Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Donor tapa bilmədi – 9 ay donuz böyrəyi ilə yaşadı Dünya
  • Romanın yaxınlığında 100 milyon avroluq tikinti başlayır – Vatikanın planı nədir? Dünya
  • Paytaxtın iki rayonunda su olmayacaq Ölkə
  • “Turan Tovuz” – “Fənərbağça” oyununa nə qədər bilet satılıb? İdman
  • Zelenski müşayiət altında bu ölkəyə gedir – 40-dan çox polis postu quruldu Dünya
  • Bu ərazilərdə qaz olmayacaq Cəmiyyət
  • İlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı Dünya
  • Putindən Xəzər dənizi ilə bağlı TƏKLİF Siyasət

Qaranlıqdan işığa çıxanda niyə asqırırıq? – Həkim səbəbini açıqladı

Posted on 20 Noyabr 2026 By admin Şərh yoxdur Qaranlıqdan işığa çıxanda niyə asqırırıq? – Həkim səbəbini açıqladı

“Tez-tez asqırma hər zaman allergiya və ya kəskin respirator virus infeksiyası (KRVİ) ilə əlaqəli olmur”.

Bu barədə rusiyalı həkim Yevgeni Fuki “Gazeta.Ru”ya danışıb.

Həkimin sözlərinə görə, asqırma orqanizmin burundakı seliyi, tozu, allergenləri və digər qıcıqlandırıcıları xaric etməyə kömək edən qoruyucu refleksidir. Ardıcıl bir neçə dəfə asqırmaq, adətən, təhlükəli xəstəliyin əlaməti hesab olunmur. Lakin bu hal hər gün təkrarlanırsa və ya həftələrlə davam edirsə, səbəbini müəyyənləşdirmək vacibdir.

Tez-tez asqırmanın ən geniş yayılmış səbəbi allergik rinitdir. Bu zaman asqırma tutmaları, burundan şəffaf axıntı, burunda qaşınma, göz yaşarması və qızartı müşahidə olunur. Simptomlar çox vaxt bitki tozcuqları, ev tozu, heyvanlar və ya kiflə təmasdan sonra yaranır. Soyuqdəymədən fərqli olaraq, allergiya zamanı qızdırma olmur və əlamətlər həftələrlə, hətta aylarla davam edə bilər.

Virus infeksiyası zamanı isə asqırma boğaz ağrısı, halsızlıq, burun tutulması və bəzən hərarətlə müşayiət olunur. Həkim bildirib ki, belə hallarda vəziyyət adətən bir-iki həftə ərzində yaxşılaşır.

Mütəxəssis daha az məlum olan səbəblərə də diqqət çəkib. Qeyri-allergik rinit zamanı burun selikli qişası soyuq havaya, temperatur və rütubət dəyişikliklərinə, tütün tüstüsünə, ətirlərə və kəskin qoxulara həddindən artıq reaksiya verir. Fiziki aktivlik, spirtli içkilər və acı qidalar da asqırma tutmasına səbəb ola bilər. Bəzi hallarda hormonal dəyişikliklər və müəyyən dərmanların qəbulu da bu vəziyyəti gücləndirir.

Asqırmanın qeyri-adi səbəblərindən biri də işıq refleksidir. Həkimin sözlərinə görə, bəzi insanlar qaranlıq məkandan qəfil parlaq günəş işığına çıxdıqda asqırmağa başlayırlar. Bu, sinir sisteminin anadangəlmə xüsusiyyətidir və günəşə qarşı allergiya hesab olunmur. Adətən təhlükəsiz olsa da, avtomobil idarə edərkən baş verən belə tutmalar sürücünün diqqətini bir neçə saniyəlik yayındıra bilər.

Bundan başqa, quru hava, toz, burunda qabıqlanma və selikli qişanın mexaniki qıcıqlanması da tez-tez asqırmaya yol aça bilər. Bəzən isə problem burun tutulmasına qarşı istifadə edilən damcılardan nəzarətsiz yararlanmaqla əlaqəli olur. Həkim xəbərdarlıq edib ki, bu preparatları həkim təyinatı olmadan uzun müddət istifadə etmək olmaz. Çünki onlar dərman asılılığına və medikamentoz rinitə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, asqırmanın özü, adətən, təhlükəli deyil. Lakin simptomlar yuxuya və işə mane olursa, bir neçə həftə davam edirsə və ya mütəmadi təkrarlanırsa, LOR həkiminə və ya allerqoloqa müraciət etmək lazımdır. Xüsusilə irinli və ya qanlı burun axıntısı, üz nahiyəsində güclü ağrı müşahidə olunarsa, bu əlamətlərə diqqət yetirilməlidir.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: Taleh Tahirliyə Özbəkistanda yüksək vəzifə verildi
Next Post: IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirildi

Related Posts

  • Bu qidalar piyləri əridəcək Maraqlı
  • Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır Maraqlı
  • Limonlu su ilə qarqara dişləri məhv edə bilər – Stomatoloqdan XƏBƏRDARLIQ Maraqlı
  • Azərbaycanda meyitdən ürək köçürülən şəxslərin SAYI AÇIQLANDI Maraqlı
  • Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır Maraqlı
  • Məşhur rəssamın tablosu 190,4 milyon dollara satıldı – Rekord qıran əsərin mübahisəli tarixçəsi Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı İqdisadiyyat
  • Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi – VİDEO Hadisə
  • Norveç Rusiya idmançılarının ölkəyə girişini qadağan etdi İdman
  • Leysan, şimşək, güclü külək – YAY BİTDİ?  Cəmiyyət
  • Azyaşlı 3-cü mərtəbədən yıxıldı Hadisə
  • Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır İqdisadiyyat
  • Laçında icra nümayəndəsi vəfat etdi Ölkə
  • Tanınmış dərman şirkəti Azərbaycandan gedir Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by