanvar” – “Nizami” – “28 May”;

M4 – “20 Yanvar” – “Koroğlu”;

M5 – “20 Yanvar” – “Gənclik”;

M6 – “Elmlər Akademiyası” – “Gənclik”.

Bununla yanaşı, sərnişin tələbatının qarşılanması üçün 20 müntəzəm marşrut xətti üzrə avtobusların sayı artırılacaq. Dəyişiklik 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutları əhatə edəcək.

Eyni zamanda, avqustun 13-dən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilib. 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyən edilib.

Qeyd edək ki, bu dəyişikliklər “28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkətinin müvəqqəti dayandırıldığı müddətdə sərnişinlərin alternativ ictimai nəqliyyat imkanlarını genişləndirmək məqsədi daşıyır.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Samuxda 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib, vəziyyət nəzarət altındadır
Next Post: Naxçıvanda əhalinin sayı artıb

Related Posts

  • Nigar Fərhadın ərini DTX həbs edib – YENİ DETALLAR Cəmiyyət
  • İkinci Dünya müharibəsinin veteranı, şəhid babası 102 yaşında vəfat etdi Cəmiyyət
  • İş axtaranların NƏZƏRİNƏ – Agentlik vakansiya elan etdi Cəmiyyət
  • Hər gün sarımsaq YEYİN! Cəmiyyət
  • Ramiz Mehdiyevin qızı: “Atam verdiyi qovluğu açanda stres keçirdim” Cəmiyyət
  • Keçmiş vəkil Elman Paşayevin oğlu ilə bağlı qərar verildi Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • SEPAH: Hörmüz boğazında neft tankeri yanıb Siyasət
  • Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib Dünya
  • Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik Dünya
  • Emi Karlon Mehriban Əliyevanı təbrik etdi Ölkə
  • Leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA Ölkə
  • Qazaxıstan “Drujba” ilə Almaniyaya neft tədarükünü bərpa edə bilər Dünya
  • Gələn ilin təhsil və elm xərcləri məlum oldu  Təhsil
  • Ceyhun Bayramov: Xəzərdəki azalmaları aşkar görmək mümkündür Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by