Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Ərdoğan Tokayevlə danışdı Dünya
  • Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır Maraqlı
  • MÜTDA onların qəbul nəticələrini açıqladı Təhsil
  • Növbəti 4 gündə dəhşətli istilər olacaq – XƏBƏRDARLIQ Ölkə
  • ABŞ-da hərbi təlim faciə ilə nəticələndi: 2 pilot öldü Hadisə
  • ABŞ Çinin “haker ordusu”nun izinə düşdü: İki platforma ələ keçirildi Dünya
  • Bakıda elektrik faciəsi – Ölənlər var Hadisə
  • Pentaqon İranla münaqişədə itkilərini açıqladı: 776 hərbçi Siyasət

“Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Posted on 28 Avqust 2026 By admin Şərh yoxdur “Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək məqsədilə yeni üsullardan və fərqli təkliflərdən istifadə olunur, nəticədə vətəndaşlar maddi zərərə məruz qalırlar. Saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də cəlbedici təkliflər vasitəsilə bank kartlarına dair məxfi məlumatların əldə edilməsinə cəhd göstərilir.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər özlərini bank və ya digər qurumların əməkdaşı kimi təqdim edərək kart sahibinin adı və soyadı, kartın etibarlılıq müddəti, CVV/CVC kodu və mobil telefona göndərilən birdəfəlik OTP təhlükəsizlik kodunu tələb edə bilərlər.

DİN bildirir ki, banklar və digər dövlət və ya özəl qurumların əməkdaşları vətəndaşlardan şəxsi və bank məlumatlarını telefon, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə tələb etmirlər.

Bu məlumatlar heç bir halda başqa şəxslərlə paylaşılmamalıdır. Məlumatların ələ keçirilməsi kart sahibinin xəbəri və razılığı olmadan maliyyə əməliyyatlarının aparılmasına və pul vəsaitlərinin mənimsənilməsinə səbəb ola bilər.

Vətəndaşlara tövsiyə olunur ki, bank kartı və hesablarına dair məxfi məlumatları heç kimlə paylaşmasınlar, tanımadıqları şəxslərdən göndərilən linklərə daxil olmasınlar, şübhəli internet səhifələrində kart məlumatlarını daxil etməsinlər; “uduş”, “hədiyyə”, “kampaniya” və digər cəlbedici təkliflərə qarşı diqqətli olsunlar, bank əməkdaşı olduğunu bildirən şəxslərin tələbi ilə belə CVV/CVC və OTP kodlarını təqdim etməsinlər.

DİN vətəndaşları şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyinə ciddi yanaşmağa çağırır.

Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşdığınız zaman “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Ötən gün 124 nəfər tutulub, 100-ü borca görə
Next Post: Lavrovdan Köçəryan və Sərkisyanla bağlı gözlənilən açıqlama

Related Posts

  • Bu gündən “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılıb Cəmiyyət
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı – Bu cəzanı aldılar Cəmiyyət
  • Şahbuzun bəzi hissələrində işıq olmayacaq Cəmiyyət
  • Əməkdar artistin arxiv fotosu yayıldı Cəmiyyət
  • Məşhur general uzun müddətdən sonra ictimaiyyət arasında görünüb – FOTO Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqdisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Mədəniyyət
  • Ölkə
  • Siyasət
  • Təhsil
  • Təyyarələr Sakit okean üzərindən niyə uçmur? – Bir narahatedici səbəbi var Dünya
  • Nazir Musa Paşayevə yüksək vəzifə verdi Cəmiyyət
  • Zelenski müşayiət altında bu ölkəyə gedir – 40-dan çox polis postu quruldu Dünya
  • Corc nişanlandı  Mədəniyyət
  • UEFA Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub – YENİLƏNİB İdman
  • Faktiki hava açıqlandı Ölkə
  • Rusiya onu “persona non grata” elan etdi Dünya
  • Avqustun sonunda 3 bürcün həyatı dəyişəcək – Yeni imkanların qapısı açılır Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme