Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı – FOTO Ölkə
  • Sarkisyanın ev dustaqlığı barədə YENİ QƏRAR Dünya
  • Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olundu Dünya
  • Təyyarələr Sakit okean üzərindən niyə uçmur? – Bir narahatedici səbəbi var Dünya
  • Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçiriblər – FOTOLAR Cəmiyyət
  • Bu yolda hərəkət üç gecə məhdudlaşdırılacaq Ölkə
  • Milli Məclis Özbəkistanla bağlı mühüm sazişləri təsdiqlədi Siyasət
  • Ali Məhkəmə hakimin evi ilə bağlı yekun qərar verdi – RƏSMİ Ölkə

Suda boğulmaların əsas səbəbləri bunlardır

Posted on 13 Avqust 202613 Avqust 2026 By admin Şərh yoxdur Suda boğulmaların əsas səbəbləri bunlardır

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 60 nəfəri çimərlik mövsümündə olmaqla ümumilikdə 66 nəfər xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, xidməti nəzarət edilən ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.

Həmçinin, ümumilikdə 51 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Araşdırmalar zamanı məlum olub ki, suda boğulma hadisələrinin əksəriyyəti əsasən qeyri çimərlik ərazilərdən istifadə edilməsi, küləkli havada və ya sərxoş halda dənizə girilməsi, uşaq və yeniyetmələrin nəzarətsiz buraxılması, o cümlədən xüsusən bölgələrimizdə çaylar, göllər, suvarma kanalları və digər çimərlik üçün nəzərdə tutulmayan su hövzələrindən istifadə edilməsi səbəbindən baş verib.

Fürsətdən istifadə edərək əhaliyə, xüsusən valideynlərə müraciət edirik ki, istirahət üçün yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etsinlər. Eyni zamanda, xilasedicilərin və ərazidə quraşdırılmış maarifləndirici lövhələrin tələb və göstərişlərinə sözsüz əməl etsinlər. Belə ki, bir daha xatırladırıq ki, qeyri çimərlik ərazilərdən istifadə, üzmə sərhədlərini müəyyən edən işarələri keçmək, suda kobud hərəkətlər etmək, spirtli içki qəbul edərək suya girmək, xilasetmə üçün nəzərdə tutulmuş texniki vasitələrindən başqa digər texniki vasitələrlə çimərlik ərazisinə daxil olmaq qadağandır.

Çimərlikdə qadağandır:

– Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!

– Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!

– Küləkli havada dənizə girmək!

– Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!

– Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!

– Suda kobud hərəkətlər etmək!

– Çimərliyi məişət və digər tullantılarla zibilləmək!

– Çimərliyə ev heyvanlarını gətirmək!

– Çimərlikdə balıq tutmaq!

– Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!

– Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!

Yadda saxlayın:

– Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!

– Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!

– Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!

– Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

– Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!

– Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!

– Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 09:00-dan 20:00-dək daha təhlükəsizdir”, – deyə məlumatda qeyd edilib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: ABŞ-da hərbi təlim faciə ilə nəticələndi: 2 pilot öldü
Next Post: Nazir Musa Paşayevə yüksək vəzifə verdi

Related Posts

  • Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı Cəmiyyət
  • Bu gündən “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılıb Cəmiyyət
  • Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Cəmiyyət
  • Həbs olunması barədə xəbərlərə belə cavab verdi – Açıqlama Cəmiyyət
  • Saxta elanlarla yarım milyon ələ keçirmişdilər – Cəzaları bəlli oldu Cəmiyyət
  • Pensiya alanlara şad xəbər – NAZİRLİK MƏLUMAT YAYDI Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Brent” bahalaşdı İqdisadiyyat
  • Yüksək hərarət, ishal, səpki – Uşaqlar arasında təhlükəli virus yayılıb? Cəmiyyət
  • “Starship” üçün yeni kosmodrom inşa ediləcək Dünya
  • Sabah yağış yağacaq, şimşək çaxacaq Ölkə
  • Daha 40 məktəbdə hibrid təhsil olacaq Təhsil
  • Sabah iki rayonda qaz olmayacaq Cəmiyyət
  • Acun Ilıcalı məhkəmədə “Fənərbağça”ya qalib gəldi Dünya
  • Hikmət Hacıyevdən İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by