Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Parkda gecələyən uşağın valideyninə bu cəza verildi Cəmiyyət
  • Trampın arxasındakı 35 yaşlı xanım: “Printer insan” ləqəbli Natali Harp gündəmə gəldi Dünya
  • Ankaranın yuxusu ərşə çəkilib: Qara dənizdə müharibə təhlükəsi böyüyür Dünya
  • Tom Berendsen Ceyhun Bayramovu Niderlanda səfərə dəvət etdi Siyasət
  • Azərbaycanda 14 günlük körpə xəstəxanada öldü – Yenilənib Hadisə
  • “Apple Music” Aİ mahnıları ilə bağlı qərar Dünya
  • “OpenAI” süni intellekt modellərinin təlimini dayandırdı – SƏBƏB Dünya
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət

Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olundu

Posted on 27 Avqust 2026 By admin Şərh yoxdur Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olundu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Aznifah İsnariah Binti Abdul Ghaniyi qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı, səfir etimadnaməsinin surətini C. Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, Azərbaycan-Malayziya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də çoxtərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə, iqtisadi-ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə səylərin artırılması imkanları nəzərdən keçirilib. Azərbaycanın tranzit-logistika imkanları və enerji təhlükəsizliyində rolu müzakirə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan nazir BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və D-8 çərçivəsində Azərbaycan və Malayziyanın bir-birini qarşılıqlı dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Bu kontekstdə, ölkələr arasında mövcud dostluq münasibətlərinin çoxtərəfli platformalarda qarşılıqlı dəstək və həmrəyliklə də müşayiət olunduğu qeyd edilib.

Söhbət zamanı, cari ildə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilib, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Görüşünə ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

Görüşdə, C. Bayramov həmçinin bölgədə mövcud vəziyyət, post-münaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.

Səfir səmimi qəbula görə təşəkkürünü ifadə edib, diplomatik fəaliyyəti müddətində Azərbaycan və Malayziya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Dünya

Yazı naviqasiyası

Previous Post: Rusiya onu “persona non grata” elan etdi
Next Post: Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Related Posts

  • İtaliya 2000 ildən çoxdur həyati əhəmiyyət daşıyan körpünü tikə bilmir Dünya
  • Yeniyetmələr üçün “ChatGPT” istifadəyə verildi Dünya
  • Dünyaşöhrətli zərgər Bulqari vəfat edib Dünya
  • Məşhur müğənni xarici görkəmini dəyişməyə 10 milyon xərclədi – FOTO Dünya
  • Rusiya onu “persona non grata” elan etdi Dünya
  • 2027-ci ildə səyahət üçün dünyanın ən sakit 10 şəhər – Hamısı Avropadadır Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Şəkidə faciəvi şəkildə ölən şəxs dövlət qurumunun əməkdaşı imiş  Hadisə
  • Bakıda bu yolun işıqforunda dəyişiklik edildi Ölkə
  • Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb Siyasət
  • “Türkiyəni mübarizəsindən heç kim vaz keçirə bilməz” – Ərdoğan  Siyasət
  • PUA zavodunu yandırmaq istəyirdilər: Slovakiyada diversiyanın qarşısı alındı Dünya
  • İƏT-in yeni Baş katibi o seçildi Dünya
  • Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqləndi Cəmiyyət
  • Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by