Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Azərbaycan güləşçisi qızıl medal qazandı İdman
  • Külək, şimşək və leysan olacaq – HAVA PROQNOZU Cəmiyyət
  • Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya AFFA-dan ağır cəza İdman
  • Leysan, şimşək, güclü külək – YAY BİTDİ?  Cəmiyyət
  • Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz Cəmiyyət
  • ABŞ-da hərbi təlim faciə ilə nəticələndi: 2 pilot öldü Hadisə
  • Bu ölkədə məhkəmə uşaqların sosial şəbəkəyə girişini qadağan edən qanunu blokladı Dünya
  • Yeniyetmələr üçün “ChatGPT” istifadəyə verildi Dünya

Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək – Gizli təhlükə

Posted on 19 Avqust 2026 By admin Şərh yoxdur Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək – Gizli təhlükə

Rəqəmsal mühitdə fərdi məlumatların ələ keçirilməsi və kiberdələduzluq halları kəskin şəkildə artmaqdadır. Bununla bağlı dövlət qurumları tərəfindən vətəndaşlara tez-tez xəbərdarlıqlar edilsə də, görülən tədbirlərə baxmayaraq, təhlükə hələ də aktual olaraq qalır.

Maraqlıdır, buna səbəb nədir və qarşısını necə almaq olar?

Kibertəhlükəsizlik Platformasının rəhbəri Şahin Əliyev bu barədə Teleqraf-a açıqlama verib. O bildirib ki, bu tipli cinayətlər qlobal xarakter daşıyır və dünyada rəqəmsal təhdidlərin sayı getdiyə çoxalır.

Onun sözlərinə görə, nə qədər ki insan faktoru və insanların psixologiyasından istifadə edən üsullar mövcuddur, qanunsuz cəhdlərin də davam etməsi qaçılmazdır:

“Mövcud mənzərənin əsas səbəblərindən biri cəmiyyətdə informasiya təhlükəsizliyi sahəsində maarifləndirmənin kifayət qədər geniş aparılmamasıdır. Xüsusilə dövlət strukturları bu istiqamətdə müxtəlif layihələr həyata keçirir, əhalinin kiberresurslardan düzgün istifadə məlumatlılığını artırmağa çalışırlar. Banklar da mütəmadi olaraq televiziya və radio proqramlarında, eləcə də digər media platformalarında vətəndaşlara mümkün tələlər barədə xəbərdarlıq edirlər. Bununla yanaşı, aidiyyəti dövlət və özəl qurumlar risklərin minimuma endirilməsi, potensial təhlükələrin qabaqlanması və rəqəmsal savadlılığın artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirirlər. Bu çərçivədə ictimaiyyətə xüsusilə fişinq, saxta mesaj və keçidlər, sosial mühəndislik, şəxsi və bank məlumatlarının ələ keçirilməsi kimi geniş yayılmış kiber təhdidlər barədə informasiyalar təqdim olunur. Burada əsas məqsəd insanların təhlükəni daha erkən mərhələdə tanımasına, şübhəli məqamlarda düzgün qərar verməsinə və fərdi datalarını qorumasına dəstək olmaqdır.
Lakin kiberhücumlardan yüz faiz qorunmağa zəmanət vermək qeyri-mümkündür. Proses bundan sonra da davam edəcək. İnsanlarda asan və sürətli şəkildə pul qazanmaq istəyi olduğu müddətdə, dələduzlar da bu psixoloji amildən sui-istifadə etməyə çalışacaqlar”.

Ekspert vurğulayıb ki, istifadəçilər bu cür onlayn resurslardan yararlanarkən onların etibarlılığını, təhlükəsizlik səviyyəsini və təqdim etdikləri xidmətlərin qanuniliyini həssaslıqla qiymətləndirməlidirlər:
“Xüsusilə maliyyə və şəxsi məlumatların daxil edilməsini tələb edən saytlarda ehtiyatı əldən verməmək vacibdir. Bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliyə uyğun olaraq müxtəlif addımlar atılır. Şəxslərin üzərinə düşən əsas məsuliyyət isə internetdən istifadə zamanı ayıq-sayıq olmaq, şübhəli təhlükəli ünvanlardan uzaq durmaq və hər hansı maliyyə əməliyyatından əvvəl daxil olduqları mənbənin etibarlılığını yoxlamaqdır. Tanımadıqları və güvənmədikləri veb-səhifələrə daxil olmamalı, şübhəli linklərə keçid etməməli və onlara göndərilən mesajların real olub-olmadığını dəqiqləşdirməlidirlər. Xüsusilə bildirişin həqiqətən bank, dövlət strukturu və ya digər rəsmi təşkilat tərəfindən göndərilib-göndərilmədiyinə əmin olmaq vacibdir.
Həmçinin daxil olunan saytın təhlükəsizlik göstəriciləri nəzərə alınmalıdır. HTTPS və SSL/TLS kimi şifrələmə mexanizmlərinin tətbiq olunması vacib kriteriyalardandır. Lakin yalnız bu protokolların mövcudluğu platformanın avtomatik olaraq etibarlı olması mənasına gəlmir. Buna görə də istifadəçilər həm saytın ünvanını, həm də onun həqiqi mənbəyə aid olub-olmadığını yoxlamalıdırlar. Əsas məqsəd insanların internet fəaliyyətini məhdudlaşdırmaq deyil, onları potensial kibertəhlükələr barədə məlumatlandırmaq və rəqəmsal mühitdə daha təhlükəsiz davranış vərdişləri formalaşdırmaqdır”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: “İnter”, “Arsenal”, “Roma” – Avropa klublarında YENİ TRANSFERLƏR
Next Post: Həbs olunması barədə xəbərlərə belə cavab verdi – Açıqlama

Related Posts

  • Bu ərazilərdə qaz olmayacaq Cəmiyyət
  • Bu bürclərin bəxt üzünə “güləcək”: Qarşıda uğurlu günlər var Cəmiyyət
  • And içdilər – FOTOLAR Cəmiyyət
  • Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz Cəmiyyət
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • Bu il avtoqəzalarda 285 nəfər ölüb Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqdisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Ölkə
  • Siyasət
  • Təhsil
  • Külək, şimşək və leysan olacaq – HAVA PROQNOZU Cəmiyyət
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi Cəmiyyət
  • Yüksək hərarət, ishal, səpki – Uşaqlar arasında təhlükəli virus yayılıb? Cəmiyyət
  • 13 nəfərin meyiti tapıldı – Ötən həftənin dəhşətli statistikası Hadisə
  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı Cəmiyyət
  • Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA Ölkə
  • İsmayıllıda bahalı avtomobil qəzaya düşdü – Ölənlər var Hadisə
  • Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib Hadisə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme