Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • IV ixtisas qrupunda ballar yüksələcək Cəmiyyət
  • Lənkəranda avtomobil dərəyə aşıb Hadisə
  • Özbəkistanda Azərbaycan dili öyrədiləcək Dünya
  • Dehliyə uçan təyyarə Bakıya eniş etdi Ölkə
  • Tramp narazıdır – Cənubi Koreya ilə bağlı göstəriş verdi Dünya
  • Xətaidə yaşayış binasında yanğın – VİDEO Hadisə
  • Mərkəzi Bankın valyuta ehtiyatları artıb İqdisadiyyat
  • Kolleclərə qeydiyyat prosesinə başlanılır Təhsil

Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayıldı

Posted on 15 Oktyabr 2026 By admin Şərh yoxdur Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayıldı

Ölkənin şimal zonasında, xüsusilə Xaçmaz rayonunda qəhvəyi məxmər bağacıqlarının yenidən kütləvi şəkildə yayılması müşahidə olunur.

Qeyd olunan zərərvericilər daha çox rayonun Nabran, Seyidlər, Qaracəlli kəndlərində evlərə və təsərrüfat sahələrinə axın ediblər.

Payızın gəlişi ilə evlərin divarlarına, pəncərələrə və müxtəlif əşyalara toplaşan bu həşəratlar sakinlərin narahatlığına səbəb olub. Məxmər bağacığının payız aylarında evlərə axınının əsas səbəbi isə qışlamaq üçün isti və qorunan yerlər axtarmasıdır. Bu həşəratın yetkin fərdləri soyuq havaları keçirmək üçün yaşayış evlərinə, təsərrüfat tikililərinə və digər sığınacaqlara daxil olurlar.

Hazırda şimal bölgəsində aidiyyəti qurumlar tərəfindən məxmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. Lakin zərərvericilərin evlərdə də yayılması bu mübarizəni müəyyən qədər çətinləşdirir.

Məxmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı, Xaçmaz Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna bildirilib ki, bölgədə bu istiqamətdə müvafiq tədbirlər və maarifləndirmə işləri həyata keçirilir:

“Tədbirlər çərçivəsində müxtəlif ərazilərdə xüsusi preparatlarla dezinseksiya işləri həyata keçirilir. Eyni zamanda, yerli icra nümayəndələri və bələdiyyələr tərəfindən əhali arasında geniş maarifləndirmə işləri aparılır. Qəhvəyi məxmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanılır”.

Qeyd edək ki, mütəxəssislər qapalı məkanlarda məxmər bağacığına qarşı kimyəvi mübarizə üsullarının tətbiqinin müəyyən çətinliklər yaratdığını vurğulayaraq, bu çərçivədə mexaniki mübarizə üsullarının daha effektiv və təhlükəsiz olduğu qənaətindədirlər. Onların fikrincə, vətəndaşlar da qışlama yerlərində toplanmış, hərəkətsiz və passiv vəziyyətdə olan zərərvericiləri süpürgə, fırça, yaxud da tozsoran vasitəsilə toplayaraq məhv etməyə çalışmalıdırlar.

Mütəxəssislər hesab edirlər ki, sakinlərin öz fərdi təsərrüfatlarında və evlərində həyata keçirəcəkləri bu sadə mexaniki mübarizə tədbirləri növbəti mövsümdə kənd təsərrüfatı bitkilərinə dəyəcək zərərin qarşısını indidən almağa imkan verəcək.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Şagirdin atası məktəbdə insident törətdi – Həbs olundu
Next Post: Gənc əsgər vəfat etdi – FOTO – SƏBƏB

Related Posts

  • Aazərbaycanda maaş kartları ilə bağlı yeni qayda – Vətəndaş nə qazanacaq? Cəmiyyət
  • Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı Cəmiyyət
  • Elnarə Təhməzova tələbə oldu Cəmiyyət
  • Yeni sistemin yaradılması nə vəd edir? – DETALLAR AÇIQLANDI Cəmiyyət
  • Azərbaycan səhiyyəsinə ağır itki – Əməkdar həkim vəfat etdi Cəmiyyət
  • 16 yaşlı qızı ərə vermək istədilər – İşə polis qarışdı Cəmiyyət

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Meyitdən ürək transplantasiyası həyata keçirildi Dünya
  • Sabah 33 dərəcə isti olacaq Ölkə
  • Bakının bu rayonunda 15 bina söküləcək Ölkə
  • İstanbulda qanunsuz mərc istintaqı: 25,5 kiloqram qızıl müsadirə edildi Dünya
  • Bəzi ərazilərdə qaz olmayacaq Ölkə
  • Hikmət Hacıyevdən İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım Ölkə
  • Torpağa basdırılan silah-sursat üzə çıxarıldı Cəmiyyət
  • İki avtomobil nəhəngi Rusiya bazarına QAYIDIR İqdisadiyyat

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by