Azərbaycanda yolların xətlənməsi üçün daha 21 milyon manat ayrılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) görüləcək işlərlə bağlı hazırlıqlara başlayıb.
Xətləmə işləri üçün 21 mln 547 min 283 manat xərclənməsi nəzərdə tutulur.
Qeyd edək ki, bir müddət əvvəl AYNA xətlənmə və nişanlanma işləri ilə bağlı “STP-Btech” MMC ilə 65,5 milyon manatlıq müqavilələr imzalamışdı.