Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Paytaxtın iki rayonunda su olmayacaq Ölkə
  • “”Sabah” karyeramda çalışdırdığım ən yaxşı komandadır” – Dambrauskas İdman
  • Qubada kişi otbiçən mişarla qadına hücum edib – Təfərrüat Kriminal
  • Daha 40 məktəbdə hibrid təhsil olacaq Təhsil
  • Sarkisyanın ev dustaqlığı barədə YENİ QƏRAR Dünya
  • Tiktokda qadını şantaj edən şəxs HƏBS OLUNDU Cəmiyyət
  • Bakı-Sumqayıt yolunda QƏZA: Yük avtomobili arakəsməyə çırpıldı – VİDEO Hadisə
  • Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayıldı Cəmiyyət

Qərb sülh istəyirmi? – İndi əsas sual budur

Posted on 18 Sentyabr 2026 By admin Şərh yoxdur Qərb sülh istəyirmi? – İndi əsas sual budur

“Ermənistanın XX əsrin 90-cı illərində həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının başına gətirilən bütün müsibətləri beynəlxalq ictimaiyyət də yaxşı bilirdi və görürdü. Xalqımız isə bunu unutmayıb və heç vaxt da unutmayacaq”.

Bunu açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, BMT, ATƏT, digər Qərb təsisatları və dünyanın müxtəlif qurumları 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün heç bir ciddi addım atmayıblar:

“Onlar hər zaman gözləmə mövqeyində olublar, praktik addım atmayıblar. Sonda yenə məsələni özümüz həll etdik. Yəni biz Ermənistanın da, erməni xalqının da hansı xislətdə olduğunu yaxşı bilirik. Düzdür, bugün artıq 8 avqust anlaşmasından sonra münasibətləri yeni mərhələyə keçirməyə çalışırıq. Amma hələ bunun riskləri yenə də qalmaqdadır. Nəticə nə olacaq? Bu, qarşıdakı dövrdə bilinəcək. Çünki Ermənistana tam güvənmək olmur.

Təbii ki, biz istəyirik ki, regionumuza sülh gəlsin, amma bu, təkcə bizim istəyimizə də bağlı deyil. Bəs Ermənistan, erməni xalqı və beynəlxalq təşkilatlar bunu istəyirmi? Məsələ bundan ibarətdir”.

Politoloq onu da qeyd edib ki, dünyanın əsas gücləri hər zaman münaqişənin olmasını və bundan istifadə edib münaqişə tərəflərini öz təsir altında saxlamağa çalışırlar:

“Ermənistan təkcə Xocalıda soyqırım törətməyib. Ballıqayada, Kəlbəcərin tunel ərazisində və digər yerlərdə azərbaycanlılara qarşı qırğın və vəhşilik törədilib. Bunların hər birinin arxasında beynəlxalq təşkilatların məsuliyyətsizliyi, cinayətlərə göz yumması dayanır. Biz bu gün bunun dəyişəcəyinə dair bir əsas da görmürük.

Düzdür, biz artıq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Artıq biz öz ərazilərimizə sahib dururuq. Amma hələ bu, son deyil. Qarşıdakı dövrdə biz həm də yekun sülh müqaviləsi imzalanmalıyıq.

Yəni Qərb təsisatları sülhü dəstəklədiklərini sözdə deyə bilərlər, amma əməldə həqiqətən sülhü dəstəkləyirlərmi? İstəyirlərmi bunu? Bunun özü belə, açıq sual olaraq qalmaqdadır”.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
Next Post: Azərbaycan iki ölkə ilə birlikdə Qarabağda hərbi təlimlərə başlayır

Related Posts

  • Rusiya “Flamingo”ların istehsal olunduğu zavodu VURDU Siyasət
  • Hörmüz düyünü: Oman niyə İranla razılaşmadan geri çəkildi? Siyasət
  • “Müdafiə üçün bir həll yolu var” – Zelenski DETALLARI AÇIQLADI Siyasət
  • İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırdı Siyasət
  • “Sülh Körpüsü” Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pislədi Siyasət
  • Azərbaycan-Latviya münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub Siyasət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Sabah bu ərazilərdə qaz olmayacaq Cəmiyyət
  • Almaniyada hərbi aerodromun yaxınlığına PUA düşdü Dünya
  • “Barselona” Holannı 2027-ci ildə transfer etmək istəyir İdman
  • Nazir onu şöbə müdiri təyin etdi – FOTO Cəmiyyət
  • Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək İdman
  • Əsas magistral su xətti nə vaxt bərpa olunacaq? – AÇIQLAMA Ölkə
  • Avropada anomal isti meşə yanğınları və mərmilərin partlamasına səbəb olur Dünya
  • Azərbaycanda bu sənədə 21 ildir əməl edilmir Ölkə

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by