Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Toggle search form
  • Aazərbaycanda maaş kartları ilə bağlı yeni qayda – Vətəndaş nə qazanacaq? Cəmiyyət
  • İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırdı Siyasət
  • ABŞ-da hərbi təlim faciə ilə nəticələndi: 2 pilot öldü Hadisə
  • Nazir Musa Paşayevə yüksək vəzifə verdi Cəmiyyət
  • Prezident bu qanunu təsdiqlədi Siyasət
  • Sabah Sumqayıtda qaz olmayacaq Cəmiyyət
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət
  • Bu rayonlarda əməliyyat keçirildi – Saxlanılanlar var Hadisə

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır

Posted on 13 Avqust 2026 By admin Şərh yoxdur Naxçıvanın yeni inkişaf salnaməsi yazılır

“Prezident İlham Əliyevin Naxçıvana səfəri sadəcə növbəti işgüzar səfəri deyildi. Səfər zamanı təqdim olunan layihələrə, verilən mesajlara və qarşıya qoyulan hədəflərə bütöv şəkildə nəzər saldıqda, söhbətin muxtar respublikanın inkişafında yeni mərhələnin başlanmasından getdiyi aydın görünür. Burada əsas məsələ ayrı-ayrı obyektlərin tikintisi deyil, Naxçıvanın iqtisadi, sosial, enerji və logistika potensialının vahid inkişaf modeli daxilində hərəkətə gətirilməsidir. Sənaye, enerji, nəqliyyat, sosial təminat, şəhərsalma, turizm və tarixi-mədəni irsin qorunması bir-birindən ayrı istiqamətlər kimi deyil, eyni strategiyanın bir-birini tamamlayan elementləri kimi çıxış edir”.

Bunu  açıqlamasında deputat Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, bu yanaşmanın arxasında daha geniş siyasi və geoiqtisadi məntiq dayanır. “Naxçıvanın coğrafi mövqeyi uzun illər onun üçün həm strateji üstünlük, həm də müəyyən məhdudiyyətlər yaradıb. Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması muxtar respublikanın iqtisadi imkanlarının tam reallaşdırılmasına müəyyən maneələr yaradıb. İndi isə qarşıya qoyulan məqsəd bu coğrafi xüsusiyyəti məhdudiyyət olmaqdan çıxarıb üstünlüyə çevirməkdir. Bunun üçün sənaye infrastrukturu qurulur, enerji imkanları genişləndirilir, şəhər mühiti yenilənir və Naxçıvanın regional nəqliyyat xəritəsindəki mövqeyi gücləndirilir”, – o vurğulayıb.

Deputat deyib ki, bu mənada Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır: “310 hektarlıq ərazini əhatə edəcək park Naxçıvanda istehsalın, investisiyaların və yeni iş yerlərinin genişlənməsi üçün mühüm platformaya çevrilə bilər. Daha vacibi isə sənaye parkının yalnız istehsal məkanı kimi deyil, yeni iqtisadi dəyər zəncirlərinin formalaşacağı bir mərkəz kimi nəzərdə tutulmasıdır. Parkın tərkibində 300 MVt gücündə istilik elektrik stansiyasının inşası da bu modelin enerji dayağını formalaşdırır. Naxçıvanın hazırkı generasiya gücü ilə müqayisədə bu stansiyanın yaratdığı əlavə imkanlar muxtar respublikanın enerji dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirə bilər.

Enerji məsələsi burada ayrıca strateji əhəmiyyət daşıyır. Azərbaycanın yerləşdiyi regionda enerji təhlükəsizliyi getdikcə daha çox geosiyasi məsələ xarakteri alır. Müharibələr, nəqliyyat zəncirlərində fasilələr və enerji bazarlarında dəyişkənlik ölkələri alternativ və dayanıqlı enerji mənbələri yaratmağa vadar edir. Naxçıvanın Günəş enerjisi potensialının yüksək qiymətləndirilməsi və yüzlərlə meqavat gücündə günəş elektrik stansiyalarının planlaşdırılması bu baxımdan yalnız yerli ehtiyacların ödənilməsi kimi qəbul edilə bilməz. Bu, Azərbaycanın yaşıl enerji strategiyasının Naxçıvan istiqamətində genişlənməsi və gələcək enerji ixracı imkanlarının artırılması baxımından da əhəmiyyətlidir”.

V.Rəhimzadə əlavə edib ki, ən mühüm istiqamətlərdən biri isə Naxçıvanın nəqliyyat və logistika perspektividir: “Zəngəzur dəhlizinin reallaşması muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə quru bağlantısının bərpasına və onun Şərq-Qərb nəqliyyat xəritəsində daha mühüm mövqe qazanmasına şərait yarada bilər. Bu məsələ Naxçıvan üçün adi nəqliyyat layihəsindən daha böyük məna daşıyır. Çünki söhbət birbaşa olaraq muxtar respublikanın iqtisadi coğrafiyasının dəyişməsindən gedir.

Naxçıvanın Türkiyə ilə əlaqələri və onun Orta Dəhliz üzərində yerləşməsi bu potensialı daha da artırır. Dəmir yolu bağlantısının bərpası və Qars-İğdır-Naxçıvan xəttinin inkişafı ilə muxtar respublika yalnız Azərbaycan daxilində deyil, daha geniş Avrasiya logistika sistemində mühüm halqaya çevrilə bilər. Bu halda Naxçıvanın coğrafi mövqeyi artıq xəritədəki strateji nöqtə olmaqla kifayətlənməyəcək, real tranzit, ticarət və investisiya üstünlüyünə çevriləcək.
Burada Zəngəzur dəhlizinin regional əhəmiyyətini də ayrıca vurğulamaq lazımdır. Dəhlizin reallaşması Azərbaycanı Naxçıvan və Türkiyə ilə daha sıx nəqliyyat şəbəkəsində birləşdirəcək, eyni zamanda Şərq-Qərb bağlantısının yeni imkanlarını genişləndirəcək. Bu baxımdan Naxçıvanın inkişafı təkcə muxtar respublikanın daxili məsələsi deyil. Burada Azərbaycanın regional logistika və geoiqtisadi strategiyasının mühüm hissəsindən söhbət gedir.

Bütün bunlar onu göstərir ki, Naxçıvan üçün yeni inkişaf mərhələsi artıq ayrı-ayrı layihələrin cəmi deyil. Qarşıda sənaye, enerji, logistika, şəhərsalma, turizm, sosial rifah və tarixi irsi birləşdirən kompleks inkişaf modeli dayanır. Bu modelin mühüm xüsusiyyəti ondan ibarətdir ki, hər bir istiqamət digərini tamamlayır: enerji sənayenin dayağını gücləndirir, logistika istehsal və ticarət imkanlarını genişləndirir, şəhərsalma və sosial layihələr insan kapitalının inkişafına şərait yaradır, turizm isə Naxçıvanın tarixi və mədəni potensialını iqtisadi dövriyyəyə daxil edir.
Bu mənada Naxçıvanın gələcəyi üçün əsas məsələ layihələrin sayından daha çox, onların vahid strateji xətt üzrə həyata keçirilməsidir. Məqsəd Naxçıvanı yalnız inkişaf edən bir regiona deyil, Azərbaycanın yeni iqtisadi və geosiyasi reallıqlarında fəal rol oynayan regional mərkəzə çevirməkdir.

Deməli, Prezident İlham Əliyevin Naxçıvana səfərinin əsas mesajı yalnız bu gün görülən işlərin təqdimatı deyil, sabahın Naxçıvanının necə qurulacağının nümayişidir. Bu baxımdan səfər muxtar respublikanın yeni inkişaf salnaməsinin növbəti səhifəsi deyil, həmin salnamənin yeni fəslinin başlanğıcı təsiri bağışlayır”.

Təhsil

Yazı naviqasiyası

Previous Post: IV ixtisas qrupunda ballar yüksələcək
Next Post: Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recent Posts

  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı
  • Trampa sui-qəsd cəhdi – sirr ortaya çıxdı
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək
  • Naxçıvanın yeni inkişaf salnaməsi yazılır

Recent Comments

Archives

  • Avqust 2026

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • Siyasət
  • Təhsil
  • Uncategorized
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • Ankaranın yuxusu ərşə çəkilib: Qara dənizdə müharibə təhlükəsi böyüyür Dünya
  • Bu rayonlarda əməliyyat keçirildi – Saxlanılanlar var Hadisə
  • Trampa sui-qəsd cəhdi – sirr ortaya çıxdı Dünya
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət
  • Əkrəm İmamoğlu CHP-dən istefa verib Dünya
  • ABŞ-da hərbi təlim faciə ilə nəticələndi: 2 pilot öldü Hadisə
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by