Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Nigar Fərhadın ərini DTX həbs edib – YENİ DETALLAR Cəmiyyət
  • Dünyanın ən məşhur əti – XX əsrdə hamı ala bilmirdi Maraqlı
  • Gəncədə 25 yaşlı kişi meyiti tapıldı Kriminal
  • Ursula fon der Lyayen xəbərdarlıq etdi: “Aİ iqtisadiyyatı ciddi təhdidlərlə üz-üzədir” Siyasət
  • “Danışsam, bu liqanı ifşa edəcəyəm” – VİDEO İdman
  • Məşhur aktyor evində ölü tapıldı – FOTO Dünya
  • Norveç kralı VƏFAT ETDİ Dünya
  • Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq Cəmiyyət

Bir şəxsin neçə bank kartı ola bilər?  – ABA açıqladı

Posted on 24 Sentyabr 2026 By admin Şərh yoxdur Bir şəxsin neçə bank kartı ola bilər?  – ABA açıqladı

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk əsaslı yanaşma ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli valyutada 1 ödəniş kartı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş kartı nəzərdə tutulur.

“Bu o deməkdir ki, bankın təqdim etdiyi ayrı-ayrı kart məhsullarının hər biri üzrə müştəri ayrıca ödəniş kartı əldə edə bilər. Xarici valyutada da eyni yanaşma tətbiq edilir. Elektron pula bağlı ödəniş hesabları üzrə isə baza yanaşması olaraq milli valyutada 2 ödəniş hesabı, hər bir xarici valyuta üzrə isə 1 ödəniş hesabı nəzərdə tutulur.

Qeyd olunan limitlər baza xarakterli olub, risk əsaslı yanaşma çərçivəsində tətbiq edilir və qəti xarakter daşımır. Ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş kartı və ya elektron pula bağlı ödəniş hesabının istifadə məqsədi barədə ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların təşkilatda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda, bank və ya elektron pul təşkilatı tərəfindən konkret ödəniş xidməti istifadəçisi üzrə həmin limitlərin artırılması mümkündür.

Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı, sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir”, – deyə Assosiasiya bəyan edib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Çin və ABŞ silahlı qüvvələri dialoqu gücləndirməlidir – Cinpin
Next Post: Zabratda su borusu partladı, küçəni su basdı – VİDEO

Related Posts

  • Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI Cəmiyyət
  • Həsən Osmanov vəfat etdi – FOTO Cəmiyyət
  • And içdilər – FOTOLAR Cəmiyyət
  • Nazir onu şöbə müdiri təyin etdi – FOTO Cəmiyyət
  • Zakir Həsənov və Elçin Quliyev keçmiş komandanları ilə belə vidalaşdılar – FOTOLAR Cəmiyyət
  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Rəqs müəllimlərini tənqid etdi Mədəniyyət
  • Britaniyanın yeni səfiri Azərbaycan dilini belə öyrənib Ölkə
  • Nazir Musa Paşayevə yüksək vəzifə verdi Cəmiyyət
  • Tramp açıqladı: İranı belə əzəcəyik Siyasət
  • Avropada anomal isti meşə yanğınları və mərmilərin partlamasına səbəb olur Dünya
  • Keçmiş məktəb direktoru vəfat etdi – FOTO Cəmiyyət
  • Azərbaycanı Serbiyada Rəhim Əliyev təmsil edəcək İdman
  • Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı İqdisadiyyat

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by