Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Prezident bu qanunu təsdiqlədi Siyasət
  • İtkin-şəhid Akif Qurbanov Sulutəpədə dəfn edildi Ölkə
  • Onların da yurd həsrəti bitdi Cəmiyyət
  • Bu il onların pensiyası artacaq Cəmiyyət
  • Azərbaycan karateçiləri “Turkish Open”də medalar qazanıblar İdman
  • Dünya daha bir təhlükəsi üz-üzə: Ebola pandemiyaya səbəb ola bilərmi? Dünya
  • 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – DTX-dən XÜSUSİ ƏMƏLİYYAT Ölkə
  • Avqustun sonunda 3 bürcün həyatı dəyişəcək – Yeni imkanların qapısı açılır Cəmiyyət

Xırdalanda qanunsuz yolbənd iddiası: “Dedi ki, mənə pul at” – VİDEO

Posted on 22 Avqust 202622 Avqust 2026 By admin Şərh yoxdur Xırdalanda qanunsuz yolbənd iddiası: “Dedi ki, mənə pul at” – VİDEO

Abşeron Gənclər Şəhərciyinin sakinləri ərazidə qanunsuz yolbənd quraşdırılması ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Sakinlərin sözlərinə görə, həmin maneə həm orada yaşayanlara, həm də əraziyə gələn digər vətəndaşlara çətinlik yaradır. Bundan əlavə, ərazidə avtomobil saxlanılması üçün vətəndaşlardan yüksək məbləğdə pul tələb olunduğu bildirilir. Şikayətçilər bu ödənişlərin hansı hüquqi əsasla yığıldığının qaranlıq qaldığını vurğulayırlar.

Eyni zamanda, ərazidə bank girovunda olan bəzi obyektlərdən qanunsuz istifadə edildiyi də iddia olunur.

Şikayətçi Fəqani Qəhrəmanov məsələ ilə bağlı narazılığını belə ifadə edib:

“Bura bizim yaşadığımız ərazidir. Məlum oldu ki, sözügedən qaraj bankın girovundadır. Nicat Məmmədov adlı şəxs ödənişin onun şəxsi kartına köçürülməsini tələb etdi. Mən ondan rəsmi qəbz istədikdə mənfi reaksiya verdi. Həmçinin ərazidə tamamilə qanunsuz yolbənd də quraşdırıblar”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilib. Nəticədə məlum olub ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron Gənclər Şəhərciyi” adlanan çoxmərtəbəli yaşayış kompleksinin arxa hissəsində, yaşayış kompleksinin birbaşa həyətyanı sahəsi olmayan ərazidə sahibkara məxsus yeraltı avtodayanacaq kimi istifadə olunan sahənin giriş hissəsinin qarşısında dayanacağın fiziki mühafizəsini təmin etmək məqsədilə quraşdırılan avtomatik çəpərləmə qurğusu – şlaqbaum binanın həyətyanı sahəsinə heç bir maneə yaratmadığı üçün yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması əməkdaşlar tərəfindən müşahidə olunmur.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Yaponiyada güclü zəlzələ baş verib
Next Post: Azərbaycanda dəhşətli hadisə: Qardaşını xilas etmək istəyən bacı boğulub öldü

Related Posts

  • Bəzi ərazilərdə qaz olmayacaq Ölkə
  • İtkin-şəhid Akif Qurbanov Sulutəpədə dəfn edildi Ölkə
  • Növbəti 4 gündə dəhşətli istilər olacaq – XƏBƏRDARLIQ Ölkə
  • Azərbaycandan Ermənistana yük göndərildi – YENİLƏNİB Ölkə
  • Leysan yağıb, İstisuya dolu düşüb – FAKTİKİ HAVA Ölkə
  • Britaniyanın yeni səfiri Azərbaycan dilini belə öyrənib Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqdisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Ölkə
  • Siyasət
  • Təhsil
  • Növbəti 4 gündə dəhşətli istilər olacaq – XƏBƏRDARLIQ Ölkə
  • O da “Fənərbağça”dan ayrıldı İdman
  • Moskvada hərbi zavoda hücum planı: 8 nəfər saxlanıldı, biri öldürüldü Dünya
  • Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır Siyasət
  • Ən “bahalı” rayonlarımız.. – Bu bölgələrdə yaşamaq daha çox pul tələb edir – SİYAHI İqdisadiyyat
  • TƏBİB uşaq xəstəxanasındakı həmin görüntülər barədə MƏLUMAT YAYDI Ölkə
  • Onların da yurd həsrəti bitdi Cəmiyyət
  • Tramp açıqladı: İranı belə əzəcəyik Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme