Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər Dünya
  • Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır İqdisadiyyat
  • Onlara AFFA-da yeni vəzifə verildi İdman
  • Təyyarələr Sakit okean üzərindən niyə uçmur? – Bir narahatedici səbəbi var Dünya
  • Bu il yüksək sürət yollarda 256 nəfərin həyatına son qoyub Hadisə
  • Norveçdən Trampa CAVAB Dünya
  • Braziliya “TikTok”a qarşı hərəkətə keçdi Dünya
  • e-gov.az bağlanır Ölkə

Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu

Posted on 23 Noyabr 2026 By admin Şərh yoxdur Qarabağ Universitetinin tələbələri qıza görə dalaşdılar: Biri universitetdən qovuldu

Qarabağ Universitetinin tələbələri qıza görə dalaşıblar.

 Hadisə universitetin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında baş verib.

Təbriz Muradov (adlar və soyadlar şərtidir) universitetdə təhsil alan Sevda adlı qızla dostluq münasibəti qurmaq istəyib. Lakin tələbə yoldaşı Sadiqin həmin qızla yaxın münasibət yaratması gənclər arasında davaya səbəb olub.

Faktla bağlı cinayət işi açılıb, istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə müəyyən olunub ki, Təbriz Sadiqin Sevda ilə yaxınlıq etməsinə əsəbiləşib, məsələni aydınlaşdırmaq üçün Sadiqi Xankəndidə yerləşən market yaxınlığındakı körpüyə söhbətə çağırıb. Görüş zamanı Təbriz Sadiqin sifətinə yumruq vurub.

Təbriz ifadəsində bildirib ki, hadisədən sonra Sadiq tələbə yoldaşlarının yanına gedərək Təbrizin onu döydüyünü və digər tələbə yoldaşlarını da təhqir etdiyini deyib. Bundan sonra tərəflər məsələni yenidən aydınlaşdırmaq üçün bu dəfə Xankəndidə fəaliyyət göstərən restoranlardan birində görüşüblər.

Sadiq ifadəsində bildirib ki, restoranda yenidən görüşəndə Təbriz digər tələbə yoldaşlarının yanında onun ünvanına nalayiq ifadələr işlədib, onu nüfuzdan salmağa çalışıb.

Təbriz bu ittihamları qəbul etməyib. O, restoranda heç kimi təhqir etmədiyini, görüşün yalnız kimin doğru danışdığını müəyyənləşdirmək məqsədi daşıdığını bildirib. Təbriz baş verənlərdən peşman olduğunu desə də, özünü təqsirli hesab etməyib.

Hazırda Qarabağ Universitetindən xaric olunduğunu bildirən Sadiq Təbrizi bağışlamadığını və onunla barışmaq istəmədiyini vurğulayıb.

O, məhkəmədən Təbrizin inzibati qaydada həbs edilməsini istəyib.

Məhkəmə Təbrizi İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.1-ci (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 350 manat məbləğində cərimə edib.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri – Video

Related Posts

  • Daha iki həkimin qanunsuzluğunun üstü açıldı Cəmiyyət
  • Vaqif Sadıqova yeni VƏZİFƏ VERİLDİ Cəmiyyət
  • Tanınmış teleaparıcı vəzifəsindən AZAD OLUNDU  Cəmiyyət
  • İş axtaranların NƏZƏRİNƏ – Agentlik vakansiya elan etdi Cəmiyyət
  • General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi Cəmiyyət
  • Nazir onu şöbə müdiri təyin etdi – FOTO Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Ursula fon der Lyayen xəbərdarlıq etdi: “Aİ iqtisadiyyatı ciddi təhdidlərlə üz-üzədir” Siyasət
  • “Axios”: ABŞ Retkliffə görə hücumu dayandırmağı istəyib Dünya
  • Azərbaycan millisinin qapıçısı yeni kluba keçdi İdman
  • Yükdaşıma şirkətlərinin nəzərinə: 8% vergi ödəyə biləcəklər İqdisadiyyat
  • Kamran Əliyev və prokurorluğun rəhbər heyəti Zəfər Tağını ziyarət edib Ölkə
  • Əməkdar artist: “Onlara pul qazandırırsınız, niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?” Cəmiyyət
  • İtaliya 2000 ildən çoxdur həyati əhəmiyyət daşıyan körpünü tikə bilmir Dünya
  • “Şəhərsalma mədəniyyəti”adlı monoqrafiya nəşr olundu Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by