Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bu il onların pensiyası artacaq Cəmiyyət
  • Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi Hadisə
  • 4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı – Vəziyyəti ağırdır Hadisə
  • Böyük Qayıdış: Yenidən doğma yurda çevrilən torpaqlar Ölkə
  • Madonna Ancelinanın evini alır Dünya
  • Bakıda yüzlərlə ev plana düşdü – Kompensasiya ödəniləcək Ölkə
  • Ceyhun Bayramov: Azərbaycan bərpa olunan enerji gücünü artırır Ölkə
  • Bakıda məsciddə namaz qılıb yatdı – Telefonu oğurlandı Hadisə

Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ

Posted on 23 Oktyabr 2026 By admin Şərh yoxdur Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ

2027-ci il yanvarın 1-dən rezidentlik şəhadətnaməsi alacaq və müəyyən edilmiş meyarlara cavab verən texnopark rezidentlərinin müvafiq fəaliyyətdən əldə etdikləri gəlir və mənfəətə, həmin fəaliyyətdən ödənilən dividendlərə, eləcə də istifadə etdikləri əmlak və torpağa tətbiq olunan vergi güzəştlərinin müddəti 20 ilə çatdırılır.

Güzəştlər texnoparkdan kənarda fəaliyyət göstərən rezidentlərə də şamil ediləcək. Rezidentlərdə müvafiq fəaliyyət üzrə çalışan işçilərin əmək gəlirlərinə isə 20 il müddətində 0 faiz gəlir vergisi dərəcəsinin tətbiqi nəzərdə tutulur.

Yeni rezidentlər üçün müvafiq fəaliyyətə cəlb olunan işçilər üzrə sosial sığorta haqqının hesablanmasında mövcud seçim imkanının müddəti də 10 ildən 20 ilə çatdırılır. İri sahibkarlıq subyektlərinə aid rezidentlər vergi güzəştlərindən ixrac göstəriciləri və ixracdan əldə olunan gəlirlərin Azərbaycandakı hesablara daxil olması şərtlərinə uyğun olaraq yararlana biləcəklər.

Tədqiqat və inkişaf fəaliyyətini stimullaşdırmaq məqsədilə innovasiya məhsullarının hazırlanmasına yönələn müəyyən əməliyyat xərclərinin 2,5 əmsalla vergi tutulan gəlirdən çıxılması, bu işlərdə istifadə edilən və ayrıca uçotu aparılan avadanlıqlar üzrə amortizasiya normalarına isə 2 əmsalın tətbiqi nəzərdə tutulur. Rezidentin yaratdığı proqram təminatı, innovasiya məhsulu və ya nou-hau inteqrasiya edilmiş avadanlıqların ixracına müvafiq vergi azadolmaları tətbiq ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb. Həmçinin Prezident Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalayıb.

İqdisadiyyat

Yazı naviqasiyası

Previous Post: Mərkəzi Bankda rəhbər vəzifəyə TƏYİNAT 
Next Post: Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi

Related Posts

  • Bu günə olan rəsmi valyuta məzənnələri İqdisadiyyat
  • Bütün sosial müavinətlər ödənildi İqdisadiyyat
  • Nazirlikdən 25 minə yaxın şəxsin pensiyası ilə bağlı MÜHÜM QƏRAR  İqdisadiyyat
  • Mərkəzi Bankın valyuta ehtiyatları artıb İqdisadiyyat
  • Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR İqdisadiyyat
  • Azərbaycanın valyuta ehtiyatları 16% artdı İqdisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Gəncədə 25 yaşlı kişi meyiti tapıldı Kriminal
  • Antalyada meşəlik ərazidə yanğın  Dünya
  • AYNA yolların xətlənməsinə daha 21 milyon manat ayırır Cəmiyyət
  • El-Nino Avropada havaya təsir edəcək: Qış necə keçəcək? Dünya
  • Ən “bahalı” rayonlarımız.. – Bu bölgələrdə yaşamaq daha çox pul tələb edir – SİYAHI İqdisadiyyat
  • Bu ölkələrdə benzinin qiyməti rekordu yenilədi İqdisadiyyat
  • UEFA ilə FİFA arasında hakimlik gərginliyi İdman
  • YAP-ın qurultayından maraqlı FOTOLAR Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by