Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “Haber Global”: “Sistemli təxribatlar nəticə vermir” – VİDEO Dünya
  • 260 sərnişini daşıyan gəmi batdı Dünya
  • Bu ölkədə məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı Dünya
  • Azərbaycanda ləğv prosesində olan 7 bankın əmlakları hərraca çıxarılır İqdisadiyyat
  • Moskvada hərbi zavoda hücum planı: 8 nəfər saxlanıldı, biri öldürüldü Dünya
  • Argentina millisinin ulduzu “Çelsi”də İdman
  • Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır Siyasət
  • Müğənni Jony nadir xəstəliyə tutulub Cəmiyyət

Azərbaycanda meyitdən ürək köçürülən şəxslərin SAYI AÇIQLANDI

Posted on 6 Noyabr 2026 By admin Şərh yoxdur Azərbaycanda meyitdən ürək köçürülən şəxslərin SAYI AÇIQLANDI

“Ölkəmizdə belə əməliyyatların həyata keçirilməsindən bir azərbaycanlı kimi mən də qürur duyuram. Düşünürəm ki, bütün azərbaycanlılar, özünü azərbaycanlı hesab edən hər kəs bu uğurla fəxr edir. Çünki ürək transplantasiyası əməliyyatları yalnız bir cərrahi komandanın və ya klinikanın öhdəsindən gələ biləcəyi iş deyil”.

Bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, tanınmış ürək cərrahı Kamran Musayev deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, orqan transplantasiyası, xüsusilə də ürək transplantasiyası olduqca mürəkkəb prosesdir:

“Bu prosesin əməliyyatdan əvvəlki və sonrakı mərhələləri ən az əməliyyatın özü qədər vacibdir. Azərbaycanın bu sahədə uğur qazanması istiqamətində atılan ən mühüm addımlardan biri 1999 və 2020-ci illərdə qəbul edilmiş qanunlardan sonra, 2022-ci ildə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılması olub. Çünki meyit donordan ürək transplantasiyasının həyata keçirilməsi üçün beyin ölümü baş vermiş xəstələrə ehtiyac var. Canlı donordan ürək transplantasiyası həyata keçirə bilmirik. Meyit donordan transplantasiya yalnız beyin ölümü qeydə alınmış şəxslərdən donor orqanının götürülməsi ilə mümkündür. Bu prosesin hüquqi və sosial tələblərinin həlli, eləcə də praktiki müstəvidə reallaşdırılması həqiqətən böyük əhəmiyyət daşıyır. Mən çox sevinirəm ki, artıq Azərbaycan Qafqaz regionunda bu məsələni həll etmiş lider ölkə mövqeyindədir”.

K.Musayev bildirib ki, ötən il Azərbaycanda 4 ürək transplantasiyası əməliyyatı həyata keçirilib və uğurla başa çatdırılıb.

“Xəstələrin orqanlarının bağışlanması nəticəsində biz bu əməliyyatları həyata keçirə bildik”, – cərrah vurğulayıb.
O qeyd edib ki, hazırda ürək transplantasiyası əməliyyatı üçün gözləmə siyahısında 50-dən çox xəstə var:

“Düşünürəm ki, 10 milyonluq ölkədə bu xəstələrimizin ehtiyacını qarşılamaq üçün kifayət qədər donor olmalıdır. Bu fürsətdən istifadə edərək bir daha insanlarımızı, cəmiyyətimizi və onun hər bir üzvünü orqan donorluğu istiqamətində fəal olmağa çağırıram. Eyni zamanda, beyin ölümü baş vermiş şəxslərin orqanlarının bağışlanmasına dəstək verməyə dəvət edirəm”.

 

 

Maraqlı

Yazı naviqasiyası

Previous Post: Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır
Next Post: Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq

Related Posts

  • Dünyanın ən məşhur əti – XX əsrdə hamı ala bilmirdi Maraqlı
  • Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır Maraqlı
  • Yumurtanı tavada deyil, sobada bişirin – Aşpazların sevimli üsulu Maraqlı
  • Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır Maraqlı
  • Dizayn dünyasının yeni favoriti: Bu yazı tipi zirvəni necə ələ keçirdi? Maraqlı
  • Limonlu su ilə qarqara dişləri məhv edə bilər – Stomatoloqdan XƏBƏRDARLIQ Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Tokayev ölkədə ümummilli matəm günü elan etdi Dünya
  • Biləsuvarda toyda bıçaqlanma olub Kriminal
  • Premyer Liqanın V turunda “Sabah” “Şəfa”ya qalib gəlib İdman
  • Hörmüz düyünü: Oman niyə İranla razılaşmadan geri çəkildi? Siyasət
  • Qubada kişi otbiçən mişarla qadına hücum edib – Təfərrüat Kriminal
  • Paltarını yumadığı üçün arvadını baltaladı – Qadın şikayətçi olmadı Kriminal
  • Kantri musiqisinin ikonası vəfat etdi Mədəniyyət
  • Bakıda məktəbdə valideynlərdən pul yığıldı: Sinif rəhbəri TƏNBEH EDİLDİ – VİDEO Təhsil

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by