Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Tokayev ölkədə ümummilli matəm günü elan etdi Dünya
  • Sumqayıtda zəhərlənən 21 şagirddən bəziləri xəstəxanadan evə buraxılıb – YENİLƏNİB Hadisə
  • İtaliya 2000 ildən çoxdur həyati əhəmiyyət daşıyan körpünü tikə bilmir Dünya
  • Sürücülərə ŞAD XƏBƏR – Bu yollar açıldı Cəmiyyət
  • Yeni təmayül modeli üçün müəllim seçimi davam edir Təhsil
  • Məşhur ürək cərrahı açıqladı: “Gənc yaşında infarktdan ölənlərin sayı artır”  Cəmiyyət
  • Azərbaycan karateçiləri “Turkish Open”də medalar qazanıblar İdman
  • “Qalatasaray” üç futbolçusunu komandadan göndərir İdman

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilib – FOTO/VİDEO – YENİLƏNİB

Posted on 12 Noyabr 2026 By admin Şərh yoxdur Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilib – FOTO/VİDEO – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Liderlər 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə iki ölkə arasında sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlara, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafına, iqtisadi-ticari münasibətlərə, sərhədlərin delimitasiyasına və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Liderlər bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişləri, o cümlədən onun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsini, həmçinin TRIPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivlərini müzakirə ediblər.

Yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistandan tranziti müsbət hal kimi qeyd olunub. Ötən ilin noyabr ayından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb.

Tərəflər, həmçinin Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.

Liderlər sülh prosesində müsbət dinamikanın qorunub saxlanılmasının, regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

***

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyanın paytaxtı Dublində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

 

 

Siyasət

Yazı naviqasiyası

Previous Post: “Azərbaycanla enerji təhlükəsizliyini müzakirə etmək istəyirik” – Maya Sandu
Next Post: Sabah bu ərazilərdə qaz olmayacaq

Related Posts

  • TRIPP-in icrası müzakirə edildi Siyasət
  • Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski Siyasət
  • Naxçıvanda əhalinin sayı artıb Siyasət
  • İranın üç tankerinə zərbələr endirildi Siyasət
  • Məsud Pezeşkian Ermənistana gedir Siyasət
  • Rusiya və Ukrayna həmin razılaşmanı qəbul etdi – Tramp açıqladı Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb Siyasət
  • Ötən gün 124 nəfər tutulub, 100-ü borca görə Kriminal
  • 45 minə də var, 2500 manata da – ÖZƏL ORTA MƏKTƏBLƏRİN QİYMƏTLƏRİ Təhsil
  • Prezident İlham Əliyev Dublində Yunanıstanın Baş naziri ilə görüşüb Siyasət
  • Mingəçevirdə İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib Cəmiyyət
  • Leysan yağıb, İstisuya dolu düşüb – FAKTİKİ HAVA Ölkə
  • Ankaranın yuxusu ərşə çəkilib: Qara dənizdə müharibə təhlükəsi böyüyür Dünya
  • Tramp gələndən bəri yüzminlərlə viza ləğv edilib Dünya

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by