Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “Vəkilin vaxtına kim hörmət etməlidir?” – İlhamə Həsənova od püskürdü Ölkə
  • 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – DTX-dən XÜSUSİ ƏMƏLİYYAT Ölkə
  • İƏT-in yeni Baş katibi o seçildi Dünya
  • Prezident bu qanunu təsdiqlədi Siyasət
  • Buzovnada faciə: Körpə ölü doğuldu, ailə həkim səhlənkarlığını iddia edir – VİDEO Hadisə
  • Xırdalanda qanunsuz yolbənd iddiası: “Dedi ki, mənə pul at” – VİDEO Ölkə
  • Donor tapa bilmədi – 9 ay donuz böyrəyi ilə yaşadı Dünya
  • Birləşmiş Ştatların uduzmasını istəyirlər – Tramp Siyasət

Hörmüz düyünü: Oman niyə İranla razılaşmadan geri çəkildi?

Posted on 4 Sentyabr 2026 By admin Şərh yoxdur Hörmüz düyünü: Oman niyə İranla razılaşmadan geri çəkildi?

Hörmüz boğazı ətrafında baş verən son hadisələr, xüsusən də Maskatın Tehranla razılaşmadan geri çəkilməsi onu göstərir ki, burada söhbət yalnız İran və Oman arasında naviqasiya məsələsinin həllindən getmir. Əslində, Hörmüz böhranı artıq iki ölkənin münasibətləri çərçivəsindən çıxaraq ABŞ, İran, Körfəz ölkələri və bütövlükdə qlobal enerji bazarının maraqlarının toqquşduğu geosiyasi düyünə çevrilib.

İran və Oman arasında boğazda təhlükəsiz gəmiçiliyin bərpası ilə bağlı müəyyən anlaşmaların əldə olunması ilk baxışdan Tehranın diplomatik uğuru kimi görünə bilərdi. Oman avqustun 25-də İranla birgə müvəqqəti naviqasiya dəhlizinin yaradılması, boğazın minalardan təmizlənməsi və gələcəkdə daimi dəhlizin formalaşdırılması üzrə danışıqların davam etdirildiyini açıqlamışdı. Lakin burada əsas məsələ dəhlizin yaradılması deyil, onun kim tərəfindən və hansı qaydalarla idarə olunmasıdır.

İranın yanaşması Hörmüz üzərində öz təsir imkanlarını rəsmiləşdirmək istəyindən xəbər verir. ABŞ isə bunun əksinə olaraq boğazın beynəlxalq gəmiçilik üçün açıq qalmasını və heç bir dövlətin burada keçid üzərində birtərəfli nəzarət yaratmamasını tələb edir. Vaşinqtonun mövqeyinə görə, Hörmüz beynəlxalq su yoludur və keçid üçün rüsum və ya məcburi ödəniş tətbiq edilməməlidir. Məhz buna görə Oman üçün Tehranla əldə ediləcək istənilən razılaşmanın yalnız İranın mövqeyi ilə məhdudlaşması mümkün deyildi.

 

 

Maskatın əsas problemi: iki tərəf arasında qalmaq

Oman burada olduqca mürəkkəb vəziyyətlə üz-üzədir. Bir tərəfdən İranla qonşudur, Tehranla uzun illərdir xüsusi diplomatik kanalları qoruyur və hətta ABŞ-İran danışıqlarında vasitəçilik missiyası həyata keçirib. Digər tərəfdən isə Oman ABŞ-ın regional tərəfdaşlarından biridir və Hörmüz məsələsində Vaşinqtonun fundamental maraqlarını nəzərə almadan hərəkət etmək onun üçün son dərəcə risklidir. Bu baxımdan Omanın İranla müəyyən texniki anlaşmaya getməsi onun ABŞ-dan siyasi olaraq uzaqlaşması anlamına gəlmirdi.
Əksinə, Maskatın siyasətinin mahiyyəti İranla dialoqu qorumaqla Qərblə strateji münasibətləri pozmamaqdır. Elə buna görə də İranla razılaşmanın ödəniş və boğaz üzərində idarəetmə məsələsinə keçdiyi mərhələdə Oman geri addım atmağa məcbur oldu.

Tramp faktorunu da unutmaq olmaz

Bu məsələdə ABŞ Prezidenti Donald Trampın sərt mövqeyi Omanın manevr imkanlarını daha da daraldıb. Tramp may ayında İranla birlikdə Hörmüz üzərində nəzarət mexanizmi yaradılması ilə bağlı Omanın fəaliyyətinə qarşı sərt xəbərdarlıq edib, avqustun 17-də isə daha açıq şəkildə bildirmişdi ki, Oman ABŞ-İran razılaşmasına mane olarsa, Vaşinqton ona qarşı hərbi addım ata bilər. Hətta Omanı bombardman etməklə hədələyib. Belə bir şəraitdə Maskatın İranla ABŞ-ın əsas strateji maraqlarına zidd olan uzunmüddətli razılaşmaya getməsi son dərəcə çətin idi. Ona görə də Omanın müstəqil diplomatik xətt yürütmək imkanları ABŞ-İran qarşıdurmasının yaratdığı reallıqlardan kənara çıxa bilməz.  Daha doğrusu ABŞ-nin razlığı olmadan Hörmüzdə hər hansı razılaşma mümkün deyil.

Hörmüz böhranı necə həll oluna bilər?
Hadisələrin ən mühüm tərəfi isə budur: Hörmüz boğazı artıq regional problem statusunu geridə qoyub. Bu boğazdan müharibədən əvvəl dünya neftinin təxminən beşdə biri keçirdi. Bu səbəbdən burada yaranan istənilən uzunmüddətli məhdudiyyət enerji qiymətlərinə, sığorta xərclərinə, gəmiçilik marşrutlarına, Asiya iqtisadiyyatlarına və qlobal inflyasiyaya təsir göstərir. Deməli, Hörmüz məsələsini yalnız Tehran-Maskat formatında həll etmək mümkün deyil. Təbii ki, İranın təhlükəsizlik maraqları var, Omanın isə suverenlik və təhlükəsizlik maraqları var. Digər tərəfdən burada digər Körfəz ölkələrinin enerji ixracı maraqları var. Bundna əlavə olaraq ABŞ-nin də burada öz geosiaysi maraqları mövcuddur və aparılan savaş da bunun uğrundadır. Avropa və Asiyanın isə əsas tələbi enerji və ticarət marşrutlarının təhlükəsizliyidir. Bu maraqların hamısı nəzərə alınmadan bağlanacaq hər hansı ikitərəfli razılaşmanın davamlı olması şübhəlidir. Odur ki, Hörmüz ətrafındakı qarşıdurmanın arxasında daha böyük sual dayanır: Yaxın Şərqin ən mühüm enerji arteriyalarından birinin gələcək təhlükəsizlik və idarəetmə modelini kim müəyyən edəcək?

Nəticə etibarilə, Omanın İranla razılaşmadan geri çəkilməsi sadəcə Maskat-Tehran münasibətlərində yaranmış fikir ayrılığı kimi qiymətləndirilməməlidir. Bu, Hörmüz böhranının artıq regional aktorların təkbaşına həll edə bilməyəcəyi qlobal geosiyasi və enerji təhlükəsizliyi probleminə çevrildiyini göstərən növbəti siqnaldır.

Və ən vacib məqam budur: Hörmüzün gələcəyi artıq təkcə İran və Omanın qərarından asılı deyil. Ən yumşaq halda qeyd etsək deyə bilərik ki, burada ABŞ-ın mövqeyi, Körfəz ölkələrinin maraqları və qlobal enerji bazarının təhlükəsizliyi eyni masada nəzərə alınmalıdır. Əgər bu maraqlar nəzərə alınmayacaqsa, Hörmüz böhranı həlli daha mürəkkəb olan bir mərhələyə qədəm qoymuş olacaq.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib
Next Post: Sabahdan leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Related Posts

  • Ukraynanın zərbələrinə Putindən REAKSİYA Siyasət
  • Kreml Tehrana qarşı: Moskva bunu dəstəkləmir Siyasət
  • Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb Siyasət
  • İlham Əliyev və Şavkat Mirziyoyev “Yeni Daşkənd”də ağac əkdilər – VİDEO Siyasət
  • Birləşmiş Ştatların uduzmasını istəyirlər – Tramp Siyasət
  • İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırdı Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ Hadisə
  • Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın vəfat etdi – FOTO Hadisə
  • FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir Siyasət
  • Bakıda məsciddə namaz qılıb yatdı – Telefonu oğurlandı Hadisə
  • AB-nin qaz ehtiyatları kəskin azaldı Ölkə
  • Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək Dünya
  • 16 yaşlı qızı ərə vermək istədilər – İşə polis qarışdı Cəmiyyət
  • Braziliya “TikTok”a qarşı hərəkətə keçdi Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by