Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Yeni pişik növü tapıldı – Son 100 ildə ilk dəfə Maraqlı
  • Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA Ölkə
  • Onlara AFFA-da yeni vəzifə verildi İdman
  • Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib Cəmiyyət
  • İngiltərə Premyer Liqasında maaşlarla bağlı astronomik məbləğlər İdman
  • Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı Dünya
  • Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi Cəmiyyət
  • “Turan Tovuz” – “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq İdman

Gələcəyin iqtisadi nəhəngi Hindistanla əməkdaşlıq nə vəd edir?

Posted on 23 Oktyabr 2026 By admin Şərh yoxdur Gələcəyin iqtisadi nəhəngi Hindistanla əməkdaşlıq nə vəd edir?

Siyasi fikir ayrılıqlarının iqtisadi münasibətlərə mane olmadığı şəraitdə Azərbaycanla Hindistan arasında əməkdaşlığın genişlənməsi ölkəmiz üçün ciddi iqtisadi fayda yarada bilər. Prezident İlham Əliyevin oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi bu baxımdan müsbət gözləntilər yaradır.

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, bu əməkdaşlığın əhəmiyyətini anlamaq üçün Hindistanın iqtisadi göstəricilərinə baxmaq kifayətdir:

“Ölkənin ümumi daxili məhsulu 2015-ci ildəki 2,08 trilyon dollardan 2025-ci ildə 3,91 trilyon dollara yüksəlib. Bu, 10 ildə 88%, illik orta hesabla 6,5% nominal artım deməkdir. BVF-un oktyabr proqnozuna görə Hindistan iqtisadiyyatı 2026 və 2027-ci illərin hər birində real olaraq 7% artacaq. Halbuki, dünya iqtisadiyyatında 2026-cı il üçün 3,1% artım gözlənilir.

BVF-nin hesablamalarına əsasən, Hindistan iqtisadiyyatının həcmi 2026-cı ildə 4,06 trilyon, 2030-cu ildə 6,13 trilyon, 2031-ci ildə isə 6,74 trilyon dollara çata bilər. Hazırda nominal ÜDM üzrə dünyada altıncı yerdə olan Hindistanın 2027-ci ildə dördüncü, 2031-ci ildə isə Almaniyanı ötərək 3-cü yerə yüksələcəyi proqnozlaşdırılır.

Bu artımın arxasında 1,48 milyardlıq əhali, geniş daxili bazar, əmək ehtiyatları və texnologiya sektorunun inkişafı dayanır. 2025-2026-cı maliyyə ilində Hindistanın mal və xidmət ixracı 863,1 mlrd. dollara çatıb. Süni intellekt sahəsinə özəl investisiyalar isə 2024-cü ildəki 1,2 mlrd. dollardan 2025-ci ildə 4,1 mlrd. dollara yüksəlib”.

Ekspertin fikrincə, belə böyük bazarla Azərbaycanın iqtisadi əlaqələri hələ mövcud potensialdan xeyli aşağıdır:

“İki ölkənin ticarət dövriyyəsi 2005-ci ildə 50 mln. dollar olduğu halda, 2023-cü ildə 1,435 mlrd. dollara çatıb. Həmin il Hindistan Azərbaycan neftinin üçüncü ən böyük ixrac bazarı olub. Lakin 2025-ci ildə ticarət dövriyyəsi 72% azalaraq 401 milyon dollara düşüb. Bunun 175 milyon dolları ixrac, 226 milyon dolları idxal olub. İxracımızda əsas yeri yenə neft tutub.

“Hindistanın artan enerji tələbatı, Yaxın Şərqdəki gərginlik və təchizat mənbələrini şaxələndirmək siyasəti Azərbaycan üçün yeni imkanlar yaradır. Üstəlik, əməkdaşlıq yalnız neft satışından ibarət deyil. Hindistanın “ONGC Videsh” şirkəti Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan layihələrinə 1,2 milyard dollardan çox sərmayə yatırıb. Yeni investisiyalara da maraq göstərilir”.

E. Əmirov qeyd edib ki, turizm də perspektivli sahədir. 2025-ci ildə Azərbaycana Hindistandan 166 944 turist gəlib və bu ölkə turist sayına görə 4cü yeri tutub. Lakin Hindistanla əməkdaşlığın ən böyük strateji imkanlarından biri Şimal-Cənub dəhlizidir:

“Rusiya, İran və Hindistanın təşəbbüsü ilə formalaşan layihəyə Azərbaycan 2005-ci ildə qoşulub. Dəhliz Hindistan və Fars körfəzindən gələn yüklərin İran, Azərbaycan və Rusiya üzərindən digər bazarlara daşınmasına imkan verir. Azərbaycanın həm İran, həm də Rusiya ilə quru sərhədinin olması burada mühüm üstünlükdür.

Hindistanın İranın Çabahar limanına marağı da təsadüfi deyil. 2024-cü ildə imzalanmış 10 illik müqavilə çərçivəsində 120 mln. dollarlıq maliyyə öhdəliyi və 250 mln. dollarlıq kredit xətti nəzərdə tutulub. Məqsəd Hindistanın Mərkəzi Asiya, Cənubi Qafqaz və Rusiya bazarlarına çıxışını genişləndirməkdir. Azərbaycan bu ticarət əlaqələrinin mühüm tranzit iştirakçısına çevrilə bilər.

Bunun üçün İran ərazisində 167 kilometrlik Rəşt-Astara dəmir yolunun tamamlanması da vacibdir. Dəhlizin potensialına dair hesablamalarda daşınma müddətinin ənənəvi dəniz marşrutları ilə müqayisədə 45-60 gündən 20-25 günə enməsi nəzərdə tutulur.

Hazırda İran-İsrail qarşıdurması, Rusiya-Ukrayna müharibəsi və sanksiyalar bu imkanların reallaşmasını çətinləşdirir. Lakin münaqişələrin həlli və münasibətlərin normallaşması Şimal-Cənub dəhlizinin iqtisadi əhəmiyyətini artıra bilər. Azərbaycanın Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi infrastrukturları da bu prosesdən faydalana bilər”.

“Beləliklə, yaxın illərdə dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilməsi gözlənilən Hindistanla əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün böyük iqtisadi imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə enerji, turizm, nəqliyyat dəhlizləri, logistika, qeyri-neft ixracı, ticarət, xidmətlər və qarşılıqlı investisiyalar sahələrinin inkişafına ciddi töhfə verə bilər”, – deyə ekspert əlavə edib.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Əli Əsədov yeni qərarlar imzaladı
Next Post: Hesablama Palatası: Regionlarda yol təmirinə tender yekunlaşmamış başlanılır

Related Posts

  • Ali Məhkəmə hakimin evi ilə bağlı yekun qərar verdi – RƏSMİ Ölkə
  • Dehliyə uçan təyyarə Bakıya eniş etdi Ölkə
  • Beynəlxalq səyyahlar Xudavəng monastırında olublar – FOTOLAR Ölkə
  • Bakıda hava limanında ƏMƏLİYYAT – FOTO Ölkə
  • Laçında icra nümayəndəsi vəfat etdi Ölkə
  • Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər – VİDEO Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Sosial şəbəkələrə əyləncə kimi baxıram” – Qurban Qurbanov tənqidlərə cavab verdi İdman
  • İrandan xəbərdarlıq: “Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq” Siyasət
  • Dünyada Rusiyaya nifrət artır – Pamfilova Siyasət
  • İtaliya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu Dünya
  • Bakıda daha iki yol təmirə bağlanır Ölkə
  • Qubada kişi otbiçən mişarla qadına hücum edib – Təfərrüat Kriminal
  • Ayxan Mirzəzadə Avropa çempionu olub İdman
  • “İbrahim Tatlışiş” restoranında kabab at ətindən bişirilirmiş Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by