Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Ərdoğandan xəbərdarlıq: İran-ABŞ gərginliyi Türkiyə iqtisadiyyatına da təsir edir Dünya
  • Bankokda daşqınlara görə məktəblər bağlanır Dünya
  • Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi Təhsil
  • Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşından isə şok cavab: “Mənə heç nə edə bilməzsiniz” – VİDEO Cəmiyyət
  • Bu ərazilərdə qaz olmayacaq Cəmiyyət
  • Qərb sülh istəyirmi? – İndi əsas sual budur Siyasət
  • Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ – FOTO/VİDEO Siyasət
  • Naxçıvanda əhalinin sayı artıb Siyasət

Zəfərin yaratdığı reallıq: Yeni geosiyasi tarixin başlanğıcı

Posted on 8 Noyabr 2026 By admin Şərh yoxdur Zəfərin yaratdığı reallıq: Yeni geosiyasi tarixin başlanğıcı

“8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi qələbənin deyil, həm də yeni geosiyasi reallıqların, regional güc balansının və beynəlxalq münasibətlər sistemində dəyişən mövqeyimizin rəmzidir”.Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

O bildirib ki, 2020-ci ildə qazanılmış tarixi Zəfər Cənubi Qafqazda onilliklər ərzində mövcud olmuş status-kvonu dəyişdirdi, regionun siyasi xəritəsində yeni mərhələnin əsasını qoydu və Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun əhəmiyyətli dərəcədə artmasına təkan verdi:

“Bu qələbənin siyasi və tarixi əhəmiyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Zəfər, eyni zamanda, ölkəmizin regional proseslərin formalaşmasında fəal iştirak edən, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və beynəlxalq bağlantılar gündəliyinə təsir göstərən mühüm geosiyasi aktora çevrilməsinin başlanğıcı oldu. Azərbaycan sübut etdi ki, güclü dövlətçilik, milli birlik, siyasi iradə və ordu qüdrəti milli maraqların təmin edilməsində həlledici amillərdir”.

Komitə sədri vurğulayıb ki, Zəfərdən sonra Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması məsələsi aktuallaşdı. Artıq regionun gələcəyi yalnız münaqişə və qarşıdurma prizmasından deyil, sülh, əməkdaşlıq, iqtisadi inteqrasiya və kommunikasiyaların bərpası kontekstində müzakirə olunur:

“Azərbaycan bu yeni yanaşmanın əsas təşəbbüskarlarından və iştirakçılarından biri kimi çıxış edir. Ermənistanla münasibətlərin normallaşdırılması, nəqliyyat əlaqələrinin açılması və qarşılıqlı iqtisadi maraqların formalaşdırılması istiqamətində atılan addımlar regionun uzunmüddətli sabitliyi üçün yeni imkanlar yaradır”.

A.Nağıyev əlavə edib ki, Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığın mövcud coğrafiyasını da genişləndirir:

“Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya, Türkiyə ilə strateji müttəfiqlik, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin dərinləşməsi, Avropa İttifaqı ilə enerji və nəqliyyat əməkdaşlığı ölkəmizin yeni geosiyasi bağlantı platformalarının formalaşmasındakı rolunu artırır. Bu proseslər Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyini daha geniş Avrasiya məkanına daşımaq imkanlarını gücləndirir.

596499
Bununla yanaşı, Azərbaycanın Avrasiyanın bağlantı mərkəzlərindən birinə çevrilməsi istiqamətində həyata keçirdiyi strategiya xüsusi əhəmiyyət kəsb edir. Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur istiqamətində nəzərdə tutulan bağlantılar ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarında rolunu artırır. Azərbaycan artıq yalnız enerji resursları ixrac edən ölkə deyil, həm də qlobal ticarət, logistika, enerji və rəqəmsal kommunikasiya sistemlərinin mühüm iştirakçısı olmaq potensialını reallaşdırır.

Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar regional sülh və əməkdaşlıq gündəliyində yeni mərhələ açdı. 2026-cı il noyabrın 6–7-də TRIPP layihəsinin irəliyə aparılması üçün Azərbaycan, ABŞ və Ermənistanın üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması isə bu gündəliyin praktiki müstəviyə keçirilməsi istiqamətində yeni addım oldu. Bu təşəbbüslər nəqliyyat, enerji və regional iqtisadi bağlantıların inkişafı baxımından əhəmiyyətlidir”.

Deputat həminin qeyd edib ki, bu da nəticə etibarı ilə Azərbaycanın geosiyasi çəkisi artıq yalnız regional təhlükəsizlik məsələləri ilə deyil, daha geniş Avrasiya məkanında iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının və enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu ilə də ölçülür. “Ölkəmiz müxtəlif geosiyasi və iqtisadi məkanlar arasında körpü rolunu gücləndirərək regional və qlobal proseslərdə daha fəal aktora çevrilir.

Zəfərin ən böyük siyasi mesajlarından biri də budur: qazanılmış hərbi qələbə sülhün, əməkdaşlığın və davamlı inkişafın yeni imkanlarına çevrilməlidir. Azərbaycanın strateji hədəfi münaqişə tarixini geridə qoyaraq Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq və iqtisadi tərəqqi məkanına çevirməkdir”, – o vurğulayıb.

Komitə sədri onu da bildirib ki, 8 Noyabr – Zəfər Günü milli iradənin təntənəsi olmaqla yanaşı, Azərbaycanın yeni geosiyasi tarixinin başlanğıcıdır: “Bu günün qüruru dünənki qələbəmizdə, strateji gücü bugünkü beynəlxalq mövqeyimizdə, böyük hədəfi isə gələcəyin sülh və əməkdaşlıq məkanında aparıcı rol oynamağımızdadır. Zəfər qazanan Azərbaycan bu gün həm də sülhün, bağlantıların və regional tərəqqinin təşəbbüskarlarından biri kimi çıxış edir”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Zəfər Gününə həsr olunan fləş-mob – VİDEO
Next Post: Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama

Related Posts

  • Yasamalda işıq olmayacaq Cəmiyyət
  • Azərbaycan səhiyyəsinə ağır itki – Əməkdar həkim vəfat etdi Cəmiyyət
  • Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU Cəmiyyət
  • “Uduş”, “hədiyyə”, “kampaniya” təklifləri ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ Cəmiyyət
  • Bu il suda boğulanların sayı açıqlandı Cəmiyyət
  • Xadiməni aldadıb 3 min almışdı – Üstünə 750 manat qoyub qaytardı Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Bakının mərkəzində “dərəbəylik”, birinin pəncərəsi bağlanır, digərinin yolu kəsilir – FOTO Cəmiyyət
  • 10 gün sonra Əvəz Zeynallının qızının nişan mərasimi olacaqmış Cəmiyyət
  • ABŞ-dən Azərbaycanla bağlı gözlənilməz qərar – Tarixdə ilk dəfə olacaq Ölkə
  • Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb Siyasət
  • Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi Ölkə
  • “Mançester Siti” 100 milyon avroya futbolçu transfer edir İdman
  • Antalyada meşəlik ərazidə yanğın  Dünya
  • Ramiz Mehdiyevin qızı: “Atam verdiyi qovluğu açanda stres keçirdim” Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by