Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • “Barselona” Lionel Messinin şərəfinə “Kamp Nou”da tədbir keçirəcək İdman
  • Rusiya Ordusu bu istiqamətdə hücuma hazırlaşır Siyasət
  • Rusiyaya girişi qadağan olunmuşdu – Həbs olundu Cəmiyyət
  • Çin və ABŞ silahlı qüvvələri dialoqu gücləndirməlidir – Cinpin Dünya
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət
  • Bu qidalar piyləri əridəcək Maraqlı
  • ABŞ İrana hücum edə bilər – “Xatəm əl-Ənbiya”dan xəbərdarlıq Siyasət
  • Tanınmış aparıcı AzTV-dən ayrıldı Cəmiyyət

ABŞ-də uçuşların qadağan edilməsinin səbəbi AÇIQLANDI

Posted on 15 Noyabr 2026 By admin Şərh yoxdur ABŞ-də uçuşların qadağan edilməsinin səbəbi AÇIQLANDI

ABŞ-nin bütün hava limanlarında təyyarələrin uçuşunun dörd saat müddətinə qadağan edilməsinə səbəb Federal Aviasiya Administrasiyasının (FAA) obyektlərindən birində mis kabellərin optik lifli kabellərlə əvəzlənməsi zamanı aparılan işlər olub.

Bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi “The Wall Street Journal” (WSJ) qəzetinə açıqlamasında bildirib.

O, baş verənlərə görə podratçı şirkət “L3Harris”i məsul tutub. Nazir şirkətin ya nasaz marşrutlaşdırıcı quraşdırdığını, ya da işini lazımi səviyyədə yerinə yetirmədiyini bildirib.

“İndi səriştəsizliyə yol verilib-verilmədiyini araşdırırıq. Açığını desəm, günahkarları məsuliyyətə cəlb etmək niyyətindəyik”, – Daffi deyib.

Nazirin sözlərinə görə, “L3Harris”in cümə günü həyata keçirdiyi işlər planlı texniki xidmət xarakteri daşıyıb və ciddi problemlərə səbəb olmamalı idi. Lakin marşrutlaşdırıcı dəyişdirildikdən sonra cihaz uçuşların idarə edilməsi sisteminin digər qovşaqlarına fasiləsiz olaraq qoşulma sorğuları göndərməyə başlayıb. Bu sorğuların sayı hər 4-5 saniyədə təxminən 1 000-ə çatıb.

Nəticədə təyyarələrlə radioəlaqədə və radar məlumatlarının ötürülməsində nasazlıqlar yaranıb.

WSJ-nin məlumatına görə, “L3Harris” onilliklərdir FAA ilə əməkdaşlıq edir. Şirkət daxili araşdırmaya kömək etdiyini bildirib.

“L3Harris” ölkə üzrə uçuşların qadağan edilməsinə və bunun sərnişinlərə, aviaşirkətlərə, eləcə də hava hərəkətinin idarə edilməsinə təsirlərinə son dərəcə ciddi yanaşır”, – şirkətin açıqlamasında qeyd olunub.

Dünya

Yazı naviqasiyası

Previous Post: Norveç Rusiya idmançılarının ölkəyə girişini qadağan etdi
Next Post: HƏMAS-ın yüksək rütbəli üzvü zərərsizləşdirildi

Related Posts

  • Ərdoğandan xəbərdarlıq: İran-ABŞ gərginliyi Türkiyə iqtisadiyyatına da təsir edir Dünya
  • Dağıstan Respublikasına yeni rəhbər seçildi Dünya
  • Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU Dünya
  • Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi Dünya
  • WSJ: Almaniyanın hərbi gücü Avropa ölkələrini narahat edir Dünya
  • Norveç kralı VƏFAT ETDİ Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sabahdan Bakıda 6 yeni ekspres marşrut işə düşəcək Cəmiyyət
  • Naxçıvanda əhalinin sayı artıb Siyasət
  • “Tvente”nin baş məşqçisi: “Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir” İdman
  • Arzu Əliyevadan Mehriban Əliyeva ilə bağlı paylaşım – FOTO Ölkə
  • İran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD Siyasət
  • Bəqai: İranın şərtləri aydın və şəffafdır Siyasət
  • Azərbaycandan Ermənistana yük göndərildi – YENİLƏNİB Ölkə
  • Manuel Noyer TARİX YAZDI: Tomas Mülleri geridə qoydu İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by