Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • TRIPP-in icrası müzakirə edildi Siyasət
  • Antalyada meşəlik ərazidə yanğın  Dünya
  • İlham Əliyev Emoməli Rəhmonu təbrik edib Siyasət
  • Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir Ölkə
  • Azərbaycandan Ermənistana yük göndərildi – YENİLƏNİB Ölkə
  • Əməkdar artistin arxiv fotosu yayıldı Cəmiyyət
  • Kolleclərə qeydiyyat prosesinə başlanılır Təhsil
  • O da “Fənərbağça”dan ayrıldı İdman

Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski

Posted on 22 Avqust 2026 By admin Şərh yoxdur Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski

Ukrayna və Fransa qabaqcıl müdafiə avadanlığı və raketlərinin tədarükünü sürətləndirmək barədə razılığa gəliblər. Paris həmçinin onların istehsalı üçün lisenziyalar verməyə və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.

Emmanuel Makronla təxminən iki saatlıq söhbətinin nəticələrindən danışan Zelenski qeyd edib ki, əsas mövzu Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacının qarşılanması olub .

Zelenski fransalı həmkarını Rusiyanın son hücumları ilə bağlı məlumatlandırıb və insan itkisi ilə bağlı başsağlığına görə ona təşəkkür edib.

Ukrayna Prezidenti vurğulayıb ki, Fransa Prezidentinin Ukraynanın “Patriot” raketləri ilə təmin edilməsi üçün əlindən gələni edəcəyinə söz verib.

Tərəflər həmçinin Ukraynanın müdafiəsinin maliyyə ehtiyaclarını müzakirə edib və ikitərəfli müdafiə müqavilələri barədə razılığa gəliblər.

Xatırladaq ki, Ukrayna tərəfdaşları ilə birlikdə qış dövrü başlamazdan əvvəl hava hücumundan müdafiə avadanlıqlarına olan ehtiyacı təcili olaraq ödəməyin yollarını axtarır.

Xüsusilə, Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərlə yardım göstərməklə bağlı Avropa müttəfiqləri və ABŞ ilə fəal danışıqlar aparır .

Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb ki, dövlətin mülki infrastrukturu effektiv şəkildə qorumaq və qarşıdan gələn qışı keçirmək üçün “Patriot” sistemləri üçün azı 300 raketə ehtiyacı var.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
Next Post: ABŞ bu ölkəyə milyonlarla dollar dəyərində gecəgörmə cihazları göndərəcək

Related Posts

  • Pezeşkian İsraili atom bombasına sahib olmaqda ittiham edib Siyasət
  • Rusiya “Flamingo”ların istehsal olunduğu zavodu VURDU Siyasət
  • Kuşner: Tramp təkcə müharibəyə son qoymaq deyil, həm də Ukraynaya davamlı sülh üçün şərait yaratmaq istəyir Siyasət
  • İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD Siyasət
  • 1 saat danışdılar – Lavrov və Rubio nəyi müzakirə etdi? Siyasət
  • Avrasiyanın yeni qapısı: Naxçıvan necə logistika, enerji habına çevrilir Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bakıda qadın qətlə yetirildi Kriminal
  • Azərbaycanın valyuta ehtiyatları 16% artdı İqdisadiyyat
  • Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib Hadisə
  • “Sosial şəbəkələrə əyləncə kimi baxıram” – Qurban Qurbanov tənqidlərə cavab verdi İdman
  • Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb Dünya
  • Ali Məhkəmə hakimin evi ilə bağlı yekun qərar verdi – RƏSMİ Ölkə
  • Həmyerlimizin adı Kanadada əbədiləşdirildi – FOTO Dünya
  • MDU-da turizm təhsili yenilənir: İngilis dilində kadr hazırlığı və Sənaye Şurası Təhsil

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by