Yazıçı, jurnalist İlhamə Məmmədovanın son durumu açıqlanıb.
TƏBİB-dən bildirilib ki, onun vəziyyəti hazırda orta ağırdır:
“Müalicəsi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Pasiyentə zəruri tibbi xidmətlər göstərilir və müvafiq müalicə tədbirləri həyata keçirilir. Vəziyyəti orta ağır qiymətləndirilir”.
Qeyd edək ki, İlhamə Məmmədova noyabrın 16-da hündürlükdən yıxılma səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, hər iki bud sümüyünün sınığı diaqnozları təyin edilib. Vəziyyəti ağır idi.