Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “Əfsanəvi tabor”un komandiri: “Qələbəmizin bünövrəsi Aprel döyüşlərində qoyuldu” – VİDEO Ölkə
  • Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü Dünya
  • Nazirlik ötən həftənin statistikasını açıqladı: 8 meyit aşkarlanıb Hadisə
  • “Vəkilin vaxtına kim hörmət etməlidir?” – İlhamə Həsənova od püskürdü Ölkə
  • Yaponiyada güclü zəlzələ baş verib Dünya
  • Vəzifəli şəxs işdən çıxdı – Yeni sahəyə keçdi – FOTO Cəmiyyət
  • “Nvidia”nın istefa verən rəhbəri geri qayıtmaq istəyir Dünya
  • Sabah yağış yağacaq, şimşək çaxacaq Ölkə

Sahilboyu ərazilərdə obyekt açmaq istəyənlər üçün yeni qaydalar

Posted on 19 Noyabr 2026 By admin Şərh yoxdur Sahilboyu ərazilərdə obyekt açmaq istəyənlər üçün yeni qaydalar

“Sahilboyu ərazilərdə torpaqların istifadəyə verilməsi, məsələn, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyənlər üçün müvafiq qaydalar müəyyənləşdiriləcək”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, torpaqların icarəyə və istifadəyə verilməsi qaydaları eyni deyil:

“Bu ərazilərə şərti olaraq xüsusi ərazi kimi yanaşılacaq. Torpaqların hansı hüquqi əsaslarla veriləcəyi – istifadə, icarə və ya mülkiyyət hüququnun tətbiq olunacağı müəyyənləşdirilməlidir.

Mütəxəssis kimi hesab edirəm ki, bu ərazilərdə mülkiyyət hüququnun verilməsi çox nadir hallarda mümkün olmalıdır. Ümumiyyətlə, mövcud qanunvericilikdə də belə ərazilərdə mülkiyyət hüququnun verilməsi nəzərdə tutulmur. Lakin əvvəlki dövrlərdə, xüsusilə 1990-cı illər və 2000-ci illərin əvvəllərində bəzi şəxslərə qanunvericiliyə uyğun olaraq həmin ərazilərdə müəyyən əmlak verilib. Hazırda orada biznes fəaliyyəti ilə məşğul olanlar, obyektləri olan sahibkarlar da var. Həmin məsələlərə də müvafiq qaydada baxılacaq. Bundan sonra “bir pəncərə” prinsipi əsasında istənilən vətəndaş və ya fiziki şəxs yaradılacaq coğrafi informasiya sisteminə daxil olaraq ərazini seçməklə müraciət edə biləcək.

Kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi ilə bağlı elektron informasiya sistemi olduğu kimi, burada da oxşar rəqəmsal torpaq idarəetməsi resursu yaradılacaq. Vətəndaş həmin sistem vasitəsilə istədiyi ərazini seçərək qanunvericiliklə müəyyən olunan hüquqlarını reallaşdırmaq üçün müraciət edə biləcək.

Müraciət elektron qaydada müvafiq quruma daxil olacaq. Daha sonra zərurət yarandıqda yerquruluşu işləri aparılacaq, aidiyyəti dövlət orqanları ilə razılaşdırılacaq və müvafiq rəylər alınacaq.

Məsələn, şəxs çimərlik fəaliyyəti ilə məşğul olmaq istəyirsə, bu zaman gigiyenik tələblərə uyğunluqla bağlı səhiyyə orqanlarının, həmçinin Fövqəladə Hallar Nazirliyinin rəyi alınmalıdır.

Bütün razılaşdırmalar və rəylər əldə olunduqdan sonra müvafiq qərar qəbul ediləcək, icarə müqaviləsi bağlanılacaq. Mexanizmin belə olması nəzərdə tutulur. Əsas məsələ isə bu qaydaların qanunvericilikdə təsbit edilməsidir”.

Ölkə

Yazı naviqasiyası

Previous Post: Tanınmış dərman şirkəti Azərbaycandan gedir
Next Post: İntensiv yağış, qar yağacaq – Sabahın havası

Related Posts

  • Əli Əsədov yeni qərarlar imzaladı Ölkə
  • Bu gün qısa iş günü deyil Ölkə
  • İşçi qrupu toplandı – Kanalla bağlı vəziyyət müzakirə olundu Ölkə
  • Gənc əsgər vəfat etdi – FOTO – SƏBƏB Ölkə
  • Xaricdə yaşayan azərbaycanlı alimlər Bakıda toplanacaq Ölkə
  • Azərbaycanda bu sənədə 21 ildir əməl edilmir Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Azərbaycan Pakitsana başsağlığı verdi Siyasət
  • Avropada anomal isti meşə yanğınları və mərmilərin partlamasına səbəb olur Dünya
  • XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir Ölkə
  • Acun Ilıcalı məhkəmədə “Fənərbağça”ya qalib gəldi Dünya
  • “Qalatasaray”ın əsas hədəfi İdman
  • Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz” – VİDEO Cəmiyyət
  • Lahor şəhəri ŞƏT-in mədəniyyət və turizm paytaxtı seçildi Dünya
  • Valideynlərin nəzərinə – Sabahdan başlayır Təhsil

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by