Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Ölkə
  • Əli Nağıyev, Zakir Həsənov və Elçin Quliyev GENERALIN DƏFNİNDƏ – FOTOLAR Ölkə
  • Sabah hava necə olacaq?  – PROQNOZ Ölkə
  • Kiyevə hücum zamanı azərbaycanlı həlak olub Hadisə
  • “2 milyonum olsaydı, toyda oxumazdım” – Eldəniz Məmmədov Mədəniyyət
  • TƏBİB uşaq xəstəxanasındakı həmin görüntülər barədə MƏLUMAT YAYDI Ölkə
  • Pentaqon İranla münaqişədə itkilərini açıqladı: 776 hərbçi Siyasət
  • Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb Cəmiyyət

Bu il onların pensiyası artacaq

Posted on 21 Avqust 2026 By admin Şərh yoxdur Bu il onların pensiyası artacaq

“2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Baku.ws”ə bildirib.

Deputat əlavə edib ki, vətəndaş pensiya yaşına çatdıqdan sonra işləməyə davam edirsə, onun topladığı pensiya kapitalı müəyyən müddətdən sonra yenidən hesablanır:

“Belə vətəndaşların pensiya məbləği altı ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək altı illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq.

Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.

Növbəti indeksləşdirmənin faizi 2026-cı il üzrə orta aylıq əməkhaqqının artım göstəricisi məlum olduqdan sonra müəyyənləşdiriləcək. Bununla bağlı qərarın 2027-ci ilin əvvəlində qəbul edilməsi və artımın yanvar ayından hesablanması gözlənilir.

Beləliklə, 2026-cı ildə altı illik əmək fəaliyyətini tamamlayan işləyən pensiyaçılar üçün nəzərdə tutulan artım fərdi pensiya kapitalının yenidən hesablanması ilə bağlıdır. Digər pensiyaçılar üçün isə növbəti ümumi artım 2026-cı ildə əməkhaqqının artım göstəricisinə əsasən müəyyən ediləcək və 2027-ci ilin yanvarından tətbiq olunacaq.

Bu səbəbdən bütün pensiyaçılara eyni vaxtda və eyni mexanizmlə əlavə artım ediləcəyi fikri düzgün deyil. Artımın növü və vaxtı vətəndaşın pensiya statusundan və əmək fəaliyyətini davam etdirib-etdirməməsindən asılı olacaq”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Pensiya alanlara şad xəbər – NAZİRLİK MƏLUMAT YAYDI
Next Post: Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ

Related Posts

  • Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU Cəmiyyət
  • Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı – Bu cəzanı aldılar Cəmiyyət
  • Tanınmış iş adamı VƏFAT ETDİ – FOTO Cəmiyyət
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət
  • 10 gün sonra Əvəz Zeynallının qızının nişan mərasimi olacaqmış Cəmiyyət
  • Xadiməni aldadıb 3 min almışdı – Üstünə 750 manat qoyub qaytardı Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İƏT-in yeni Baş katibi o seçildi Dünya
  • Azərbaycan karateçiləri “Turkish Open”də medalar qazanıblar İdman
  • Luis Enrikenin illik maaşı bilindi İdman
  • Prezident bu qanunu təsdiqlədi Siyasət
  • Zelenskinin qərarına qarşı aksiya keçirdilər Dünya
  • Avqustun sonunda 3 bürcün həyatı dəyişəcək – Yeni imkanların qapısı açılır Cəmiyyət
  • Sarkisyanın ev dustaqlığı barədə YENİ QƏRAR Dünya
  • Azyaşlı 3-cü mərtəbədən yıxıldı Hadisə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by