Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Avqustun 17-dək leysan, dolu və sel olacaq – XƏBƏRDARLIQ Cəmiyyət
  • Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb Kriminal
  • Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın vəfat etdi – FOTO Hadisə
  • Yeni təmayül modeli üçün müəllim seçimi davam edir Təhsil
  • Məşhur general uzun müddətdən sonra ictimaiyyət arasında görünüb – FOTO Cəmiyyət
  • Bu bürclərin bəxt üzünə “güləcək”: Qarşıda uğurlu günlər var Cəmiyyət
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • Paşinyan ordudakı intihar probleminin həlli üçün işçi qrupu yaradıb Dünya

Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı – Bu cəzanı aldılar

Posted on 21 Avqust 2026 By admin Şərh yoxdur Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı – Bu cəzanı aldılar

Bakı şəhər Binəqədi rayonu Fatmayi bağlar massivində oğurluq etdiyinə görə tutulmuş 2 nəfərin məhkəməsi başa çatıb.

 Binəqədi Rayon Məhkəməsində 1995-ci il təvəllüdlü Fuad Babayev və dostu, 1993-cü ildə anadan olmuş Samir Müseyibova (ad və soyadlar şərtidir) hökm oxunub.

Məhkəmədə bildirilib ki, hər iki şəxs Fatmayidə 2 bağ evinə gizli şəkildə daxil olaraq, evlərdən antik əşyaları, elektronika avadanlıqlarını oğurlayıblar. Onlar oğurladıqları əşyaları paytaxtın mərkəzindəki antik əşyalar mağazasında və ikinci əl əşyaların satışı ilə məşğul olan şəxslərə satıblar.

Zərərçəkmiş şəxslərdən biri ifadəsində bildirib ki, bir il imiş işlərinin çoxluğu ilə əlaqədar bağ evinə baş çəkmirmiş. O, evə getdikdə oradan oğurluq edildiyini və dəyəri 4000 manat olan qədim samovarın, eləcə də bir neçə digər dəyərli əşyanın yerində olmadığını görüb.

Polisə məlumat verildikdən sonra oğurluq törətmiş şəxslər saxlanılıb və barələrində cinayət işi başlanılıb.

O da məlum olub ki, oğurluğa görə məsuliyyətə cəlb edilən şəxslərdən 33 yaşlı Samir Vətən müharibəsi iştirakçısıdır və bir neçə medalla təltif edilib. Onun ilk dəfə cinayət törətməsi, Fuadın isə əvvəllər də məhkumluğunun olması qeyd edilib.

Məhkəmənin hökmü ilə Fuad Babayevə 2 il həbs cəzası verilib. Samir isə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron qolbaq taxılıb.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Polis reyd keçirdi – Qanun pozuntuları aşkarlandı
Next Post: İtkin-şəhid Akif Qurbanov Sulutəpədə dəfn edildi

Related Posts

  • Zakir Həsənov və Elçin Quliyev keçmiş komandanları ilə belə vidalaşdılar – FOTOLAR Cəmiyyət
  • Bu il avtoqəzalarda 285 nəfər ölüb Cəmiyyət
  • Nazir Musa Paşayevə yüksək vəzifə verdi Cəmiyyət
  • Əməkdar artistin arxiv fotosu yayıldı Cəmiyyət
  • Aazərbaycanda maaş kartları ilə bağlı yeni qayda – Vətəndaş nə qazanacaq? Cəmiyyət
  • Həsən Osmanov vəfat etdi – FOTO Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqdisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Ölkə
  • Siyasət
  • Təhsil
  • Prezident bu qanunu təsdiqlədi Siyasət
  • Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib Hadisə
  • Agentlik sədri Nigar Cəbrayılovaya yeni vəzifə verdi – FOTO Cəmiyyət
  • Yeniyetmələr üçün “ChatGPT” istifadəyə verildi Dünya
  • Yüksək hərarət, ishal, səpki – Uşaqlar arasında təhlükəli virus yayılıb? Cəmiyyət
  • Güclü zəlzələdə ölənlərin sayı 300-ü ötdü Dünya
  • Təyyarələr Sakit okean üzərindən niyə uçmur? – Bir narahatedici səbəbi var Dünya
  • Onların da yurd həsrəti bitdi Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme