Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Fransada hökumət etirazlarla bağlı orduya müraciət edəcək Dünya
  • “Roşka”nın 5 il həbsi tələb edildi Kriminal
  • Nazir 20 ilin prorektorunu işdən çıxardı – Yerinə professoru TƏYİN ETDİ Cəmiyyət
  • “Haber Global”: “Sistemli təxribatlar nəticə vermir” – VİDEO Dünya
  • Bu gündən “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılıb Cəmiyyət
  • ABŞ-də uçuşların qadağan edilməsinin səbəbi AÇIQLANDI Dünya
  • “2 milyonum olsaydı, toyda oxumazdım” – Eldəniz Məmmədov Mədəniyyət
  • Tramp narazıdır – Cənubi Koreya ilə bağlı göstəriş verdi Dünya

IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirildi

Posted on 20 Noyabr 2026 By admin Şərh yoxdur IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirildi

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən SABAH.city innovasiya şəhərciyində IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib.

 

Nazirlikdən  verilən məlumata görə, IV “Maarifçi” proqramı iştirakçılarının təşəbbüsü ilə keçirilən və “İnsan kapitalı və rəqəmsal gələcək: əmək bazarında yeni dövr” mövzusuna həsr olunan forumda təhsil və məşğulluq sahəsində baş verən dəyişikliklər, süni intellektin əmək bazarına təsiri, gələcəyin peşələri və müasir dövrdə tələb olunan bacarıqlar müzakirə olunub.

 

Forumun aparıcısı – IV “Maarifçi” Tələbə-Məzun Proqramının iştirakçısı Aytac Qarayeva tədbirin məqsədi və proqramı barədə məlumat verib.

 

Tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli forumun bu formatda ilk dəfə keçirildiyini və məzmununun da “Maarifçi” proqramının iştirakçıları tərəfindən hazırlandığını bildirib.

 

Aparat rəhbəri proqramın builki mərhələsinin 50 məzunu olduğunu, ümumilikdə məzunların sayının isə 150 nəfəri ötəcəyini diqqətə çatdırıb. O bildirib ki, “Maarifçi” proqramının əsas töhfələrindən biri iştirakçılar arasında əlaqələrin qurulması, birgə öyrənmə və dəyər yaratmaq imkanlarının formalaşdırılmasıdır. Mətin Kərimli həmçinin regionlarda maarifçilərin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Forumun mövzusu barədə danışan Mətin Kərimli süni intellektin təsirinin iqtisadiyyatın strukturundan, demoqrafiyadan, təhsil və bacarıqlardan və texnoloji inkişaf səviyyəsindən asılı olduğunu bildirib, yeni dövrə hazırlıq üçün adaptasiya və yeni bacarıqların, “hibrid peşəkar” kimi formalaşmağın əhəmiyyətini qeyd edib.

 

Daha sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov “Təhsildə rəqəmsal innovasiyalar və süni intellekt” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqinin üç əsas istiqaməti diqqətə çatdırılıb. Bildirilib ki, “Bərabər imkanlar” yanaşması bütün şagirdlərin keyfiyyətli təhsilə bərabər çıxışını, “Məhsuldar müəllim” yanaşması müəllimlərin işinin səmərəliliyinin artırılmasını, “Sübut-əsaslı qərarvermə” isə məlumatlara əsaslanan təhlillər vasitəsilə təhsil idarəçiliyində daha düzgün qərarların qəbulunu nəzərdə tutur.

 

Forum çərçivəsində “Süni intellekt dövründə gələcəyin mütəxəssisləri və əmək bazarı” mövzusunda panel müzakirəsi də keçirilib. Panelin moderatoru IV “Maarifçi” proqramının iştirakçısı Aydan Hacıyeva olub.

 

Paneldə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə əmək bazarında baş verən dəyişikliklərin gənclər qarşısında yeni tələblər formalaşdırdığını bildirib. O qeyd edib ki, müasir dövrdə ali təhsil diplomu işə qəbul üçün yeganə meyar deyil. Əmək bazarında uğur qazanmaq üçün bilik və bacarıqların mütəmadi yenilənməsi, yeni tələblərə uyğunlaşma və əlavə təlimlərdə iştirak mühüm əhəmiyyət daşıyır.

 

Süni intellektin gələcək peşələrə və əmək bazarına təsirinə də toxunan Ramal Quluzadə yeni texnologiyaların tarixən müəyyən narahatlıqlar yaratdığını, eyni zamanda yeni peşələrin və fəaliyyət istiqamətlərinin formalaşmasına şərait yaratdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, süni intellektin tətbiqi zamanı ölkənin iqtisadi ehtiyacları, ixtisaslı kadrlara tələbat və insan amili nəzərə alınmalıdır.

 

Agentlik rəsmisi həmçinin regionlarda yaşayan gənclərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Müxtəlif bölgələrdə məşğulluq forumlarının keçirildiyini bildirən Ramal Quluzadə bu təşəbbüsün Naxçıvan, Xankəndi, Şuşa və Zəngilanda da davam etdirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

 

Panelin digər iştirakçısı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Adilova “Maarifçi” layihəsinin insan kapitalının inkişafına və yeni nəslin yetişdirilməsinə verdiyi töhfəni vurğulayıb. O, layihə çərçivəsində həyata keçirilən təşəbbüslərin davamlılığının və əldə olunan nəticələrin əhəmiyyətini qeyd edib. Eyni zamanda, tələbələrin sənaye müəssisələrində daha çox praktiki təcrübə qazanmalarının, nəzəri biliklərini real iş mühiti ilə əlaqələndirmələrinin vacibliyini diqqətə çatdırıb.

 

Azərbaycan Texniki Universitetinin Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun və Süni İntellekt Əsaslı Mühəndislik Təhlükəsizliyi Mərkəzinin direktoru Rahid Ələkbərli çıxışında süni intellekt texnologiyaları ilə bağlı aparılan tədqiqatlardan və bu texnologiyalardan istifadə zamanı etik prinsiplərin qorunmasının vacibliyindən danışıb. O, sorğuların (promptların) düzgün formalaşdırılmaması və süni intellekt alətlərindən qeyri-düzgün istifadə nəticəsində yanlış nəticələrin və xətaların yarana biləcəyini bildirib. Bu baxımdan, düzgün sorğuların hazırlanmasının, əldə olunan nəticələrin təhlil və yoxlanılmasının əhəmiyyətini vurğulayıb.

 

Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavini Abutab Abbasova isə Parkda tələbələr və yeni məzunlar üçün yaradılan imkanlardan danışıb. O, gənclərin innovativ ideyalarının dəstəklənməsi, startap təşəbbüslərinin inkişafı və reallaşdırılması istiqamətində mövcud imkanlar barədə məlumat verib.

 

Forumun müzakirələri insan kapitalının inkişafı, təhsilin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması, rəqəmsal texnologiyalardan düzgün istifadə və gənclərin gələcəyin peşələrinə hazırlanması məsələlərinin əhəmiyyətini bir daha önə çıxarıb.

Təhsil

Yazı naviqasiyası

Previous Post: Qaranlıqdan işığa çıxanda niyə asqırırıq? – Həkim səbəbini açıqladı
Next Post: Binadan yıxılan şairənin vəziyyəti açıqlandı

Related Posts

  • MDU-da turizm təhsili yenilənir: İngilis dilində kadr hazırlığı və Sənaye Şurası Təhsil
  • Valideynlərin nəzərinə – Sabahdan başlayır Təhsil
  • 45 minə də var, 2500 manata da – ÖZƏL ORTA MƏKTƏBLƏRİN QİYMƏTLƏRİ Təhsil
  • Şagirdin atası məktəbdə insident törətdi – Həbs olundu Təhsil
  • Kolleclərə qeydiyyat prosesinə başlanılır Təhsil
  • Nazir açıqladı: 90 min abituriyentdən 30 mini tələbə ola bilməyəcək Təhsil

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi Cəmiyyət
  • Kamran Əliyev və prokurorluğun rəhbər heyəti Zəfər Tağını ziyarət edib Ölkə
  • Bakıda qaydaları pozan restoranın fəaliyyəti dayandırıldı – VİDEO Cəmiyyət
  • İrandan xəbərdarlıq: “Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq” Siyasət
  • Hikmət Hacıyevdən İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım Ölkə
  • İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib – VİDEO Ölkə
  • YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdi Cəmiyyət
  • Azərbaycan karateçiləri “Turkish Open”də medalar qazanıblar İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by