Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi Siyasət
  • Bakıda ən çox bina bu rayonda söküləcək Ölkə
  • İlham Əliyev Emoməli Rəhmonu təbrik edib Siyasət
  • Bu bürclərin bəxt üzünə “güləcək”: Qarşıda uğurlu günlər var Cəmiyyət
  • İranın nə qədər qızılı var? – Ehtiyatlar açıqlandı Dünya
  • Ankaranın yuxusu ərşə çəkilib: Qara dənizdə müharibə təhlükəsi böyüyür Dünya
  • Robot Useyn Boltun rekordunu qırdı İdman
  • Faktiki hava açıqlandı Ölkə

Ramiz Mehdiyevin qızı: “Atam verdiyi qovluğu açanda stres keçirdim”

Posted on 3 Noyabr 2026 By admin Şərh yoxdur Ramiz Mehdiyevin qızı: “Atam verdiyi qovluğu açanda stres keçirdim”

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər.
 Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Belə ki, Kamilə Əliyeva ifadəsində atasının evində baş verən hadisələr, ona təqdim edilən sənəd və Ramiz Mehdiyevin həmin sənədlə bağlı mövqeyi barədə danışıb.

Onun sözlərinə görə, 2025-ci il oktyabrın 8-də qardaşı Teymur Mehdiyev ona zəng edərək atalarının evində nəsə baş verdiyini, bəzi sənədlərin isə evdən aparıldığını bildirib. Bundan sonra o, atasının Abbas Səhhət küçəsində yerləşən evinə gedib.

Kamilə Əliyeva bildirib ki, evdə atası və anası ilə görüşdükdən sonra Ramiz Mehdiyev onunla söhbət etmək istəyib. Bu zaman atası ona Azərbaycan Milli Elmlər Akademiyasının adı yazılmış kağız qovluq təqdim edib:

“Qovluğu açarkən orada yarımçıq yazılmış bir vərəq gördüm. Yazının xəttindən onun atama məxsus olduğunu anladım.

Həmin yazıda Azərbaycanda parlamentin zəif olması, korrupsiya halları və vətəndaş müraciətlərinə münasibətlə bağlı tənqidi fikirlər yer almışdım.

Yazını oxuyarkən güclü stres keçirdim deyə sona qədər oxuya bilmədim. Həyat yoldaşım İlham Əliyevə bu barədə danışdım. O da yazılanlarla tanış olduqdan sonra atamdan bu sənədi kiməsə göndərmək niyyətində olub-olmadığını soruşdu”.

Şahidin ifadəsinə görə, o, atasına həmin vərəqi cırıb atmağı məsləhət görüb. Lakin Ramiz Mehdiyev artıq altı ildir təqaüddə olduğunu və kiməsə məsləhət vermək zərurətinin olmadığını deyib.

Kamilə Əliyeva atasından yazının çap olunub-olunmayacağını da soruşduğunu, lakin bu suala cavab almadığını bildirib: “Bundan sonra atam vərəqi əlimdən alıb. Hadisədən sonra atam iki gün mənimlə danışmayıb”.

O, həmçinin atasının şəxsi sənədlərini yalnız öz otağında saxladığını və heç kimlə bölüşmədiyini qeyd edib.

Kamilə Əliyeva ifadəsində məlum yazının sonradan hansı taleyi yaşadığı, məhv edilib-edilmədiyi barədə məlumatının olmadığını da bildirib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Ucar sakini cərəyan vurması nəticəsində öldü
Next Post: Tanınmış aparıcı AzTV-dən ayrıldı

Related Posts

  • “Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ Cəmiyyət
  • 40 yaşdan sonra bu sabundan istifadə edin Cəmiyyət
  • Həsən Osmanov vəfat etdi – FOTO Cəmiyyət
  • DYP sürücülərə xəbərdarlıq etdi – VİDEO Cəmiyyət
  • Azərbaycan səhiyyəsinə ağır itki – Əməkdar həkim vəfat etdi Cəmiyyət
  • Yasamalda işıq olmayacaq Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Dağıstan Respublikasına yeni rəhbər seçildi Dünya
  • Delap karyerasını bu klubda davam etdirəcək İdman
  • Nazirlik ötən həftənin statistikasını açıqladı: 8 meyit aşkarlanıb Hadisə
  • Bəzi ərazilərdə su kəsiləcək Cəmiyyət
  • Hərbçilər bu əmələ görə həbs olunacaqlar Ölkə
  • Yumurtanı tavada deyil, sobada bişirin – Aşpazların sevimli üsulu Maraqlı
  • ABŞ İranla münaqişə səbəbindən bu üstünlüyünü itirir Siyasət
  • “Roşka”nın 5 il həbsi tələb edildi Kriminal

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by