Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • İlham Əliyev: “Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub” Siyasət
  • Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı Cəmiyyət
  • Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU Dünya
  • İlin son Ay tutulması başa çatıb – YENİLƏNİB Ölkə
  • Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb Siyasət
  • SAKİNLƏRİN NƏZƏRİNƏ! Sabah bu ərazilərdə işıq olmayacaq Cəmiyyət
  • ABŞ İranla münaqişə səbəbindən bu üstünlüyünü itirir Siyasət
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi Cəmiyyət

Məhkəmə qaçaqmalçılıqda təqsirləndirilən şəxslərlə bağlı qərar verdi

Posted on 2 Oktyabr 2026 By admin Şərh yoxdur Məhkəmə qaçaqmalçılıqda təqsirləndirilən şəxslərlə bağlı qərar verdi

Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müvəkkillərinin ev dustaqlığına buraxılması barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin edib.

Aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında təqsirləndirilən dəstənin – “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektoru Heydər Eyvazlı, Tamerlan Axundzadə, tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

Ruslan Eyyubov daha sonra səhhəti ilə əlaqədar məhkəmənin qərarı ev dustaqlığına buraxılıb. Hazırda Ruslan Eyyubovun cinayət işi üzrə istintaq araşdırması davam edir.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Next Post: YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdi

Related Posts

  • Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb Kriminal
  • İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər – Qarşısı alındı Kriminal
  • İmişlidə narkotik satan 40 yaşlı qadın saxlanıldı Kriminal
  • Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır Kriminal
  • Rövşən Lənkəranskinin yaxın adamı Türkiyədə saxlanıldı Kriminal
  • 19 il azadlıqdan məhrum olunan məhkum polkovnikə zor tətbiq edib? – Amal Zülfüqarlının cinayət işi Kriminal

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Arvadını boğdu, öldüyünü düşünüb – Polisə təslim oldu Hadisə
  • Azərbaycan Pakitsana başsağlığı verdi Siyasət
  • ABŞ Federal Məhkəməsindən Azərbaycan daxil 75 ölkə üçün Viza Qərarı Dünya
  • “Danışsam, bu liqanı ifşa edəcəyəm” – VİDEO İdman
  • Yeni pişik növü tapıldı – Son 100 ildə ilk dəfə Maraqlı
  • Ankaranın yuxusu ərşə çəkilib: Qara dənizdə müharibə təhlükəsi böyüyür Dünya
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək İdman
  • Avrasiyanın yeni qapısı: Naxçıvan necə logistika, enerji habına çevrilir Siyasət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by