Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bakıda yüzlərlə ev plana düşdü – Kompensasiya ödəniləcək Ölkə
  • Bu ölkədə məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı Dünya
  • Daha bir tarixi seriala çəkiləcək Dünya
  • Tramp Çinə silah satışını təkzib etdi Dünya
  • Bakıda məsciddə namaz qılıb yatdı – Telefonu oğurlandı Hadisə
  • Orqanizminizdə iltihab varsa qəhvə için Dünya
  • 16 yaşlı qızı ərə vermək istədilər – İşə polis qarışdı Cəmiyyət
  • CENTCOM xəritəsində Qəzza İsraillə eyni rəngdə göstərildi Siyasət

Tramp tikintini sürətləndirdi: 250 işçi günün 20 saatı çalışır

Posted on 19 Avqust 2026 By admin Şərh yoxdur Tramp tikintini sürətləndirdi: 250 işçi günün 20 saatı çalışır

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin müvafiq qərarı çıxarana qədər Ağ Evdə bal zalının inşasını başa çatdırmaq məqsədilə işləri sürətləndirmək üçün 250 işçi cəlb edib.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, məhkəmənin qərarından əvvəl layihəni yekunlaşdırmaq üçün 250 işçi həftənin yeddi günü, günün 20 saatı tikinti işlərində çalışır. ABŞ Prezidentinin Administrasiyası məhkəməni məlumatlandırıb ki, bu həftə ərzində 450 tondan çox armaturun quraşdırılması və təqribən 2,3 min kubmetr betonun tökülməsi nəzərdə tutulur.

Bir neçə federal məhkəmə prezidentin Konqresin razılığı olmadan tikintiyə başlayaraq öz səlahiyyətlərini aşdığına dair qərar qəbul edib. Hazırda iş Ali Məhkəmədə baxılma mərhələsindədir. Administrasiya nümayəndələri isə bal zalının inşasının “çox irəlilədiyini və artıq dayandırıla bilməyəcəyini” iddia edirlər.

Ağ Evin İnzibati İdarəsinin rəhbəri Coşua Fişer bildirib:

“Hazırkı irəliləyişi nəzərə alsaq, tikinti işləri artıq çox irəli gedib və onu dayandırmaq qeyri-mümkündür”.

O vurğulayıb ki, hətta Ali Məhkəmə binanın planlarının dəyişdirilməsi və ya sökülməsi barədə göstəriş versə belə, bu, artıq mümkün olmayacaq.

Onun sözlərinə görə, armaturun quraşdırılması və betonun tökülməsi işlərinin 80%-i artıq yekunlaşıb, binanın özü isə təxminən 21 metr hündürlüyə çatır və yerin altında beş mərtəbə dərinliyə gedir.

Fişerin qiymətləndirmələrinə əsasən, ümumilikdə tikintinin 65%-i tamamlanıb.

2025-ci ilin dekabrında ölkənin Milli Parklar Xidməti məlumat vermişdi ki, Ağ Evin şərq hissəsində bal zalının tikintisinin 2028-ci ilin yayında başa çatdırılması planlaşdırılır. Yeni bina 650-yə qədər adamı qəbul edə biləcək. Tikinti prosesinin Trampın prezidentlik müddəti bitənə qədər yekunlaşdırılması nəzərdə tutulur.

Dünya

Yazı naviqasiyası

Previous Post: Azərbaycan güləşçisi qızıl medal qazandı
Next Post: Gəncədə 25 yaşlı kişi meyiti tapıldı

Related Posts

  • El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər Dünya
  • Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü Dünya
  • Moskvada hərbi zavoda hücum planı: 8 nəfər saxlanıldı, biri öldürüldü Dünya
  • İranın nə qədər qızılı var? – Ehtiyatlar açıqlandı Dünya
  • Zelenskidən gözlənilməz qərar: Baş prokuroru vəzifədən kənarlaşdırdı Dünya
  • İtaliya 2000 ildən çoxdur həyati əhəmiyyət daşıyan körpünü tikə bilmir Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sumqayıtda zəhərlənən 21 şagirddən bəziləri xəstəxanadan evə buraxılıb – YENİLƏNİB Hadisə
  • Luis Enrikenin illik maaşı bilindi İdman
  • Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski Siyasət
  • Azərbaycan Pakitsana başsağlığı verdi Siyasət
  • Xadiməni aldadıb 3 min almışdı – Üstünə 750 manat qoyub qaytardı Cəmiyyət
  • Sürücülərə ŞAD XƏBƏR – Bu yollar açıldı Cəmiyyət
  • Bu gün Laçın Şəhəri Günüdür Ölkə
  • Azərbaycan-Kot-d’İvuar ikitərəfli münasibətləri müzakirə olunub Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by