Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı Kriminal
  • Qarabağ müharibəsinin iştirakçısı olan yazıçı VƏFAT ETDİ Cəmiyyət
  • Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi Siyasət
  • ABŞ-da hərbi təlim faciə ilə nəticələndi: 2 pilot öldü Hadisə
  • Bakının mərkəzində “dərəbəylik”, birinin pəncərəsi bağlanır, digərinin yolu kəsilir – FOTO Cəmiyyət
  • Kəmaləddin Heydərov onları vəzifəyə təyin etdi – FOTOLAR Ölkə
  • Azərbaycan güləşçisi qızıl medal qazandı İdman
  • İƏT-in yeni Baş katibi o seçildi Dünya

Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır

Posted on 20 Noyabr 2026 By admin Şərh yoxdur Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır

Ləğv prosesində olan “AGBank” ASC-nin Bakıda yerləşən iki daşınmaz əmlakı ümumilikdə 7 milyon 250 min manat ilkin qiymətlə dekabrın 2-də hərraca çıxarılacaq.

Satışa çıxarılan əmlaklardan biri Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 2, 615-ci məhəllə ünvanındadır.

İstifadədə olan 0.098730 hektar torpaq sahəsində yerləşən təmirli qeyri-yaşayış binasının ümumi sahəsi 965 kvadratmetrdir. Binanın ilkin satış qiyməti 6 milyon 500 min manat müəyyənləşdirilib.

İkinci obyekt Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 381-ci məhəllə, ev 71 ünvanında yerləşir. Söhbət 17 mərtəbəli binanın birinci mərtəbəsi və antresolundakı 230.20 kvadratmetrlik təmirli qeyri-yaşayış sahəsindən gedir. Bu obyekt üçün 750 min manat ilkin qiymət qoyulub.

Qeyd edək ki, “AGBank”ın əsas səhmdarı və Müşahidə Şurasının sədri Milli Məclisin keçmiş deputatı Çingiz Əsədullayev olub. Bankın digər səhmdarları arasında Beynəlxalq Maliyyə Korporasiyası (IFC), “Kazimir Partners” şirkəti, Fərzulla Yusifov və Qriqori Marçenko da yer alıb.

Mərkəzi Bank “AGBank”ın lisenziyasını 12 may 2020-ci ildə ləğv edib. Qurumun həmin vaxt açıqladığı məlumatda bankın kapitalını tam itirdiyi və kreditorlar qarşısındakı öhdəliklərini yerinə yetirə bilmədiyi bildirilib. Aprelin sonuna kredit portfelinin 51 faizi qeyri-işlək olub. Ehtiyatlarla bağlı düzəlişlərdən sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapitalın bərpasına isə əlavə 212 milyon manat tələb olunub.

Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə “AGBank” müflis elan edilib, barəsində iflas proseduruna başlanılıb və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunub.

İqdisadiyyat

Yazı naviqasiyası

Previous Post: Krımoğlundan sensasion açıqlama: “Yeni türk dövləti yaradıla bilər”
Next Post: İcra başçısı onlara vəzifə verdi – Adlar

Related Posts

  • Bitkoin bahalaşdı İqdisadiyyat
  • Bütün sosial müavinətlər ödənildi İqdisadiyyat
  • Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı İqdisadiyyat
  • “Bitcoin” və “Ethereum” kəskin ucuzlaşıb İqdisadiyyat
  • “Brent” bahalaşdı İqdisadiyyat
  • Ən “bahalı” rayonlarımız.. – Bu bölgələrdə yaşamaq daha çox pul tələb edir – SİYAHI İqdisadiyyat

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Dünya daha bir təhlükəsi üz-üzə: Ebola pandemiyaya səbəb ola bilərmi? Dünya
  • Putin yeni fərman imzaladı: Azərbaycanla bağlı bu qadağanı qoydu Dünya
  • Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı: Zövq məsələsidir Mədəniyyət
  • Hövsanda açıq ərazidə yanğın baş verib Hadisə
  • MDU-da turizm təhsili yenilənir: İngilis dilində kadr hazırlığı və Sənaye Şurası Təhsil
  • Laçında icra nümayəndəsi vəfat etdi Ölkə
  • Azərbaycan Prezidenti Dublində Çexiyanın Baş naziri ilə görüşüb – FOTOLAR Siyasət
  • Azərbaycanda benzin və dizel markalanacaq İqdisadiyyat

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by