Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Mərkəzi Bankda rəhbər vəzifəyə TƏYİNAT  Ölkə
  • Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir – VİDEO Dünya
  • Zakir Həsənov və Elçin Quliyev keçmiş komandanları ilə belə vidalaşdılar – FOTOLAR Cəmiyyət
  • Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı – Bu cəzanı aldılar Cəmiyyət
  • Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınıb Cəmiyyət
  • İçki mağazasına girən meymun sərxoş oldu – VİDEO Dünya
  • “”Sabah” karyeramda çalışdırdığım ən yaxşı komandadır” – Dambrauskas İdman
  • İki avtomobil nəhəngi Rusiya bazarına QAYIDIR İqdisadiyyat

İnvestorların bölgəyə marağı artıb – AÇIQLAMA

Posted on 27 Sentyabr 2026 By admin Şərh yoxdur İnvestorların bölgəyə marağı artıb – AÇIQLAMA

Sentyabrın 25-26-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olunub, ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühiti, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyi nümayiş etdirilib.

Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə imzalanmış 23 sənədə əsasən ümumi dəyəri 10,8 milyard ABŞ dolları həcmində investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulur.

İqtisadçı Xalid Kərimli Ölkə.az-a açıqlamasında bildirib ki, belə forumlar investisiya imkanlarının təqdimatı və müzakirələri üçündür:

“Ölkəmizdə hazırda metallurgiya sahəsində proqram qəbul edilib və investor axtarır. Həmçinin yaşıl enerji istehsalı istiqamətində böyük proqramlar və hədəflər var, bu sahəyə də yatırımlar gözlənilir. Eyni istiqamətdə neft-qaz sənayesinə investorlar cəlb olunur. Hazırda bu istiqamətdə bir neçə sənəd imzalandı. Ümumiyyətlə, forum investisiya cəlbinin müzakirəsi üçün əlverişli platformadır və bura pul yatırmaqda maraqlı olan investorlara bizim layihələrin təqdim edilməsinə imkan yaradır”.

Ekspertin fikrincə, həm şimal, həm də cənub qonşularımızda müharibənin davam etdiyi bir vaxtda, Azərbaycan və Ermənistan arasındakı sülh regiona tranzit imkanları istiqamətində marağı artırıb:

“Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər və müharibə riskinin aradan qalxması bölgəyə marağı artırır.

İnvestisiya forumunun ölkə iqtisadiyyatına müsbət təsirlərinin olacağını gözləyə bilərik. Ümumilikdə, bu tədbirlərin, müzakirələrin, təqdimatların potensial faydaları mümkündür”.

İqdisadiyyat

Yazı naviqasiyası

Previous Post: İçki mağazasına girən meymun sərxoş oldu – VİDEO
Next Post: Kiyevə hücum zamanı azərbaycanlı həlak olub

Related Posts

  • Bütün sosial müavinətlər ödənildi İqdisadiyyat
  • Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı İqdisadiyyat
  • Azərbaycanda qiymətlər 5,7% artıb İqdisadiyyat
  • ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayacaq İqdisadiyyat
  • Ən “bahalı” rayonlarımız.. – Bu bölgələrdə yaşamaq daha çox pul tələb edir – SİYAHI İqdisadiyyat
  • Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ İqdisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bəqai: İranın şərtləri aydın və şəffafdır Siyasət
  • Rusiya Ordusu bu istiqamətdə hücuma hazırlaşır Siyasət
  • Laçında icra nümayəndəsi vəfat etdi Ölkə
  • Onların da yurd həsrəti bitdi Cəmiyyət
  • TƏBİB-in İcraçı direktor əvəzi danışdı Ölkə
  • Kiyevə hücum zamanı azərbaycanlı həlak olub Hadisə
  • Şahmatçılarımız Avropa çempionatında liderdir İdman
  • Vergi ödəyicilərinin DİQQƏTİNƏ – 3 gün ərzində etməsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZ! Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by