Skip to content

24 NEWS

24 saat sizinlə

  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • Kriminal
  • Təhsil
  • İdman
  • İqdisadiyyat
  • Maraqlı
  • Ölkə
  • Mədəniyyət
  • Toggle search form
  • Bakıda elektrik faciəsi – Ölənlər var Hadisə
  • Nazir açıqladı: 90 min abituriyentdən 30 mini tələbə ola bilməyəcək Təhsil
  • Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Ölkə
  • “Tvente”nin baş məşqçisi: “Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir” İdman
  • ABŞ-nin nüvə planına Polşadan sərt cavab Siyasət
  • Ankaranın yuxusu ərşə çəkilib: Qara dənizdə müharibə təhlükəsi böyüyür Dünya
  • Rusiya Ordusu bu istiqamətdə hücuma hazırlaşır Siyasət
  • Ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 7 silah götürülüb Cəmiyyət

Madriddə dəbdəbəli penthaus qalmaqalı – Ayuso kəskin tənqidlərlə üzləşdi

Posted on 30 Avqust 2026 By admin Şərh yoxdur Madriddə dəbdəbəli penthaus qalmaqalı – Ayuso kəskin tənqidlərlə üzləşdi

“The Guardian” qəzetinin məlumatına görə, Madrid Muxtar İcmasının rəhbəri İzabel Dias Ayuso regional hökumətin 6,3 milyon avroya dəbdəbəli penthaus alması ilə bağlı kəskin tənqidlərlə üzləşib. Sözügedən mənzilin regional liderin rəsmi iqamətgahında təmir işləri aparılarkən onun müvəqqəti ofisi kimi istifadə olunacağı nəzərdə tutulmuşdu.

 İspaniyanın “El País” nəşri yazır ki, Madridin nüfuzlu Çamberi (Chamberí) məhəlləsində yerləşən bu mənzil aprel ayında alınıb. Hökumət bu addımı Real Kasa de Korreos (Real Casa de Correos) binasındakı təmir zamanı Ayusoya müvəqqəti iş yeri təmin etmək zərurəti ilə əsaslandırmışdı.

Lakin sonradan məlum olub ki, şəhərsalma qaydalarına əsasən, 6,3 milyon avroluq bu mənzildən ofis kimi istifadə etmək qadağandır – obyekt yalnız yaşayış sahəsi təyinatlıdır. Məlumata görə, regional hökumət əmlakı seçərkən onun 250–400 kvadratmetr sahəyə və böyük bir terasa malik olması şərtini qoyub. Məhz geniş teras tələbi Ayusonun siyasi rəqiblərində ciddi şübhələr doğurub.

Ayuso isə ittihamları “böhtan kampaniyası” adlandırıb. O, mənzilin şəxsi yaşayış üçün deyil, rəsmi görüşlər üçün alındığını bildirib və bu alış-verişdən xəbərsiz olduğunu iddia edib.

Qalmaqaldan sonra regional hökumət penthausu satışa çıxaracağını və əldə olunan vəsaiti meşə yanğınlarından zərər çəkənlərə bağışlayacağını açıqlayıb. Ayuso isə özünəməxsus şəkildə “Está en venta, chao pescao” (“Satışdadır, vəssalam, əlvida”) deyərək məsələni bağlı hesab etdiyini vurğulayıb.

Buna baxmayaraq, qalmaqal səngimək bilmir. Madrid məhkəməsi əmlakın alınması ilə bağlı daxil olan 5 ayrı şikayəti araşdırır. Mühafizəkar Xalq Partiyasının lideri Alberto Nunyes Feyhoo (Alberto Núñez Feijóo) regional hakimiyyətdən mənzilin nə üçün alındığına dair izahat tələb edib. O, həmçinin aprel ayında Ayusonun komandasının ona müvəqqəti bina axtarışı barədə məlumat verdiyini deyərək, Madrid liderinin “xəbərsiz idim” iddiasını təkzib edib.

Hakim İspaniya Sosialist İşçi Partiyası (PSOE) izahatları qeyri-kafi adlandıraraq Ayusonun istefasını tələb edib. Partiya nümayəndələri lüks əmlak agentliyi vasitəsilə geniş terasa malik mənzil axtarılmasını inzibati ofis ehtiyacları ilə üst-üstə düşmədiyini bildiriblər.

Dünya

Yazı naviqasiyası

Previous Post: Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
Next Post: Hikmət Hacıyevdən İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım

Related Posts

  • Trampa sui-qəsd cəhdi – sirr ortaya çıxdı Dünya
  • İranın nə qədər qızılı var? – Ehtiyatlar açıqlandı Dünya
  • Dünya daha bir təhlükəsi üz-üzə: Ebola pandemiyaya səbəb ola bilərmi? Dünya
  • Tramp narazıdır – Cənubi Koreya ilə bağlı göstəriş verdi Dünya
  • Zelenski müşayiət altında bu ölkəyə gedir – 40-dan çox polis postu quruldu Dünya
  • Yeniyetmələr üçün “ChatGPT” istifadəyə verildi Dünya

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Gədəbəydə maşın aşıb, xəsarət alanlar var Hadisə
  • İtkin-şəhid Akif Qurbanov Sulutəpədə dəfn edildi Ölkə
  • Üç azyaşlı bir skuterlə əks istiqamətdə gedir – ANBAAN VİDEO  Hadisə
  • Elnarə Təhməzova tələbə oldu Cəmiyyət
  • İkinci Dünya müharibəsinin veteranı, şəhid babası 102 yaşında vəfat etdi Cəmiyyət
  • Kosmosda sakitlik olacaq? – Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz Dünya
  • e-gov.az bağlanır Ölkə
  • Suda boğulmaların əsas səbəbləri bunlardır Cəmiyyət

Copyright © 2026 24news.az

Powered by PressBook News WordPress theme

Powered by
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by