Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Fransada hökumət etirazlarla bağlı orduya müraciət edəcək Dünya
  • “And içmişəm, hamısının adını sadalayacağam” Mədəniyyət
  • Almaniyada hərbi aerodromun yaxınlığına PUA düşdü Dünya
  • Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi – FOTOLAR Ölkə
  • Bakıda elektrik faciəsi – Ölənlər var Hadisə
  • Nazir açıqladı: 90 min abituriyentdən 30 mini tələbə ola bilməyəcək Təhsil
  • Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi Təhsil
  • “Türkiyəni mübarizəsindən heç kim vaz keçirə bilməz” – Ərdoğan  Siyasət

Polisə atəş açan hərbçiyə hökm oxundu

Posted on 3 Noyabr 2026 By admin Şərh yoxdur Polisə atəş açan hərbçiyə hökm oxundu

Cinayətkar birlik yaratmaqda və digər cinayətlərdə təqsirləndirilən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 Cəlilabad Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən N.A.-nın cinayət əməli sübuta yetirilib və hökm oxunub.

Hökmə əsasən, N.A. 7 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, təqsirləndirilən N.A. xarici ölkədə fəaliyyət göstərdiyi iddia edilən, silahlı hücumlar, qətllər, soyğunçuluq və quldurluq kimi cinayətlər törədən, sosial platformalar üzərindən idarə olunan cinayətkar birliyin üzvləri ilə əlaqə qurmağa çalışıb. O, cinayətkar birliyin bir neçə üzvü ilə sosial şəbəkə vasitəsilə mütəmadi yazışıb və birliyə əyani şəkildə qoşulmaq istəyib.

N.A. silah-sursat götürərək hərbi hissəni tərk edib. O, yanlış istiqamətdə hərəkət edərək silahını yoxlamaq məqsədilə havaya atəş açıb. Daha sonra cinayətkar birliyə qoşulmaq üçün sosial şəbəkədə tanış olduğu şəxslərlə əlaqə saxlayıb və danışıq zamanı yenidən havaya atəş açıb.

Həmin ərazinin yaxınlığında xidmət aparan polis əməkdaşları ona yaxınlaşsalar da, N.A. onların əmrinə tabe olmayıb. Yaxınlaşmalarına mane olmaq məqsədilə avtomat silahdan əvvəlcə havaya, daha sonra isə polis əməkdaşı istiqamətində yerə çox sayda atəş açıb. Bununla da zor tətbiq etməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və keçirilən əməliyyat nəticəsində N.A. saxlanılıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1, 29, 218.2, 228.1, 232.1, 315 və 334.1-ci maddələri ilə təqsirli bilinib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Milli Məclis Özbəkistanla bağlı mühüm sazişləri təsdiqlədi

Related Posts

  • Yüksək hərarət, ishal, səpki – Uşaqlar arasında təhlükəli virus yayılıb? Cəmiyyət
  • Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı Cəmiyyət
  • Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək – Gizli təhlükə Cəmiyyət
  • Həsən Osmanov vəfat etdi – FOTO Cəmiyyət
  • DYP sürücülərə xəbərdarlıq etdi – VİDEO Cəmiyyət
  • Bu ərazilərdə qaz olmayacaq Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Macarıstanın baş naziri AES-dəki problem barədə danışdı Dünya
  • SEPAH: Hörmüz boğazında neft tankeri yanıb Siyasət
  • Binədə istixanada güclü YANĞIN baş verib Hadisə
  • El-Nino Avropada havaya təsir edəcək: Qış necə keçəcək? Dünya
  • Ali Məhkəmə hakimin evi ilə bağlı yekun qərar verdi – RƏSMİ Ölkə
  • Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU Cəmiyyət
  • Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA Ölkə
  • Zabratda su borusu partladı, küçəni su basdı – VİDEO Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by