Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır Maraqlı
  • Bakıda yük avtomobili yolun ortasına aşdı Hadisə
  • “Barselona”, yoxsa “Real”? – Superkompüter favoriti seçdi İdman
  • Bəzi ərazilərdə su kəsiləcək Cəmiyyət
  • Həmyerlimizin adı Kanadada əbədiləşdirildi – FOTO Dünya
  • Bütün sosial müavinətlər ödənildi İqdisadiyyat
  • Azərbaycan və Şri-Lanka arasında memorandum imzalanacaq Siyasət
  • Naxçıvanda əhalinin sayı artıb Siyasət

Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır

Posted on 6 Noyabr 2026 By admin Şərh yoxdur Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır

“Ərazi bütövlüyümüzün bərpası ölkəmizin iqtisadi inkişafı üçün də yeni imkanlar açıb. Cari il “2022-2026-cı illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası”nın yekun ilidir, 2027-2030-cu illər üçün isə yeni Strategiya hazırlanır”.

Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyən edilib:
“Bugünkü iclasda təmsil olunan komitələrin fəaliyyət sahələri bu prioritetlərdən üçü ilə birbaşa bağlıdır: “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”, “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” və “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”.

A.Axundov əlavə edib ki, qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunur, şaxələndirmə siyasəti isə öz bəhrəsini verir:

“Strategiya dövrünün yekunlarına əsasən qeyri-neft-qaz sektorunda orta illik artımın 5,2% olacağı gözlənilir ki, bu da qarşıya qoyulmuş hədəfi üstələyir.

Cari ilin yanvar-sentyabr aylarında iqtisadi artım 1,5% təşkil edib. Qeyri-neft-qaz sektoru 2,6% böyüyərək artımın əsas mənbəyinə çevrilib, bu sektorun ÜDM-dəki payı isə 70%-i ötüb. İlin yekununda ÜDM-in 1,7%, qeyri-neft-qaz ÜDM-in isə 3,1% artacağı proqnozlaşdırılır.
Artımın strukturunda emal sənayesi, nəqliyyat və informasiya texnologiyaları önə çıxır. Qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 6,6%, nəqliyyat və anbar təsərrüfatında 10%, informasiya və rabitədə 11,1% artıb. Ümumilikdə xidmət sektorunun bütün sahələrində artım qeydə alınıb. Daxili tələb də güclü qalır: əhalinin istehlakı real ifadədə 4,6% yüksəlib”.

İqdisadiyyat

Yazı naviqasiyası

Previous Post: Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər
Next Post: Azərbaycanda meyitdən ürək köçürülən şəxslərin SAYI AÇIQLANDI

Related Posts

  • Azərbaycanda benzin və dizel markalanacaq İqdisadiyyat
  • Neftimizin qiyməti 108 dolları keçdi İqdisadiyyat
  • Bitkoin bahalaşdı İqdisadiyyat
  • İnvestorların bölgəyə marağı artıb – AÇIQLAMA İqdisadiyyat
  • Nazirlikdən 25 minə yaxın şəxsin pensiyası ilə bağlı MÜHÜM QƏRAR  İqdisadiyyat
  • Dünya bazarında qızıl ucuzlaşdı İqdisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İlham Əliyev və Şavkat Mirziyoyev “Yeni Daşkənd”də ağac əkdilər – VİDEO Siyasət
  • İş axtaranların NƏZƏRİNƏ – Agentlik vakansiya elan etdi Cəmiyyət
  • Azərbaycan millisinin qapıçısı yeni kluba keçdi İdman
  • Yeni təmayül modeli üçün müəllim seçimi davam edir Təhsil
  • İkinci Dünya müharibəsinin veteranı, şəhid babası 102 yaşında vəfat etdi Cəmiyyət
  • Paşinyan ordudakı intihar probleminin həlli üçün işçi qrupu yaradıb Dünya
  • Leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA Ölkə
  • Bu il avtoqəzalarda 285 nəfər ölüb Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by