Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Ursula fon der Lyayen xəbərdarlıq etdi: “Aİ iqtisadiyyatı ciddi təhdidlərlə üz-üzədir” Siyasət
  • İçki mağazasına girən meymun sərxoş oldu – VİDEO Dünya
  • “Şamaxinka”da izdiham: “Dünən bundan da betər idi” – VİDEO Cəmiyyət
  • Bunu etsəniz, məlumatlarınız kiberdələduzların əlinə keçəcək – Gizli təhlükə Cəmiyyət
  • Azərbaycanda dəhşətli hadisə: Qardaşını xilas etmək istəyən bacı boğulub öldü Hadisə
  • Yalnızlıq ömrü qısaldır – Kişilər daha çox risk altındadır Cəmiyyət
  • Onların da yurd həsrəti bitdi Cəmiyyət
  • İşlədiyi xəstəxanadan dərman oğurlayıb satdı – “Borcum var idi” Cəmiyyət

Avropanı əhatə edən dənizlər sürətlə isinir: Temperatur 6 dərəcə artıb

Posted on 20 Avqust 2026 By admin Şərh yoxdur Avropanı əhatə edən dənizlər sürətlə isinir: Temperatur 6 dərəcə artıb

Avropanı əhatə edən dənizlərdə temperaturun iqlim dəyişikliyinin təsiri ilə sürətlə artdığı müəyyən edilib.

 İrlandiyadan Aralıq dənizinə qədər uzanan geniş ərazidə dəniz istilik dalğaları müşahidə olunur. Bəzi bölgələrdə dəniz səthinin temperaturu mövsümi normadan 6 dərəcəyədək yüksək olub.

İstiləşmə sürətlənir

İsveçrə, İsveç, ABŞ, İrlandiya və Böyük Britaniyadan olan alimlərin daxil olduğu World Weather Attribution (WWA) tərəfindən aparılan araşdırmada iqlim dəyişikliyinin Avropa ətrafındakı dəniz səthinin temperaturuna təsiri araşdırılıb.

Araşdırmaya görə, yay aylarında İrlandiyadan Aralıq dənizinə qədər uzanan ərazilərdə dəniz istilik dalğaları müşahidə edilib.

Alimlər fosil yanacaqların yaratdığı iqlim dəyişikliyinin Aralıq dənizində istiləşməni təxminən 2 dərəcə artırdığını müəyyən ediblər. Biskay körfəzi və Pireney yarımadası ətrafında bu göstərici 1,4, Kelt bölgəsində isə 1,3 dərəcə olub.

Avropa sahillərinin böyük hissəsi istilik dalğalarının təsirindədir

Araşdırmada qeyd olunub ki, bu il Biskay körfəzi və Pireney yarımadası sahillərinin 90 faizində dəniz istilik dalğası şəraiti müşahidə edilib.

Qərbi Aralıq dənizinin 80 faizi, Şərqi Aralıq dənizinin isə 70 faizi eyni vəziyyətdən təsirlənib.

İqlim dəyişikliyinin olmadığı ssenaridə isə bu göstəricinin Biskay körfəzi və Qərbi Aralıq dənizində 40 faiz, Şərqi Aralıq dənizində isə cəmi 9 faiz olacağı hesablanıb.

Dəniz ekosistemləri təhlükə qarşısındadır

Alimlər xəbərdarlıq edirlər ki, dənizlərdə həddindən artıq temperatur artımı mərcan, süngər və makro yosunlar kimi yaşayış mühiti formalaşdıran növlərin kütləvi məhvinə səbəb ola bilər.

Bu itkilərin digər canlı növlərinə və bütövlükdə ekosistemə zəncirvari təsir göstərə biləcəyi bildirilir.

Dəniz istilik dalğalarının quş və məməli populyasiyalarında da ciddi azalmaya səbəb ola biləcəyi qeyd olunur. Mütəxəssislər dənizlərdəki həddindən artıq istiləşmənin yalnız təbiətə deyil, qida sistemlərinə və sahilyanı ərazilərdə yaşayan insanların həyatına da təhlükə yaratdığını bildirirlər.

“Okean ekosistemlərini məhvə yaxınlaşdırırıq”

London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin iqlim elmləri professoru Friderike Otto dənizlərin qlobal orta temperatur artımından daha sürətlə isindiyini bildirib.

“Bu vəziyyət quruda və dənizdə yaşayan canlılar üçün birbaşa nəticələrə səbəb olur. Fosil yanacaqlardan uzaqlaşma prosesini gecikdirməklə bir çox okean ekosistemini məhvə bir addım da yaxınlaşdırırıq”, – Otto deyib.

Dünya

Yazı naviqasiyası

Previous Post: Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
Next Post: Limonlu su ilə qarqara dişləri məhv edə bilər – Stomatoloqdan XƏBƏRDARLIQ

Related Posts

  • Solomon adaları yaxınlığında güclü zəlzələ olub Dünya
  • Hakan Fidan sabah BƏƏ-yə səfər edəcək Dünya
  • Həmyerlimizin adı Kanadada əbədiləşdirildi – FOTO Dünya
  • Tramp narazıdır – Cənubi Koreya ilə bağlı göstəriş verdi Dünya
  • Rusiya onu “persona non grata” elan etdi Dünya
  • Zelenski müşayiət altında bu ölkəyə gedir – 40-dan çox polis postu quruldu Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • ABŞ-İran qarşıdurması: 20-yə yaxın tanker Şri-Lanka sahillərinə sığındı Siyasət
  • Bu günə olan rəsmi valyuta məzənnələri İqdisadiyyat
  • Qazaxıstan “Drujba” ilə Almaniyaya neft tədarükünü bərpa edə bilər Dünya
  • Dünyanın ən isti yeri: Burada temperatur 70 dərəcəni keçir – VİDEO Dünya
  • “”Hizbullah” əmri ancaq İradan alır” Siyasət
  • Trampın planı pozuldu? – İrandan sensasion AÇIQLAMA Ölkə
  • Xəzər rayonunda oğurluq edən iki nəfər saxlanılıb Kriminal
  • Delap karyerasını bu klubda davam etdirəcək İdman

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by