Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Azərbaycandan Ermənistana yük göndərildi – YENİLƏNİB Ölkə
  • Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik Ölkə
  • Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır Maraqlı
  • Əməkdar artist: “Onlara pul qazandırırsınız, niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?” Cəmiyyət
  • Kiçik sahibkarlara 5 illik vergi güzəşti olacaq Cəmiyyət
  • Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb Hadisə
  • Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? – VİDEO Təhsil
  • Kiyevə hücum zamanı azərbaycanlı həlak olub Hadisə

Məşhur rəssamın tablosu 190,4 milyon dollara satıldı – Rekord qıran əsərin mübahisəli tarixçəsi

Posted on 19 Noyabr 2026 By admin Şərh yoxdur Məşhur rəssamın tablosu 190,4 milyon dollara satıldı – Rekord qıran əsərin mübahisəli tarixçəsi

Məşhur rəssam Vinsent van Qoqa məxsus rəsm əsəri 190,4 milyon dollara satılaraq hərrac rekorduna imza atıb.

 Nyu-Yorkda çərşənbə günü keçirilən hərrac əsərin nasistlərin hakimiyyətə yüksəlişi dövründə təzyiq altında satıldığı ilə bağlı yaranmış mübahisənin tərəflər arasında son anda razılaşma əldə olunaraq həll edilməsindən sonra baş tutub.

“Chataigniers en fleurs” əsəri Van Qoqun həyatının son iki ayında, 1890-cı ildə çəkilib. “Sotheby’s” hərrac evinin məlumatına görə, bu rəsm həmin dövrdən günümüzədək şəxsi kolleksiyalarda qorunub saxlanılan ən mühüm sənət əsərlərindən biri hesab olunur.

Tablonu kimin aldığı hələlik məlum deyil. “BBC” məsələ ilə bağlı açıqlama almaq üçün “Sotheby’s” ilə əlaqə saxlayıb.

Hərracdan əvvəl 180 milyon dollar dəyərində qiymətləndirilən yağlı boya əsəri “Blaquier-Arrieta Kolleksiyası”nın bir hissəsi kimi satışa çıxarılıb.

Nasist dövrü ilə bağlı mübahisə son anda həll edildi

“Sotheby’s” hərracdan bir neçə saat əvvəl yaydığı açıqlamada satışla bağlı “Blaquier-Arrieta” ailəsi ilə əsərin əvvəlki alman sahibləri olan Fişer ailəsinin varisləri arasında yaranmış mübahisənin həll edildiyini bildirib.

Fişer ailəsinin varislərini təmsil edən şəxslər tablonun nasistlərin hakimiyyətə yüksəlişi dövründə təzyiq altında satılmış ola biləcəyini iddia ediblər.

Bildirilib ki, Fişer ailəsinin varislərinin vəkili hərrac evinə göndərdiyi məktubda tablonun İkinci Dünya müharibəsindən əvvəl Amsterdamda satıldığını qeyd edib. Buna səbəb kimi ailənin nəşriyyat şirkətinin nasist rejimi dövründə üzləşdiyi maliyyə itkiləri göstərilib. “BBC” məsələ ilə bağlı vəkillə də əlaqə saxlayıb.

“Sotheby’s” çərşənbə günü yaydığı açıqlamada bildirib:

“Tablonun nasist dövründəki mürəkkəb tarixçəsi və Fişer ailəsinin Holokost zamanı yaşadığı əzablar nəzərə alınaraq, hər iki ailə qarşılıqlı razılıq doğuran həll yoluna gəlib və əsər əldə olunan razılaşmaya uyğun olaraq satılacaq”.

Əsərin tarixçəsi və sahibinin dəyişməsi

“Sotheby’s”in internet saytında yağlı boya ilə çəkilmiş tablonun mənşəyi və 1890-cı ildən bu günədək müxtəlif sahiblərin mülkiyyətinə keçməsi ilə bağlı aparılan araşdırmalar ətraflı şəkildə təqdim olunub.

Saytdakı məlumatlara görə, əsəri 1909-cu ildə məşhur alman naşiri Samuel Fişer satın alıb. Fişerin 1934-cü ildə vəfat etməsindən sonra tablo ailəsinə keçib.

“Sotheby’s”in məlumatında qeyd olunur ki, rəsm 1932 və ya 1933-cü ildə Amsterdamda Paul Kassirerə etibar edilib. Daha sonra, 1936-cı ildə Parisdə Anrietta və Marsel Kapfererin mülkiyyətinə keçib.

Bundan sonra əsər daha dörd fərqli şəxsin mülkiyyətində olub.

Hərrac evi bildirib ki, Blaquier ailəsi tablonu 1975-ci ildə satın alıb və son satışa qədər yarım əsrdən çox müddət ərzində öz kolleksiyasında saxlayıb.

Maraqlı

Yazı naviqasiyası

Previous Post: Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır
Next Post: İki nəhəng üz-üzə: Tramp və Si Cinpinin qapalı görüşünün detalları

Related Posts

  • Yumurtanı tavada deyil, sobada bişirin – Aşpazların sevimli üsulu Maraqlı
  • Azərbaycanda meyitdən ürək köçürülən şəxslərin SAYI AÇIQLANDI Maraqlı
  • Limonlu su ilə qarqara dişləri məhv edə bilər – Stomatoloqdan XƏBƏRDARLIQ Maraqlı
  • Bu qidalar piyləri əridəcək Maraqlı
  • Dünyanın ən məşhur əti – XX əsrdə hamı ala bilmirdi Maraqlı
  • Dizayn dünyasının yeni favoriti: Bu yazı tipi zirvəni necə ələ keçirdi? Maraqlı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Binədə istixanada güclü YANĞIN baş verib Hadisə
  • Şəmkirdə ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb Hadisə
  • İki nəhəng üz-üzə: Tramp və Si Cinpinin qapalı görüşünün detalları Siyasət
  • MDU-da turizm təhsili yenilənir: İngilis dilində kadr hazırlığı və Sənaye Şurası Təhsil
  • “Turan Tovuz” – “Fənərbağça” oyununa nə qədər bilet satılıb? İdman
  • Bakıda ən çox bina bu rayonda söküləcək Ölkə
  • Ələt-Astara yolunda AĞIR QƏZA: Xəsarət alanlar var Hadisə
  • Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by