Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Vuçiç Serbiyanın baş naziri olacaq? Siyasət
  • Elnarə Təhməzova tələbə oldu Cəmiyyət
  • Azərbaycanda qiymətlər 5,7% artıb İqdisadiyyat
  • Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ İqdisadiyyat
  • Bakıda yüzlərlə ev plana düşdü – Kompensasiya ödəniləcək Ölkə
  • Qızların məktəbdə sırğa taxması qadağan edilir? – Rəsmi açıqlama Təhsil
  • Brent nefti bahalaşdı İqdisadiyyat
  • WSJ: Almaniyanın hərbi gücü Avropa ölkələrini narahat edir Dünya

Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək

Posted on 21 Noyabr 2026 By admin Şərh yoxdur Azərbaycanla Vyetnam arasında birbaşa uçuşların təşkili təşviq ediləcək

Azərbaycan və Vyetnam birbaşa uçuşların təşkilini təşviq etmək barədə razılığa gəliblər. Məqsəd turizm axınını, ticarət dövriyyəsini və insanlararası əlaqələri artırmaqdır.

Ölkə.az xəbər verir ki, bu müddəa Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsmi səfəri zamanı Vyetnam Prezidenti, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamla qəbul etdiyi birgə bəyanatda yer alıb.

Sənəddə enerji əməkdaşlığının genişləndirilməsi də nəzərdə tutulur. Tərəflər xam neft və mayeləşdirilmiş təbii qazın (LNG) təchizatı üzrə uzunmüddətli razılaşmaların əldə olunmasını prioritet kimi müəyyənləşdiriblər.

Azərbaycan və Vyetnam dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı üzrə təcrübə mübadiləsi aparmağı, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı təşviq etməyi planlaşdırırlar. Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının bazarlara çıxışının asanlaşdırılması da razılaşdırılmış istiqamətlər sırasındadır.

Təhsil sahəsində qarşılıqlı tələbə təqaüdlərinin verilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və tələbələrlə tədqiqatçılar üçün davamlı mübadilə imkanlarının yaradılması nəzərdə tutulur. Bəyanatda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və iki ölkənin şəhərləri arasında qardaşlaşma əlaqələrinin təşviqi də yer alıb.

Qeyd edək ki, Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələr strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyanatı 2025-ci il mayın 7-də qəbul ediblər.

Siyasət

Yazı naviqasiyası

Previous Post: ABŞ-nin kəşfiyyat PUA-sı vurulub – SEPAH
Next Post: Rusiya helikopteri bu ölkənin hava məkanını pozdu

Related Posts

  • ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək Siyasət
  • İlham Əliyev: “Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub” Siyasət
  • “ACWA Power”in Direktorlar Şurasının sədri İlham Əliyevi təbrik edib Siyasət
  • 1 saat danışdılar – Lavrov və Rubio nəyi müzakirə etdi? Siyasət
  • Makron “Patriot”ları almağa kömək edəcək – Zelenski Siyasət
  • Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq – YENİLƏNİB Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • ABŞ Çinin “haker ordusu”nun izinə düşdü: İki platforma ələ keçirildi Dünya
  • Ağdamda 15 yaşlı qız qaçırıldı Hadisə
  • Goranboyda yol qəzasında iki nəfər ölüb, xəsarət alan var Hadisə
  • IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirildi Təhsil
  • Məşhur aktyor evində ölü tapıldı – FOTO Dünya
  • Xadiməni aldadıb 3 min almışdı – Üstünə 750 manat qoyub qaytardı Cəmiyyət
  • Qarabağ müharibəsinin iştirakçısı olan yazıçı VƏFAT ETDİ Cəmiyyət
  • Yüksək hərarət, ishal, səpki – Uşaqlar arasında təhlükəli virus yayılıb? Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by