Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Gənc əsgər vəfat etdi – FOTO – SƏBƏB Ölkə
  • “Türkiyəni mübarizəsindən heç kim vaz keçirə bilməz” – Ərdoğan  Siyasət
  • “Barselona”, yoxsa “Real”? – Superkompüter favoriti seçdi İdman
  • Pis hava Kanye Vestin ən məşhur səhnəsini sıradan çıxardı Dünya
  • Qarabağ müharibəsinin iştirakçısı olan yazıçı VƏFAT ETDİ Cəmiyyət
  • Avtobusda nağdsız ödənişlərin payı açıqlandı Cəmiyyət
  • Azərbaycanı Serbiyada Rəhim Əliyev təmsil edəcək İdman
  • Dehliyə uçan təyyarə Bakıya eniş etdi Ölkə

Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi

Posted on 23 Oktyabr 2026 By admin Şərh yoxdur Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən kürəkəni Rüfət Qasımzadənin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Qeyd edək ki, Rüfət Qasımzadə və Məmməd Məmmədzadə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tutulublar.

Nəsimi Rayon Polis İdarəsində hər iki şəxs barədə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, iş aidiyyəti üzrə Nəsimi Rayon Prokurorluğuna verilib.

Faktla bağlı hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, iş üzrə 4 nəfər zərərçəkmiş kimi tanınıb. İttihama görə, təqsirləndirilən şəxslər Ə.Allahverdiyevin 317 min manatını, E.Mahmudbəylinin 66 500 ABŞ dollarını (113 050 manat), E.Seyidovun 143 min ABŞ dollarını (243 min 100 manat), M.Cəfərovun isə 50 600 ABŞ dollarını (86 020 manat) dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər qızıl alveri adı ilə zərərçəkmişlərin etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini mənimsəməkdə – ümumilikdə 759 min 170 manat dələduzluqda təqdirləndirilirlər.

Qeyd edək ki, təqsirləndirilən Rüfət Qasımzadə Xalq artisti, məhrum aktyor Ramiz Əzizbəylinin kürəkəni, eyni zamanda bacısının oğludur.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ
Next Post: Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi

Related Posts

  • 40 yaşdan sonra bu sabundan istifadə edin Cəmiyyət
  • Zakir Həsənov və Elçin Quliyev keçmiş komandanları ilə belə vidalaşdılar – FOTOLAR Cəmiyyət
  • Agentlik sədri Nigar Cəbrayılovaya yeni vəzifə verdi – FOTO Cəmiyyət
  • SAKİNLƏRİN NƏZƏRİNƏ! Sabah bu ərazilərdə işıq olmayacaq Cəmiyyət
  • Vergi ödəyicilərinin DİQQƏTİNƏ – 3 gün ərzində etməsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZ! Cəmiyyət
  • Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama: Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır Cəmiyyət
  • Bu iki ölkə birgə bank yaradacaq Dünya
  • “Real” Cud Bellinqemlə müqaviləni uduzacaq? İdman
  • Sabahdan leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ Ölkə
  • “Sabah”ın rəqibi Bakıya gəldi – VİDEO İdman
  • Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olundu Dünya
  • Leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA Ölkə
  • “Sülh Körpüsü” Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pislədi Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by