Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Arvadını boğdu, öldüyünü düşünüb – Polisə təslim oldu Hadisə
  • Zelenski onu vəzifəsindən azad etdi Dünya
  • Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü Cəmiyyət
  • Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək Dünya
  • “Sosial şəbəkələrə əyləncə kimi baxıram” – Qurban Qurbanov tənqidlərə cavab verdi İdman
  • Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur Ölkə
  • Dizel kəskin ucuzlaşacaq – Tramp elan etdi İqdisadiyyat
  • Madriddə dəbdəbəli penthaus qalmaqalı – Ayuso kəskin tənqidlərlə üzləşdi Dünya

Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib

Posted on 4 Sentyabr 2026 By admin Şərh yoxdur Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü keçirilib.

Görüş şəhərin Xətai 10 ünvanında yerləşən binanın sakinləri ilə baş tutub. Binanın qarşısında keçirilən görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər Bələdiyyəsinin sədri, idarə və müəssisə rəhbərləri, sakinlər və media nümayəndələri iştirak ediblər.

Görüşü açan İlham İsmayılov ölkə Prezidentinin tapşırığına uyğun olaraq vətəndaşların rifah halının yaxşılaşdırılması və qarşılaşdıqları problemlərin yerindəcə öyrənilərək həllinə nail olunması məqsədilə müxtəlif ərazilərdə səyyar görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Şəhər rəhbəri avqustun 23-25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Özbəkistan Respublikasına baş tutan səfər barədə də fikirlərini bölüşüb. Nümayəndə heyətinin tərkibində səfərdə iştirak etməsindən məmnunluğunu ifadə edən İ.İsmayılov keçirilən forumu, iqtisadi əməkdaşlıq və dostluq müqavilələrinin imzalanmasını, həmçinin Azərbaycan Prezidentinin şərəfinə təşkil olunan tədbirləri ölkəmizin beynəlxalq nüfuzunun və əlaqələrinin daha da güclənməsinin göstəricisi kimi qiymətləndirib.

İlham İsmayılov Mingəçevir üçün səfər çərçivəsində baş verən mühüm hadisələrdən birinə də diqqət çəkib. Belə ki, şəhərdə yeni tekstil fabrikinin tikintisinin reallaşdırılması ilə bağlı müvafiq sənəd rəsmiləşdirilib.

Şəhər rəhbəri bildirib ki, yeni və müasir sənaye müəssisəsinin inşası Mingəçevirdə yüzlərlə yeni iş yerinin yaradılmasına imkan verəcək. O, bu layihəni dövlət başçısının Mingəçevirə və şəhər sakinlərinə göstərdiyi diqqətin növbəti nümunəsi kimi dəyərləndirib.

Daha sonra şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən danışan İ.İsmayılov təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Mingəçevirdə nümunəvi şəraitin yaradılması istiqamətində işlərin davam etdirildiyini bildirib.

Görüş zamanı sakinlər şəhərdə görülən işlərdən razılıqlarını ifadə edib, Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını çatdırıblar. Bununla yanaşı, müxtəlif sosial və məişət problemləri ilə bağlı müraciətlərini şəhər rəhbərinin diqqətinə çatdırıblar.

Sakinlərin müraciətlərini və aidiyyəti idarə və müəssisə rəhbərlərinin məlumatlarını dinləyən İlham İsmayılov səsləndirilən məsələlərin araşdırılaraq həllinin təmin olunması ilə bağlı konkret tapşırıqlar verib.

İcra başçısı hər bir məsələyə və vəzifəyə məsuliyyətlə yanaşılmasının, vətəndaş müraciətlərinin diqqətlə araşdırılmasının və sakinlərin məmnunluğunun təmin edilməsinin vacibliyini vurğulayıb.

Esmira Hidayətova, Mingəçevir

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Ayxan Mirzəzadə Avropa çempionu olub
Next Post: Hörmüz düyünü: Oman niyə İranla razılaşmadan geri çəkildi?

Related Posts

  • Bu bürclərin bəxt üzünə “güləcək”: Qarşıda uğurlu günlər var Cəmiyyət
  • 16 yaşlı qızı ərə vermək istədilər – İşə polis qarışdı Cəmiyyət
  • Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək – Gizli təhlükə Cəmiyyət
  • Onların da yurd həsrəti bitdi Cəmiyyət
  • Bu il avtoqəzalarda 285 nəfər ölüb Cəmiyyət
  • Külək, şimşək və leysan olacaq – HAVA PROQNOZU Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Tanınmış iş adamı VƏFAT ETDİ – FOTO Cəmiyyət
  • Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi Ölkə
  • Şəkidə faciəvi şəkildə ölən şəxs dövlət qurumunun əməkdaşı imiş  Hadisə
  • Azərbaycan səhiyyəsinə ağır itki – Əməkdar həkim vəfat etdi Cəmiyyət
  • Azərbaycanda işıq pulu ləğv edilə bilər Ölkə
  • Dehliyə uçan təyyarə Bakıya eniş etdi Ölkə
  • Nazirlik ötən həftənin statistikasını açıqladı: 8 meyit aşkarlanıb Hadisə
  • Polis reyd keçirdi – Qanun pozuntuları aşkarlandı Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by