Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Luis Enrikenin illik maaşı bilindi İdman
  • “Global Media Group” və “Report” İnformasiya Agentliyi “Vətən daşı” sənədli filmini təqdim edib Ölkə
  • Əli Əsədov yeni qərarlar imzaladı Ölkə
  • Hövsanda açıq ərazidə yanğın baş verib Hadisə
  • Bankokda daşqınlara görə məktəblər bağlanır Dünya
  • İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair videoçarx Siyasət
  • Yüksək hərarət, ishal, səpki – Uşaqlar arasında təhlükəli virus yayılıb? Cəmiyyət
  • Ağdam şəhərinə növbəti köç karvanı yola salındı Ölkə

Yeni təmayül modeli üçün müəllim seçimi davam edir

Posted on 17 Avqust 2026 By admin Şərh yoxdur Yeni təmayül modeli üçün müəllim seçimi davam edir

Yeni təmayül tədris modeli tətbiq olunan ümumi təhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsi davam edir.

Bu barədə  Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrində fəaliyyət göstərən, həmçinin paytaxtın digər ümumi təhsil məktəblərində çalışan müəllimlər SMS vasitəsilə dəvət olunur.

Qeyd edilib ki, müsahibələr Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilir.

Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.

Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün nəzərdə tutulan yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyat prosesi də davam edir. Hazırki dövrədək qabaqcıl pedaqoji təcrübəyə malik 5000-dən çox müəllim müsahibə mərhələsində iştirak üçün müraciət edib.

Xatırladaq ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Təbrizdən İrəvana uçuşlar bərpa olunur – Tarix açıqlandı
Next Post: Məşhur general uzun müddətdən sonra ictimaiyyət arasında görünüb – FOTO

Related Posts

  • Şagirdin atası məktəbdə insident törətdi – Həbs olundu Təhsil
  • Emin Əmrullayev qalmaqallı direktoru işdən çıxardı Təhsil
  • MDU-da turizm təhsili yenilənir: İngilis dilində kadr hazırlığı və Sənaye Şurası Təhsil
  • Gələn ilin təhsil və elm xərcləri məlum oldu  Təhsil
  • Direktorun otağında canlı yayım açdı – İşdən çıxarıldı Təhsil
  • Qızların məktəbdə sırğa taxması qadağan edilir? – Rəsmi açıqlama Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Daha bir tiktoker həbs edildi Cəmiyyət
  • Ramiz Mehdiyevin qızı: “Atam verdiyi qovluğu açanda stres keçirdim” Cəmiyyət
  • Azərbaycan XİN Fələstini təbrik edib Siyasət
  • Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqləndi Cəmiyyət
  • Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi Hadisə
  • İran XİN rəsmisi ABŞ-nin siyasətini parodiya adlandırdı Siyasət
  • Bakıda ən çox bina bu rayonda söküləcək Ölkə
  • Növbəti 4 gündə dəhşətli istilər olacaq – XƏBƏRDARLIQ Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by