Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Biləsuvarda toyda bıçaqlanma olub Kriminal
  • Manuel Noyer TARİX YAZDI: Tomas Mülleri geridə qoydu İdman
  • Sumqayıtda zəhərlənən 21 şagirddən bəziləri xəstəxanadan evə buraxılıb – YENİLƏNİB Hadisə
  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq Ölkə
  • Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi – FOTOLAR Ölkə
  • Dizel kəskin ucuzlaşacaq – Tramp elan etdi İqdisadiyyat
  • Bəqai: İranın şərtləri aydın və şəffafdır Siyasət
  • Nazir Musa Paşayevə yüksək vəzifə verdi Cəmiyyət

Ursula fon der Lyayen xəbərdarlıq etdi: “Aİ iqtisadiyyatı ciddi təhdidlərlə üz-üzədir”

Posted on 27 Avqust 2026 By admin Şərh yoxdur Ursula fon der Lyayen xəbərdarlıq etdi: “Aİ iqtisadiyyatı ciddi təhdidlərlə üz-üzədir”

Avropa Komissiyası hesab edir ki, Avropa İttifaqı (Aİ) iqtisadiyyatının dayağı sayılan beş əsas üstünlüyünü itirib. Bunlara ucuz enerji idxalı, açıq qlobal ticarət, Çin bazarına çıxış, ABŞ-nin müdafiəsi və Qərbin texnoloji liderliyi daxildir.

 Ursula fon der Lyayenin çıxışı Avropa Komissiyasının saytında dərc olunub.

Onun sözlərinə görə, Aİ-nin ciddi islahatlara ehtiyacı var. 2029-cu ilə qədər bütün şirkətlər üçün inzibati yük 25%, kiçik və orta sahibkarlıq subyektləri üçün isə 35% azaldılmalıdır. Həmçinin qanunvericiliyə yenidən baxılması, təkrarlanan tələblərin aradan qaldırılması və icazələrin verilməsi prosesinin sürətləndirilməsi tələb olunur.

Əsas problemlərdən biri Çinlə bağlıdır. Aİ “riskləri azaltmaq, amma əlaqələri kəsməmək” prinsipinə sadiq qalacaq. Avropalılar mövcud disbalansla barışmaq niyyətində deyillər. Son beş il ərzində Çindən idxalın həcmi 45% artsa da, Aİ-nin Çinə ixracı azalmaqdadır. Ticarət kəsiri gündəlik olaraq, demək olar ki, 1 milyard avroya çatıb və ilin əvvəlindən bəri daha 10% artıb.

Çin şirkətlərinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdəki şirkətlərlə müqayisədə səkkiz dəfə çox subsidiya aldığı da vurğulanıb.

Bununla yanaşı, Aİ sənayesinin yarıdan çoxu Çin rəqabətindən əziyyət çəkir. Avropanın bir çox kritik xammal növləri üzrə xarici asılılığı 80%-i, nadir torpaq elementləri üzrə isə 90%-i ötür. Bu vəziyyət təzyiq vasitəsi kimi istifadə oluna bilər.

Mövcud vəziyyətə cavab olaraq Ursula fon der Lyayen iqtisadi təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan sahələrdə – xammal, akkumulyatorlar, yarımkeçiricilər, bulud texnologiyaları və məlumatlar üzrə qoruyucu vasitələrdən daha fəal istifadə etməyə çağırıb.

Eyni zamanda, o, bərpaolunan enerji mənbələri (BƏM) və atom enerjisi də daxil olmaqla, Aİ daxilində aşağı karbonlu enerji istehsalının artırılmasının vacibliyini qeyd edib.

Siyasət

Yazı naviqasiyası

Previous Post: UEFA Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub – YENİLƏNİB
Next Post: Dünyanın ən məşhur əti – XX əsrdə hamı ala bilmirdi

Related Posts

  • Azərbaycan Pakitsana başsağlığı verdi Siyasət
  • İlham Əliyev Emoməli Rəhmonu təbrik edib Siyasət
  • SEPAH Hörmüz boğazı üzərində daha bir PUA-nı vurub Siyasət
  • Lavrovdan Köçəryan və Sərkisyanla bağlı gözlənilən açıqlama Siyasət
  • İrandan xəbərdarlıq: “Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq” Siyasət
  • Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • “Beniz”in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi – FOTO Cəmiyyət
  • Xətaidə yaşayış binasında yanğın – VİDEO Hadisə
  • Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb Kriminal
  • Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq Dünya
  • PUA zavodunu yandırmaq istəyirdilər: Slovakiyada diversiyanın qarşısı alındı Dünya
  • Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik Dünya
  • XİN: Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir Ölkə
  • Bu gündən “Nizami” və “28 May” stansiyaları arasında hərəkət dayandırılıb Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by