Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Avro və rubl ucuzlaşdı – Məzənnələr İqdisadiyyat
  • Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib – VİDEO Ölkə
  • Himalayda qar uçqunu: 14 nəfər itkin düşdü Hadisə
  • Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb Siyasət
  • Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ – FOTO/VİDEO Siyasət
  • Bütün sosial müavinətlər ödənildi İqdisadiyyat
  • Özbəkistanda Azərbaycan dili öyrədiləcək Dünya
  • Məşhur pop-ulduz Ledi Qaqa ana oldu Dünya

Xadiməni aldadıb 3 min almışdı – Üstünə 750 manat qoyub qaytardı

Posted on 15 Sentyabr 2026 By admin Şərh yoxdur Xadiməni aldadıb 3 min almışdı – Üstünə 750 manat qoyub qaytardı

Gədəbəydə qadına qarşı dələduzluq etmiş vəzifəli şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İş üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Gədəbəy rayonu üzrə vəzifəli əməkdaşı Məmməd Məlikov (ad və soyadlar şərtidir) təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məlum olub ki, Məmmədin uzaq qohumu Narıngül iş üçün ona müraciət edib. Məmməd onu 3000 manat qarşılığında çalışdığı yerdə xadimə işinə düzəldə biləcəyinə söz verib. O, qadından pulu aldıqdan sonra özü üçün xərcləyib və verdiyi vədə əməl etməyib.

Dələduzluqla üzləşdiyini görən Narıngül polisə müraciət edib və vəzifəli şəxs barəsində cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi üzrə açılmış işin materialları Gədəbəy rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə tərəflər barışdıqlarını bildiriblər. Şikayətçi qadın 3000 manatını artıq geri qaldığını deyib. Məmməd Məlikov əlavə olaraq həmin məbləğin 25 faizini, yəni 750 manatı da qanunvericiliyə uyğun olaraq büdcəyə ödəyib.

Məhkəmə işin hallarını nəzərə alaraq Məmmədin 178.2.3-cü maddə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Tanınmış iş adamı VƏFAT ETDİ – FOTO
Next Post: “Beniz”in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi – FOTO

Related Posts

  • Yolda təhlükəli yük daşıyan “Shacman”ı DYP belə saxladı Cəmiyyət
  • Qarabağ müharibəsinin iştirakçısı olan yazıçı VƏFAT ETDİ Cəmiyyət
  • Tanınmış aparıcı AzTV-dən ayrıldı Cəmiyyət
  • Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi Cəmiyyət
  • Torpağa basdırılan silah-sursat üzə çıxarıldı Cəmiyyət
  • Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqləndi Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Saxta elanlarla yarım milyon ələ keçirmişdilər – Cəzaları bəlli oldu Cəmiyyət
  • “Niva” kanala aşdı – 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı Hadisə
  • Səssizliyə qərq olmuş ölkələr: Dünyanın ən sakit və ən səs-küylü yerləri – SİYAHI Dünya
  • Hövsanda açıq ərazidə yanğın baş verib Hadisə
  • İşlədiyi xəstəxanadan dərman oğurlayıb satdı – “Borcum var idi” Cəmiyyət
  • Kreml Tehrana qarşı: Moskva bunu dəstəkləmir Siyasət
  • Tanınmış iş adamı VƏFAT ETDİ – FOTO Cəmiyyət
  • Ramiz Mehdiyevin qızı: “Atam verdiyi qovluğu açanda stres keçirdim” Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by