Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “Barselona” Lionel Messinin şərəfinə “Kamp Nou”da tədbir keçirəcək İdman
  • AYNA yolların xətlənməsinə daha 21 milyon manat ayırır Cəmiyyət
  • Hava ilə bağlı YENİ XƏBƏRDARLIQ Ölkə
  • Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir – Həkimlərdən xəbərdarlıq Cəmiyyət
  • Nazir 20 ilin prorektorunu işdən çıxardı – Yerinə professoru TƏYİN ETDİ Cəmiyyət
  • ABŞ səfirliyi bu gün fəaliyyət göstərməyəcək Siyasət
  • “Axios”: ABŞ Retkliffə görə hücumu dayandırmağı istəyib Dünya
  • TƏBİB uşaq xəstəxanasındakı həmin görüntülər barədə MƏLUMAT YAYDI Ölkə

Azərbaycan Qoşulmama Hərəkatının inkişafına mühüm töhfələr verib – Spiker

Posted on 14 Sentyabr 2026 By admin Şərh yoxdur Azərbaycan Qoşulmama Hərəkatının inkişafına mühüm töhfələr verib – Spiker

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq rolu artıb, institusional inkişafı isə gücləndirilməsinə xüsusi diqqət yetirilib. İnstitusional inkişafın mühüm istiqamətlərindən biri isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin və Parlament Şəbəkəsinin yaradılması olub.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova “Parlament Əməkdaşlığında gənclərin rolu” mövzusuna həsr olunmuş Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) Baş Qərargahında çıxışı zamanı deyib.

O, çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə verdiyi mühüm töhfələr haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın sədrliyi qlobal miqyasda ciddi çağırışların, xüsusilə COVID-19 pandemiyasının yaşandığı dövrə təsadüf edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan pandemiya dövründə Qoşulmama Hərəkatının həmrəyliyinin və praktiki fəaliyyət imkanlarının nümayiş etdirilməsində mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan pandemiyaya cavab olaraq Qoşulmama Hərəkatının COVID-19-a həsr olunmuş Onlayn Zirvə görüşünün, eləcə də BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Eyni zamanda, peyvəndlərə bərabər çıxışın təmin olunmasını təşviq edib və ehtiyacı olan ölkələrə yardım göstərib.
MM sədri bildirib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq rolunun və institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib. Bu institusional inkişafın mühüm istiqamətlərindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin və Parlament Şəbəkəsinin yaradılması olub. 2019-cu ildə qəbul edilmiş qərardan sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi Gənclər Təşkilatına çevrilib.

Parlamentin sədri qeyd edib ki, Qoşulmam Hərəkatının Gənclər Təşkilatı (QHGT) və Parlament Şəbəkəsi (QHPŞ) fərqli, lakin bir-birini tamamlayan funksiyalar həyata keçirirlər. Onlardan biri gənclər üçün beynəlxalq platforma yaradır, digəri isə Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərini bir araya gətirir. Sahibə Qafarova vurğulayıb ki, bu iki institut Qoşulmama Hərəkatının institusional əsaslarını genişləndirib, onun fəaliyyətini parlamentlərə, gənclərə və cəmiyyətə daha da yaxınlaşdırıb. Qeyd edilib ki, bu strukturlar Azərbaycanın sədrliyi dövrünün ən mühüm və uzunmüddətli nəticələri sırasındadır.

Spiker Sahibə Qafarova çıxışında QHPŞ-nin yaradılmasından bəhs edərək, bildirib ki, 2021-ci ildə Madrid şəhərində Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində təsis olunan Parlament Şəbəkəsi ötən dövrdə Azərbaycan Milli Məclisinin sədrliyi ilə öz strukturunu formalaşdırıb, beynəlxalq əməkdaşlığını genişləndirib və müxtəlif ölkələrdə beş konfrans keçirib. Parlament Şəbəkəsi Qoşulmama Hərəkatının fəaliyyətinə mühüm parlament ölçüsü gətirib və beynəlxalq səviyyədə qəbul olunan öhdəliklərin milli parlamentlərdə qanunvericilik, büdcə və parlament nəzarəti vasitəsilə dəstəklənməsinə imkan yaradır.

Milli Məclisin sədri çıxışında gənclərin siyasi və ictimai proseslərdə iştirakı ilə bağlı danışıb, onların həyatın müxtəlif sahələrində daha aktiv təmsil olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Sahibə Qafarova gənclərin inkişafı üçün keyfiyyətli təhsil, peşə bacarıqları, layiqli məşğulluq, rəqəmsal imkanlara çıxış, onların süni intellekt, məlumatların qorunması və rəqəmsal iqtisadiyyatla bağlı müzakirələrə cəlb edilməsinin vacibliyi haqqında da fikirlərini bildirib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır
Next Post: Azyaşlı 3-cü mərtəbədən yıxıldı

Related Posts

  • İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib – VİDEO Ölkə
  • Leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA Ölkə
  • Emi Karlon Mehriban Əliyevanı təbrik etdi Ölkə
  • Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi Ölkə
  • Səhiyyə Nazirliyindən bu xəstəliklə bağlı XƏBƏRDARLIQ Ölkə
  • AB-nin qaz ehtiyatları kəskin azaldı Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Naxçıvanın yeni inkişaf salnaməsi yazılır Təhsil
  • Nardaranda ayağı su nasosunda qalan uşağı xilas etmək mümkün olmadı – YENİLƏNİB Hadisə
  • CENTCOM xəritəsində Qəzza İsraillə eyni rəngdə göstərildi Siyasət
  • “Türkiyəni mübarizəsindən heç kim vaz keçirə bilməz” – Ərdoğan  Siyasət
  • Yumurtanı tavada deyil, sobada bişirin – Aşpazların sevimli üsulu Maraqlı
  • Dizayn dünyasının yeni favoriti: Bu yazı tipi zirvəni necə ələ keçirdi? Maraqlı
  • Premyer Liqada I tura bu gün yekun vurulacaq İdman
  • Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by