Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Brent nefti bahalaşdı İqdisadiyyat
  • Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə.. Ölkə
  • Azərbaycan Qoşulmama Hərəkatının inkişafına mühüm töhfələr verib – Spiker Ölkə
  • Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik Dünya
  • Azərbaycan və Fransanın XİN başçıları görüşüb Ölkə
  • Bu günə olan rəsmi valyuta məzənnələri İqdisadiyyat
  • Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı Kriminal
  • Ağdam şəhərinə növbəti köç karvanı yola salındı Ölkə

Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq – YENİLƏNİB

Posted on 6 Sentyabr 2026 By admin Şərh yoxdur Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq – YENİLƏNİB

Kiyevdə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün birinci raundu başa çatıb.

Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Birinci raundda danışıqlar Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilib.

Danışıqlar zamanı Kuşner bildirib ki, Tramp sadəcə müharibəyə son qoymaq deyil, həm də Ukraynada uzunmüddətli sülh üçün şərait yaratmaq istəyir.

O əlavə edib ki, gələcək razılaşmalar yeni müharibənin baş verməsi ehtimalını aradan qaldırmalı və Ukraynaya müharibə illərində nümayiş etdirdiyi güc və ixtiraçılıqdan ölkənin inkişafı üçün istifadə etmək imkanı verməlidir: “Bir çox siyasətçi mürəkkəb problemlərdən qorxur. Prezident Tramp həmişə deyir ki, məsələ nə qədər mürəkkəbdirsə, bir o qədər yaxşıdır və buna bütün gücünü sərf etmək lazımdır. Buna görə də o, bu müharibəyə və insanların ölümünə son qoymaq, ailələrin həyatını asanlaşdırmaq üçün çox qətiyyətlidir”.

Eyni zamanda, Uitkoff bu söhbəti “çox məzmunlu” adlandırıb:

“Biz ruhlanmışıq və lazım olduğu qədər bundan sonra da işləməyə hazırıq”.

Uitkoff həmçinin Ukraynanın qonaqpərvərliyinin “misilsiz” olduğunu qeyd edib:

“Deyərdim ki, bizim çox məzmunlu müzakirələrimiz oldu. Məzmunlu, mühüm müzakirələr. Biz çox ruhlanmışıq və bu günün davamını lazım olduğu qədər səbirsizliklə gözləyirik”.

Öz növbəsində Zelenski bildirib ki, Uitkoff və Kuşnerin iştirakı ilə artıq iki panel müzakirəsi keçirilib. Prezident müharibənin başa çatması üçün hər şeyi etməyin çox vacib olduğunu vurğulayıb: “Burada hamımız eyni tərəfdəyik – çox istəyirik ki, müharibə olmasın, əzablar yaşanmasın, insanlar həlak olmasın. Bu müharibə ədalətli şəkildə – hamımız üçün ədalətli sülhlə başa çatsın. Həmçinin müharibə elə başa çatmalıdır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünü yenidən başlatması mümkün olmasın. Bunun üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, ikinci raundda “Avropa üçlüyü” ölkələrinin – Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşavirlərinin iştirakı ilə danışıqlar keçiriləcək.(apa)

***

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşner Kiyevə səfər edib.

Ölkə.az xəbər verir ki, bu barədə Ukraynanın “İnsayder” nəşri məlumat yayıb.

ABŞ nümayəndələrinin Ukrayna paytaxtında nə qədər qalacağı barədə məlumat verilmir.

Siyasət

Yazı naviqasiyası

Previous Post: İkinci Dünya müharibəsinin veteranı, şəhid babası 102 yaşında vəfat etdi
Next Post: 4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı – Vəziyyəti ağırdır

Related Posts

  • ABŞ-İran qarşıdurması: 20-yə yaxın tanker Şri-Lanka sahillərinə sığındı Siyasət
  • İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib Siyasət
  • ABŞ İranla münaqişə səbəbindən bu üstünlüyünü itirir Siyasət
  • İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırdı Siyasət
  • Dünyada Rusiyaya nifrət artır – Pamfilova Siyasət
  • Xamenei müsəlman ölkələrinə çağırış edib Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Həmyerlimizin adı Kanadada əbədiləşdirildi – FOTO Dünya
  • Bitkoin bahalaşdı İqdisadiyyat
  • Yasamalda işıq olmayacaq Cəmiyyət
  • Məşhur pop-ulduz Ledi Qaqa ana oldu Dünya
  • Azərbaycanda ötən gün 9 odlu silah aşkarlanıb Cəmiyyət
  • Nigar Fərhadın ərini DTX həbs edib – YENİ DETALLAR Cəmiyyət
  • Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı Cəmiyyət
  • Əməkdar artist: “Onlara pul qazandırırsınız, niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?” Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by