Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı Kriminal
  • İcra hakimiyyəti kameralara keçir – 300 manatlıq cərimə xəbərdarlığı Cəmiyyət
  • İmişlidə narkotik satan 40 yaşlı qadın saxlanıldı Kriminal
  • Naxçıvanda əhalinin sayı artıb Siyasət
  • Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır Siyasət
  • Bu il avtoqəzalarda 285 nəfər ölüb Cəmiyyət
  • And içdilər – FOTOLAR Cəmiyyət
  • Həsən Osmanov vəfat etdi – FOTO Cəmiyyət

Dünya daha bir təhlükəsi üz-üzə: Ebola pandemiyaya səbəb ola bilərmi?

Posted on 19 Avqust 2026 By admin Şərh yoxdur Dünya daha bir təhlükəsi üz-üzə: Ebola pandemiyaya səbəb ola bilərmi?

Dünya yeni bir virus təhlükəsi – Ebola ilə üz-üzədir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Ebola virusunun Bundibuqyo variantının yayılması ilə bağlı Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Komitənin iclasında çıxışında deyib. O, Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyasının beynəlxalq miqyasda yayılma riskinin yüksək olduğunu bildirib.

ÜST rəhbərinin sözlərinə görə, hazırda KDR-nin 6 əyalətində və 55 səhiyyə rayonunda təxminən 5 min nəfər yoluxub, 2300-dən çox insan isə həyatını itirib.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında Ebolanın təhlükəli bir virus olduğunu bildirib:

“Bu hemorragik qızdırmalar sinifinə aiddir. Xəstəlik həqiqətən də çox ağır gedişə malikdir və çox vaxt ölümlə nəticələnir. Bir məsələ var ki, Ebola virusu hələlik hava damcı yolu ilə keçmədiyinə görə onun geniş yayılması və pandemiya törətməsi ehtimalı yoxdur. Amma bu nəzarətdən çıxsa, tədbirlər görülməsə, vəziyyət daha kritik olar. Hər halda karantin qaydalarının pozulması, insanların miqrasiyası təmasları, gigiyenik qaydaların gözlənilməməsi buna daha çox rəvac verə bilər”.

Adil Qeybullanın sözlərinə görə, qloballaşan dünyada ÜST moderator rolunu oynaya bilmir:

“Çünki bütün dəyərlər dəyişib. Ən azı heç bir mərkəzləşmiş quruma dünya ölkələrinin hamısı tabe olmur. Ayrı-ayrı ölkələrdə müxtəlif idarəçilik üsulları var, bunları tam tənzimləməkdə mümkün deyil. Ona görə də belə bir vəziyyət yaranıb. Bütün aparıcı dünya ölkələri, elmi-tədqiqat institutları, aparıcı mərkəzlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi əsasında hərəkət etməlidirlər. Əgər bu belə olsaydı, bəlkə də COVİD pandemiyası bu qədər dəhşətli olmayacaqdı. Düşünürəm ki, təhlükə var, amma tədbirlər görülməlidir. Keçid zonalarında nəzarət gücləndirilməlidir. Xəstə aşkar edilərsə, dərhal izolasiya tədbirləri görülməli və onunla təmasda olanlar dərhal karantinə alınmalıdır”.

Dünya

Yazı naviqasiyası

Previous Post: Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı
Next Post: Emin Əmrullayev qalmaqallı direktoru işdən çıxardı

Related Posts

  • Zelenskinin qərarına qarşı aksiya keçirdilər Dünya
  • Acun Ilıcalı məhkəmədə “Fənərbağça”ya qalib gəldi Dünya
  • Orqanizminizdə iltihab varsa qəhvə için Dünya
  • Güclü zəlzələdə ölənlərin sayı 300-ü ötdü Dünya
  • Təbrizdən İrəvana uçuşlar bərpa olunur – Tarix açıqlandı Dünya
  • Yeniyetmələr üçün “ChatGPT” istifadəyə verildi Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Categories

  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqdisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Ölkə
  • Siyasət
  • Təhsil
  • “İnter”, “Arsenal”, “Roma” – Avropa klublarında YENİ TRANSFERLƏR İdman
  • 2026-cı ilin payız dəbinin 3 əsas rəngi Cəmiyyət
  • Samuxda 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib, vəziyyət nəzarət altındadır Hadisə
  • Acun Ilıcalı məhkəmədə “Fənərbağça”ya qalib gəldi Dünya
  • Zelenskinin qərarına qarşı aksiya keçirdilər Dünya
  • Qazaxıstan “Drujba” ilə Almaniyaya neft tədarükünü bərpa edə bilər Dünya
  • ABŞ-da hərbi təlim faciə ilə nəticələndi: 2 pilot öldü Hadisə
  • Yeni təmayül modeli üçün müəllim seçimi davam edir Təhsil

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme