Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • İlham Əliyev Emoməli Rəhmonu təbrik edib Siyasət
  • Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ İqdisadiyyat
  • Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski Siyasət
  • Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ – FOTO Ölkə
  • Lavrovdan Köçəryan və Sərkisyanla bağlı gözlənilən açıqlama Siyasət
  • Bitkoin bahalaşdı İqdisadiyyat
  • Qazaxıstan “Drujba” ilə Almaniyaya neft tədarükünü bərpa edə bilər Dünya
  • Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi Siyasət

Trampın arxasındakı 35 yaşlı xanım: “Printer insan” ləqəbli Natali Harp gündəmə gəldi

Posted on 18 Noyabr 2026 By admin Şərh yoxdur Trampın arxasındakı 35 yaşlı xanım: “Printer insan” ləqəbli Natali Harp gündəmə gəldi

ABŞ Prezidenti Donald Trampın Filippin dövlət başçısı Ferdinand Markosla Manilada baş tutan görüşü zamanı 35 yaşlı köməkçi Natali Harpın Ağ Ev rəhbərinin dərhal arxasında əyləşməsi diqqət çəkib. Onun yüksəkrütbəli rəsmilərin sırasında yer alması media nümayəndələrinin marağına səbəb olub.

Bu barədə “The Daily Beast” nəşri məlumat yayıb.

Noyabrın 18-də prezident sarayında keçirilən görüşün yayımlanan kadrlarında mavi paltarlı Harpın Trampın arxasında oturduğu və daim kameraların obyektivində qaldığı görünür.

ABŞ rəhbərinin yaxınlığında dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və digər yüksəkvəzifəli şəxslər də yer alıblar.

Nəşrin bildirdiyinə görə, diplomatik tədbirdə Harpın niyə bu qədər önəmli bir yerdə əyləşdirildiyi hələlik məlum deyil. Bununla belə, köməkçinin Amerika liderini səfərlərdə və rəsmi görüşlərdə mütəmadi olaraq müşayiət etdiyi vurğulanır.

Natali Harp hazırda ABŞ prezidentinin icraçı köməkçisi vəzifəsini icra edir. Amerika mətbuatında ona Tramp üçün xəbərləri, sosial şəbəkə paylaşımlarını və digər məlumatları çap etmək vərdişinə görə “printer insan” ləqəbi verilib. O, eyni zamanda, Ağ Ev rəhbərinə “Truth Social” platformasındakı hesabı idarə etməkdə dəstək olur. Son aylar ərzində ABŞ mediası Harpın prezidentə yaxınlığını dəfələrlə gündəmə gətirib.

“The Daily Beast”in məlumatına əsasən, o, Trampın iş otağının yaxınlığında kabinetlə təmin edilib və prezidentin telefon danışıqlarının təşkilində iştirak etmək səlahiyyəti alıb. Filippindəki görüşlə əlaqədar köməkçinin yeni rəsmi təyinatı barədə isə heç bir məlumat verilməyib.

Dünya

Yazı naviqasiyası

Previous Post: Bakıda yük avtomobili kuryeri vurdu
Next Post: General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi

Related Posts

  • Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb Dünya
  • İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi – FOTO Dünya
  • Kosmosda sakitlik olacaq? – Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz Dünya
  • Orqanizminizdə iltihab varsa qəhvə için Dünya
  • Güclü zəlzələdə ölənlərin sayı 300-ü ötdü Dünya
  • 2027-ci ildə səyahət üçün dünyanın ən sakit 10 şəhər – Hamısı Avropadadır Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ucar sakini cərəyan vurması nəticəsində öldü Hadisə
  • AKP-nin yüksəkvəzifəli üzvünün oğlu istintaqa cəlb olundu Dünya
  • Azərbaycan Prezidenti Dublində Çexiyanın Baş naziri ilə görüşüb – FOTOLAR Siyasət
  • El-Nino Avropada havaya təsir edəcək: Qış necə keçəcək? Dünya
  • Yol polisi sürücülərə müraciət etdi Cəmiyyət
  • Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı – Bu cəzanı aldılar Cəmiyyət
  • Asif Əliyev: “Neftçi” – “Sabah” matçında heç-heçə olacağını düşünürəm” İdman
  • “Honeywell” Qarabağda – Ağdamda qaz sayğacı zavodu qurulur Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by