Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi – FOTOLAR Ölkə
  • CENTCOM xəritəsində Qəzza İsraillə eyni rəngdə göstərildi Siyasət
  • And içdilər – FOTOLAR Cəmiyyət
  • Bu ölkədə məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı Dünya
  • Bakıda hava limanında ƏMƏLİYYAT – FOTO Ölkə
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət
  • Şengen vizası da rəqəmsallaşır: Müraciət prosesi çətinləşəcək? – FOTO Ölkə
  • Pis hava Kanye Vestin ən məşhur səhnəsini sıradan çıxardı Dünya

İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Posted on 9 Sentyabr 2026 By admin Şərh yoxdur İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir. Tacikistanın müstəqillik tarixi və əldə etdiyi bütün nailiyyətlər Sizin adınızla bağlıdır.

Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli fəal dialoq, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu əlaqələrin daha sürətlə inkişafına və dərinləşməsinə şərait yaradır.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli Emoməli Şərifoviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, qardaş Tacikistan xalqına daim əmin-amanlıq,  rifah və firavanlıq arzulayıram”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Zərdabda xəsarət alanların son durumu AÇIQLANDI
Next Post: Ceyhun Bayramov: Azərbaycan bərpa olunan enerji gücünü artırır

Related Posts

  • ABŞ-nin nüvə planına Polşadan sərt cavab Siyasət
  • Birləşmiş Ştatların uduzmasını istəyirlər – Tramp Siyasət
  • ABŞ İranla münaqişə səbəbindən bu üstünlüyünü itirir Siyasət
  • İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırdı Siyasət
  • Lavrovdan Köçəryan və Sərkisyanla bağlı gözlənilən açıqlama Siyasət
  • Tramp açıqladı: İranı belə əzəcəyik Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Zakir Həsənov və Elçin Quliyev keçmiş komandanları ilə belə vidalaşdılar – FOTOLAR Cəmiyyət
  • Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı Cəmiyyət
  • “Qalatasaray”ın əsas hədəfi İdman
  • Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı Kriminal
  • Ayxan Mirzəzadə Avropa çempionu olub İdman
  • Azərbaycanda dəhşətli hadisə: Qardaşını xilas etmək istəyən bacı boğulub öldü Hadisə
  • Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib Cəmiyyət
  • Azərbaycanda maaş artdı Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by