Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • AFFA prezidenti “Sabah”ı təbrik edib İdman
  • 260 sərnişini daşıyan gəmi batdı Dünya
  • Yumurtanı tavada deyil, sobada bişirin – Aşpazların sevimli üsulu Maraqlı
  • Velosiped qəzalarında 9 ayda 9 nəfər öldü Hadisə
  • Nobel Sülh mükafatını o qazandı Dünya
  • 8 Noyabr: Öz taleyinə sahib çıxanlar… Cəmiyyət
  • İran XİN rəsmisi ABŞ-nin siyasətini parodiya adlandırdı Siyasət
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi Cəmiyyət

Maaş ödənişlərində yeni dövr: Bütün köçürmələr elektronlaşacaq

Posted on 12 Noyabr 2026 By admin Şərh yoxdur Maaş ödənişlərində yeni dövr: Bütün köçürmələr elektronlaşacaq

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda əməkhaqqı və digər ödənişlər elektronlaşdırılacaq.

Layihəyə əsasən, ödənişlər elektron sistem vasitəsilə işçinin seçdiyi bank hesabına köçürüləcək. Köçürmələr barədə məlumatlar əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqana təqdim ediləcək.

Məqsəd əməkhaqqının vaxtında və tam ödənilməsinə nəzarəti gücləndirmək, gecikmələrin, azaldılmış ödənişlərin və əməkhaqqının gizlədilməsi hallarının aşkarlanmasını asanlaşdırmaqdır.

Yeni sistem sosial sığorta haqlarının fərdi şəxsi hesablarda avtomatik qeydə alınmasını, məzuniyyət, ezamiyyə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda orta əməkhaqqının avtomatik hesablanmasını nəzərdə tutur. İşçilərin öz gəlir tarixçələrinə çıxış imkanları da genişlənəcək.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, bu qanun layihəsi ilə ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi də təmin olunacaq.

Deputat əlavə edib ki, təklif olunan mexanizmə əsasən, əməkhaqqının yalnız əmək müqaviləsində və ya informasiya sistemində göstərilən məbləğinin rəsmiləşdirilməsi deyil, onun faktiki olaraq ödənilməsi də elektron məlumatlar vasitəsilə izləniləcək:

Maaş ödənişlərində yeni dövr: Bütün köçürmələr elektronlaşacaq

“Əmək Məcəlləsində və aidiyyəti digər qanunlarda dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsinə əsasən, işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ötürülən məlumatlar əsasında Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Təklif olunan mexanizmə əsasən, əməkhaqqının yalnız əmək müqaviləsində və ya informasiya sistemində göstərilən məbləğinin rəsmiləşdirilməsi deyil, onun faktiki olaraq ödənilməsi də elektron məlumatlar vasitəsilə izləniləcək.

Əslində, bu layihə qeyri-formal məşğulluğa qarşı mübarizənin güclənməsinə, sığorta-pensiya sistemində məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesablara avtomatik daxil olunmasının təmininə xidmət edəcək.

Həmçinin ezamiyyə, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında orta aylıq əməkhaqqının avtomatik hesablanması da mümkün olacaq və beləliklə, vətəndaşlar özlərinin gəlir tarixçəsinə çıxış imkanı da əldə edəcəklər”.

İqdisadiyyat

Yazı naviqasiyası

Previous Post: Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı – FOTO
Next Post: Dünyada qiymətlər yenidən kəskin arta bilər – PROQNOZ

Related Posts

  • İki avtomobil nəhəngi Rusiya bazarına QAYIDIR İqdisadiyyat
  • Çin avtomobilləri “Porsche”ni ağlar qoydu İqdisadiyyat
  • “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi” yenilənib İqdisadiyyat
  • SOCAR 2026-cı il üzrə yüksək reytinq əldə etdi İqdisadiyyat
  • Dünyada qiymətlər yenidən kəskin arta bilər – PROQNOZ İqdisadiyyat
  • Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyası hazırlanır İqdisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Emin Mahmudov millidə karyerasını başa vurur İdman
  • Bəzi ərazilərdə qaz olmayacaq Ölkə
  • Macarıstanın baş naziri AES-dəki problem barədə danışdı Dünya
  • Bu gündən “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılıb Cəmiyyət
  • Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilib – FOTO/VİDEO – YENİLƏNİB Siyasət
  • Zərdabda xəsarət alanların son durumu AÇIQLANDI Hadisə
  • Prezident İlham Əliyev Dublində Yunanıstanın Baş naziri ilə görüşüb Siyasət
  • Keçmiş məktəb direktoru vəfat etdi – FOTO Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by