Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bakıda yük avtomobili yolun ortasına aşdı Hadisə
  • Müğənni Tuğba Ekinçi saxlanıldı Dünya
  • Erlinq Halanddan klub karyerasında yeni rekord İdman
  • “ACWA Power”in Direktorlar Şurasının sədri İlham Əliyevi təbrik edib Siyasət
  • Xadiməni aldadıb 3 min almışdı – Üstünə 750 manat qoyub qaytardı Cəmiyyət
  • Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz Cəmiyyət
  • Zəfər Gününə həsr olunan fləş-mob – VİDEO Ölkə
  • Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı Cəmiyyət

DYP sürücülərə xəbərdarlıq etdi

Posted on 20 Noyabr 2026 By admin Şərh yoxdur DYP sürücülərə xəbərdarlıq etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarədən verilən məlumatda bildirilib ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur:

“Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan, avtomobillərini yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.

Qanuna əsasən sürücü baş vermiş qəzanın və ya yaranmış texniki nasazlığın növbəti xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanı quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.

Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu vaxtında görə bilsin.

Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir”.

Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Qar yağacaq – Xəbərdarlıq
Next Post: Krımoğlundan sensasion açıqlama: “Yeni türk dövləti yaradıla bilər”

Related Posts

  • Bakıdakı dəbdəbəli toya Alessandro Safina, Murat Boz gəldi Cəmiyyət
  • Yalnızlıq ömrü qısaldır – Kişilər daha çox risk altındadır Cəmiyyət
  • Nazir 20 ilin prorektorunu işdən çıxardı – Yerinə professoru TƏYİN ETDİ Cəmiyyət
  • Zakir Həsənov və Elçin Quliyev keçmiş komandanları ilə belə vidalaşdılar – FOTOLAR Cəmiyyət
  • İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir? Cəmiyyət
  • Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı – Bu cəzanı aldılar Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Trabzonspor”un prezidenti cəzalandırıldı İdman
  • Sabirabadda avtomobil motosikletlə toqquşub – ölən var Hadisə
  • Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib Hadisə
  • “”Hizbullah” əmri ancaq İradan alır” Siyasət
  • “Noyabrın 2-də bizi qərargaha çağıraraq dedilər ki…”  – Vətən Müharibəsi Qəhrəmanı ilə MÜSAHİBƏ-VİDEO Cəmiyyət
  • Bu rayonlarda əməliyyat keçirildi – Saxlanılanlar var Hadisə
  • İngiltərənin cənub sahillərində neft dağılması baş verib Dünya
  • Bu il yüksək sürət yollarda 256 nəfərin həyatına son qoyub Hadisə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by